Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Kianit
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. == Tarixi == XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır. XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır. IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Divani-hikmət
"Divani-hikmət" (Hikmət evi) - ilk ədəbi məclis "Divan-ı Hikmət" ("Hikmət Evi") XIX əsr. Azərbaycanda qurulan ilk ədəbî məclislərdən biridir. 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası faaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və b. da qatıldığı tək ədəbî məclisdir. "Divan-ı Hikmət'in faaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir.
Divani xətti
Divani xətti — Ərəb xətt növü. == Tarixi == Nəstəliq xəttinin iranlı xəttatlar tərəfindən ixtirasından sonra iranlı xəttatlarla Osmanlı xəttatları arasında əsl rəqabət başlanır. Osmanlı xəttatları nəstəliq xəttini dəyişdirərək yeni –divani xəttinin əsasını qoyurlar. Yəni, divani xəttini osmanlılar, daha dəqiq, XV əsrin xəttatı İbrahim Münif yaratmışdır. Bu xətt növü yaradıldıqdan sonra bir çox müsəlman ölkələrində yayılmış, Osmanlı dövlətində pul vəsiqələri, verilən hökm, əmr və fərmanlar, habelə məktub və digər yazılı sənədlər məhz divani xətti ilə yazılmağa və çap olunmağa başlanmışdır. Divani xətti ilə kitab üzü köçürülməsinə o qədər də əhəmiyyət verilməmişdir. AMEA Əlyazmalar İnstitutunda divani xətti ilə yazılmış sənədlər mövcuddur ki, onların da arasında M.F.Axundovun adına Türkiyədə tərtib edilmiş fərman diqqəti xüsusilə cəlb edir. Burada həmçinin təmiz divani xətti ilə yazılmış 7 ərəbdilli əlyazma kitabı və divani ünsürlü nəsxlə köçürülmüş daha bir ərəbdilli əlyazma qeydə alınmışdır. Sonralar divani təkmilləşdirilərək özünün hazırkı mükəmməl görünüşünə çatdırılmışdır. Hazırda divaninin iki növü – qəliz divani və qırma divani mövcuddur.
Divanı-Kəbir
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir. == Xarakteri == Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir. Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini,miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu” vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər. == Divan-i Kəbrin ən qədim əl yazıları == İstanbul-Süleymaniyyə Kitabxanası Əsəd Əfəndi Kitabları, No:2693 347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-ci əsr sonlarında yazıldığı təxmin edilir. Vatikan-Bibliotheca Vaticana, Pers.130 270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-ci əsr sonlarına doğru yazıldığı güman edilir. Dublin-Krister Beatty Library 309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-ci əsr sonlarına doğru yazıldığı güman edilir.
Divanə Bəhlul
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik". Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.
Hakkı Kıvanç
Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri. == Həyatı == Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. 1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır. "Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir. 1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür. 30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Kıvanç Tatlıtuğ
Kıvanç Tatlıtuğ (27 oktyabr 1983, Adana) — Türk aktyoru və keçmiş maneken . == Həyatı və kariyerası == Atası Adanalı, anası Ədirnəli olan Kıvanç, 1983-cü il oktyabrın 27-si Türkiyənin Adanada şəhərində dünyaya gəlmişdir. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçilməsi ilə məşhurlaşdı. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ daha sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırdı. 2008-ci ildə çəkilmiş Qadağan olunmuş eşq serialında Behlül obrazını, 2010-cu ildə qonaq obraz olaraq "Ezel" serialında Səkkiz obrazını, 2011-2013-cü illərdə isə "Kuzey Güney" adlı serialda Kuzey obrazını canlandırmışdır. Son olaraq "Qurd Səyid və Şura" serialında Farah Zeynəb Abdullah ilə baş rolda oynamışdır. 2018-ci il noyabrın 22-sindən 2019-cu il mayın 30-na qədər Show TV-də yayımlanan "Çarpışma" teleserialında Kadir obrazını canlandırmışdır.
