Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Karmin
Karmin (qida qatqısı)
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Kerman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Kirman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Jozef Karman
Jozef Karman (mac. József Kármán; 14 mart 1769 və ya 15 yanvar 1771, Luçеnеts, Banska Bistritsa – 3 iyun 1795, Peşt[d], Peşt medyesi) — sentimentalist Macarıstan yazıçısı. == Həyatı == Losonç (indiki Slovakiyanın Luçenets şəhəri) şəhərində kalvinist rahibin ailəsində anadan olmuşdur. Losonç və Peşt şəhərlərində təhsil almış və Vyanaya miqrasiya etmişdir. Burada gözəl və cazibədar Kountess Markoviç ilə tanış olmuşdur. Jozef “Fanninin vəsiyyətnaməsi” (Fanni hagyományai) adlı əsərində baş qəhrəman obrazını Kountessdən ilhamlanaraq yaratmışdı. Sonda isə Peşt şəhərinə gedərək orada hüquqşünas kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == Həssaslığı, sosial cazibəsi, liberal ideyaları (Macarıstanın ilk masonlarından biri idi) və şəxsi gözəlliyi gələcək karyerasında ona ən gözəl imkanları yaratdı. 1792-ci ildə Raday ilə birlikdə Budada ilk teatr cəmiyyətini qurdu.
Təvəkkül Karman
Təvəkkül Abdel-Salam-Salam Karman — (ərəb. توكل عبد السلام خالد كرمان‎ Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul, Tawakel) (7 fevral 1979-cu il təvəllüdlü ) Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi. 2005-ci ildə qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi olan 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması oldu. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən "Dəmir qadın" və "İnqilabın anası" adlandırılır. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadın olur.Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazandı, Yəmənli jurnalist və mobil telefon xəbər xidmətinin vəkili kimi 2007-ci ildə lisenziyanı rədd etdi,bundan sonra mətbuat azadlığı üçün etirazlara rəhbərlik etdi. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil etdi. Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabını dəstəkləmək üçün Yəmən etirazlarını yönləndirdi. Prezident Əli Abdullah Saleh rejiminin sona çatması üçün səs verən rəqib idi. == Şəxsi həyatı == Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur.
Karan
Karan (Sayınqala)
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Arslanşah (Kirman)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
Babrək Karmal
Babrək Karmal (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Babrək Karmal 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Babrək Karmal 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Enlisifət kayman
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.
Erik Kartman
Erik Teodor Kartman (ing. Eric Theodore Cartman) — "South Park" cizgi serialının 4 əsas personajından biri. Personajın səs aktyoru Trey Parkerdir. == Ailəsi == Erik Kartman — 4 baş personajlarindan biri. Katolik. O biri kainatdan Kartman. Gələcəktən Kartman. Lien Kartman — Erikin anası. Katolik. Jek Tenorman — 9-cu sezonun 6-cı seriyada Kartman Jekin onun atası olduğunu bildi.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Farman IV
Farman IV (fr. Farman IV) — 1909-cu ildə Henri Farman tərəfindən qurulan təyyarə. İlk uçuş 1909-cu ildə baş tutdu. == Təyyarə haqqında == Müharibədən əvvəlki dövrün ən kütləvi təyyarələrindən biri də Henri Farmanın təyyarəsi idi. Sadə bir dizayn və o dövrlər üçün yaxşı uçuş məlumatları sayəsində bu təyyarə bir çox dizayner üçün standart hala gəldi.Onu lisenziya ilə buraxırdılar. "Fərman tipli təyyarə "ifadəsi isə istənilən firma biplanını itələyən vintlə və qanadın qarşısındakı tirlərdə hündürlüyün əlavə sükanı ilə ifadə edirdi. Təyyarəni UMMC Avtomobil Muzeyinin eksponatları arasında görmək mümkündür. == Qısa texniki təsvir == Farman IV təyyarəsi 1910-1916-cı illərdə bir-birindən bir qədər fərqlənən bir çox versiyada istehsal edilmişdir. Qanad və sükanlar dop ilə emprenye edildikdən sonra sarımtıl bir rəng əldə edən açıq krem rəngli bir parça ilə təchiz edildi. Metal hissələri rənglənməmiş, taxta olanlar laklanmışdır.
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Hamaralın kayman
Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. == Təsviri == Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur. Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.