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. == Fəaliyyəti == Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Ülufə divanı
Ülufə — Qapıqulu əsgərlərinə, yeniçərilərə və bəzi saray adamlarına üç ayda bir dəfə verilən maaş. Gündəlik olaraq hesablanan bu maaş Ədalət Meydanında xüsusi mərasimlə ödənilirdi. Əvvəlcə yeniçərilər saray mətbəxi önündə, sipahi əsgərləri isə saray anbarları önündə sırayla düzülməli idi. Daha sonra ülufələr paylanılırdı. Ardından yeniçərilərin önünə qapaqlı qazanlarda aş, ət və şorbalar düzülürdü. Əsgərlərin ülufələrindən razı olub-olmaması bu yeməkləri yemələrindən asılı idi. Əgər əsgərlər yeməkləri yesələr, deməli aldıqları maaşdan razıdılar. Ancaq Osmanlı tarixi boyunca bir çox dəfə ülufə divanı dağılmış, əsgərlər aldıqları maaşda narazı qalıb yemək qazanlarını aşırdıb üsyan çıxarmışdır.
Fatehlərin divanı
Fatehlərin divanı — 1997-ci il Azərbaycan istehsalı dram filmi. == Məzmun == Filmdə böyük türk xaqanları Haqq divanında toplaşaraq sərkərdə Əmir Teymuru divana çəkirlər. Sonda isə Teymur (Fuad Poladov) haqqında ədalətli qərarın çıxarılması tamaşaçıların ixtiyarına verilir. == Film haqqında == Film Nejdat Sevincin "Duruşmalar" pyesinin motivləri əsasında çəkilmişdir.
Livanın dövlət quruluşu
Livanın dövlət quruluşu - 1926-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Livan parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1943) 22 noyabr tarixində qeyd olunur. Ölkə Konstitusiyası 23 may 1926-cı ildə qəbul edilmişdir. Bütün dini konfessiaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları Milli Pakta əsasən ölkənin Prezidenti yalnız xristian maronit, Baş nazir sünni-müsəlman, Parlamentin sədri şiə-müsəlman, onun müavini isə pravoslav olmalıdır. == İnzibati ərazi bölgüsü == Livan Respublikası - hər biri bir şəhəri (Beyrut, Cubeyl, Tripoli, Bəaləbək, Sayqa, Nəbatiyyə) və bir neçə kəndi birləşdirən 25 qəzadan ibarət olan 6 əyalətə (Beyrut, Dağlıq Livan, Şimali Livan, Cənubi Livan, Bəqa və Nəbatiyyə mühafazalarına) bölünür. == Dövlət başçısı == Prezident Parlament tərəfindən, bir dəfədən çox olmamaqla 6 il müddətinə seçilir. Dövlət başçısı Milli Məclisin təqdimatı ilə Baş naziri və onun 1-ci müavinini təyin edir. Livanda tolerantlığın və milli birliyin rəmzi olan Prezident - Milli Məclisin hazırladığı və qəbul etdiyi qanunvericilik aktlarını dərc etmək, qanunların icrası məqsədilə əlavə qaydalar müəyyən etmək, beynəlxalq saziş və müqavilələri ratifikasiya etmək və s. mühüm səlahiyyətinə malikdir.
Tıvanın inzibati bölgüsü
== İnzibati-ərazi bölgüsü == «Tıva Respublikasının inzibati-ərazi quruluşu haqqında» Tıva Respublikasının Qanununa əsasən bölgəyə aşağıdakılar daxildir: 2 respublika tabeliyindəki şəhər (şəhər rayonları) 17 kojuun (bələdiyyə əraziləri) və onların tərkib hissələri 3 kojuun (rayon) tabeliyindəki şəhərlər (şəhər qəsəbələri) 1 şəhər tipli kojuun (rayon) tabeliyində qəsəbə (şəhər qəsəbəsi) 120 sumon (kənd yaşayış məntəqələri). Tıva Respublikasının Konstitusiyasına görə, Rusiya Federasiyasının tabeçilinə 17 kojuuun (bələdiyyə ərazisi), 2 şəhər dairəsi, həmçinin digər yaşayış məntəqələri (kənd və şəhər) daxildir == İnzibati bölgü == Respublikanın quruluşunun tərkib hissəsi olaraq 1 yanvar 2016-cı il tarixinə görə Tıvanın inzibati ərazi vahidləri hüdudlarında 143 inzibati birləşmə daxildir: 2 şəhər dairəsi, 17 inzibati rayon (kojuun) 4 şəhər qəsəbəsi, 120 kənd yaşayış məntəqəsi (sumon). == Tarixi == === Tıva Sin imperiyasının tərkibində === XVIII əsrin ortalarında, Çinə aid olan müasir Tıvanın ərazisi 4 inzibati vahidə - koşunlara (kojuun) bölündü: Tesinqol (ya da Oyunnar), Tocinur (Tocixoşun), Hemqol (Salçak) və Xubsuqol (Xasut). 1808-ci ildə Xeçik xoşunu qurulur. 1878-ci ildə Xubsuqol xoşunu Şimali Monqolustana verildi. 20-ci əsrin əvvəllərində xoşunların sayı 7-ə çatdı: Beyşe-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin və Çoodu. İnzibati olaraq bütün Tıva torpaqları Şimali Monqolustan general qubernatoruna tabe idi. Xoşunlar sumon və arbanlara bölünürdü. === Müstəqil Tıva === 1921. Tıva 7 xoşuna bölünür: Beyse-Xoşun, Daa-Xoşun, Maadi, Oyunnar, Salçak, Tocin, Şalık-Sartıl.
İvane Cavaxişvili
İvane Cavaxişvili (gürc. ივანე ჯავახიშვილი; d. 11 (23) aprel 1876, Tiflis – 18 noyabr 1940, Tbilisi) — Gürcü əsilli SSRİ tarixçisi, ictimai xadimi, Tbilisi Dövlət Universitetinin qurucularından biri, Sovet İttifaqı elmlər akademiyasının akademiki, tarix elmləri doktoru, professor. == Həyatı == İvane Cavaxişvili Tbilisidə, Aleksandr Cavaxişivili və Sofiyo Vaxvaxişvilinin ailəsində anadan oldu. Atası şahzadə Aleksandr Cavaxişivili gimnaziya müəlimi idi. 1895-ci ildə İvane Tbilisi birinci gimnaziyasını bitirdi,1899-cu ildə isə Sankt-Peterburq Dövlət universitetinin şərqşunaslıq fakültəsinin gürcü-erməni-iran dilləri bölümünü. 1899–1901-ci illərdə həmin universitetin maqistrantı olmuşdu. 1901–1902 illərdə Berlin Universitetinin akedemik ziyarətcisi idi. 1902-ci ildə müşaviri olan Nikolay Marr ilə birlikdə Sina dağında orta əsr gürcü əlyazmalarını araşdırdı. İlk iri həcimli Gürcü millətinin tarixi ( kartveli eris istoria ) əsərindən sonra ki, hələ tamamlanmamışdı, alim tez bir zamanda Gürcüstan və Qafqaz tarixi, Gürcüstan Gürcü qanunvericiliyi, paleoqrafiya, diplomatiya, musiqi, drama və digər mövzularda mühüm işlər apararaq özünü üstün bir mövqedə qərarlaşdırdı.
İvane Mxarqrdzeli
İvane Mxarqrdzeli və ya İvane Zakaryan və ya Atabəy İvane — kürd əsilli, gürcüləşmiş, erməniləşmiş Mxarqrdzeli-Zakaryan nəslindən olan feodal, sərkərdə. Bəzi qaynaqlarda bu ailənin qıpçaq əsilli olması da göstərilir. Mxarqrdzelilərin ailə əfsanəsinə görə onların kökü Əhəmənilər sülaləsindən, II Darın oğlu II Artakserksin soyundan gəlir. Buna səbəb II Artakserksin ləqəbinin "Qoluuzun" olması və Mxarqrdzeli sözünün gürcücə "qoluzun" mənasına gəlməyi olmuşdur. Gürcü çarı Böyük Tamaranın dövründə Gürcü hakimiyyətində etimad qazanaraq amirspasalar rütbəsinə qədər yüksələn, Sarqis Zakaryanın oğlu İvane, Ani (Qars) basqını, Şəmkir döyüşü və Ərdəbil basqınlarıyla məşhurdur. 1195-ci ildə Eldəgizlərin zəifləməsindən istifadə edən gürcülər, Şəmkir yaxınlığında Eldəniz Atabəyi Əbu-Bəkrin qoşunlarına qarşı hücuma keçdilər. Bu döyüşdə İvane Mxarqrdzeli bir hərbçi kimi özünü göstərmişdir. Səlcuqlular arasındakı başıpozuqluqdan yararlanaraq Ərzurumdakı Saltuk bəyliyini öz təsiri altında salan Böyük Tamara ilə səlcuqlu qüvvələrini birləşdirməyi bacaran Sultan II Süleyman Şahın arası türklərin Ərzurumu tutaraq ilhaq etməsindən sonra kəskin şəkildə pozulmuşdu. II Süleymanın Kars və Ərzurumda möhkəmləndikdən sonra Gürcüstana səfər edəcəyini anlayan Böyük Tamara cəld şəkildə əri David Soslanın başçılığı altında əks-hücuma keçərək Basiani döyüşündə türkləri məğlub etdi (1202). Həmin döyüşün əsas qəhrəmanlarından biri də İvane və qardaşı Zəkəriyya Mxarqrdzelilər idi.
Nizami Gəncəvinin divanı
Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی‎) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır. Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur. Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır.
Qərb Şərq Divanı
Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır. == Məzmun və quruluşu == Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır. İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi: Moganni Nameh – Buch des Sängers Hafis Nameh – Buch Hafis Usch Nameh – Buch der Liebe Tefkir Nameh – Buch der Betrachtungen Rendsch Nameh – Buch des Unmuths Hikmet – Nameh – Buch der Sprüche Timur Nameh – Buch des Timur Suleika Nameh – Buch Suleika Saki Nameh – Das Schenkenbuch Mathal Nameh – Buch der Parabeln Parsi Nameh – Buch des Parsen Chuld Nameh – Buch des Paradieses Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız Almaniya və Yaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristian və müsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər. == Divandan parçalar == .
Xudu Divanə xanəgahı
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah. Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. == Zəmin == Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. == Tarixi == Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Məhtimqulu Fəraqinin Divanı
Məhtimqulu Fəraqinin "Divan"ı — türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda yeni tapılmış divanı == Əhəmiyyəti == Bu divan ilk dəfə olaraq Bakıda tapılmışdır. == Haqqında == Divan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 29 sentyabr 2015-ci il 7 saylı iclasının qərarı ilə ilk dəfə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Kitabı türkməncədən Azərbaycan dilinə çevirən, qeyd və izahların müəllifi və nəşrə hazırlayanı fil.f.d., dosent İsmixan Osmanlıdır. Elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçilər akademik Teymur Kərimli, professor Annaqurban Aşırov, professor Məmməd Əliyevdir. Mətnin transliterasiyası ilə f.e.d Paşa Kərimov, Türkmənistan Milli Əlyazmalar İnstitutunun elmi işçiləri Rəhmanberdi Qodarov və Rahimmammet Kurenov məşğul olmuşdur. == Məzmunu == Kitabda türkmən ədəbiyyatının görkəmli klassiki Məhtimqulu Fəraqinin Bakıda yeni tapılmış "Divan"ındakı şeirlər toplanmışdır. Kitabın içindəkilər: "Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" - akademik İsa Həbibbəyli "Məhtimqulu divanının yeni nüsxəsi" - F.e.d Paşa Kərimov "Məhtimqulu Fəraqi "Divan"ının nüsxələri" - fil.f.d., dosent İsmixan Osmanlı "Divan" == Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı == Bu hissədə türkmən ədəbiyyatının görkəmli klassiki M.Fəraqi və onun Azərbaycan ədəbiyyatı ilə bağlılığı qeyd olunmuşdur. Məhtimqulu poeziyasında Azərbaycana bağlılıq daha əyani şəkildə meydana çıxır. Məhtimqulunun Azərbaycanla əlaqəsi maraqlıdır. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlirik .