Məhtimqulu Fəraqinin "Divan"ı — türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda yeni tapılmış divanı
Məhtimqulu Fəraqi.Divan | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Nəşriyyat | Elm və təhsil |
Nəşr | 2015 |
Səhifə | 744 |
ISBN | 978-9952-8142-9-3 |
Bu divan ilk dəfə olaraq Bakıda tapılmışdır.
Divan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 29 sentyabr 2015-ci il 7 saylı iclasının qərarı ilə ilk dəfə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Kitabı türkməncədən Azərbaycan dilinə çevirən, qeyd və izahların müəllifi və nəşrə hazırlayanı fil.f.d., dosent İsmixan Osmanlıdır. Elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçilər akademik Teymur Kərimli, professor Annaqurban Aşırov, professor Məmməd Əliyevdir. Mətnin transliterasiyası ilə f.e.d Paşa Kərimov, Türkmənistan Milli Əlyazmalar İnstitutunun elmi işçiləri Rəhmanberdi Qodarov və Rahimmammet Kurenov məşğul olmuşdur.
Kitabda türkmən ədəbiyyatının görkəmli klassiki Məhtimqulu Fəraqinin Bakıda yeni tapılmış "Divan"ındakı şeirlər toplanmışdır.[1]
Kitabın içindəkilər:
"Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" - akademik İsa Həbibbəyli
"Məhtimqulu divanının yeni nüsxəsi" - F.e.d Paşa Kərimov
"Məhtimqulu Fəraqi "Divan"ının nüsxələri" - fil.f.d., dosent İsmixan Osmanlı
"Divan"
Bu hissədə türkmən ədəbiyyatının görkəmli klassiki M.Fəraqi və onun Azərbaycan ədəbiyyatı ilə bağlılığı qeyd olunmuşdur. Məhtimqulu poeziyasında Azərbaycana bağlılıq daha əyani şəkildə meydana çıxır. Məhtimqulunun Azərbaycanla əlaqəsi maraqlıdır. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlirik [2]. "Yaylaqları var" şeiri Azərbaycana həsr edilmişdir. M.Fəraqi həm Azərbaycan şairlərinin əsərlərindən bəhrələnmiş, həm də bəzi Azərbaycan şairlərinin yaradıcılığına təsir göstərmişdir. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərindən dahi N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adını çəkmişdir.M.Fəraqi "Sən olsam" adlı şeirində Şərqin məşhur şairlərindən Əbu Seyid, Ömər Xəyyam, Həmadani, Firdovsi, Hafiz, Cəlaləddin Rumi,Ə.Cami ilə bir cərgədə N.Gəncəvinin adını yüksək ehtiramla yad edir, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Xaqaninin "Mədain xərabələri" əsərindən söz açır.[3] "Bəndi oldum" şeirində isə İmadəddin Nəsimini ehtiramla yad edir[3]. M.Fəraqi Azərbaycan xalq-aşıq poeziyasına dərindən bələd olmuşdur. Onun "Oyan dedilər" şeiri Qurbaninin "Dedilər" [4], "Yalan dünya" şeiri isə Xəstə Qasımın "Dünya" şeiri [5]şeiri ilə səsləşir. M.Fəraqi yaradıcılığından bəhrələnən XX əsr şairləri içərisində M.Şəhriyar və S.Vurğun da vardır. M.Şəhriyar dünya mövzusunu yeni səviyyəyə qaldırmış [6], S.Vurğun isə məzmunca oxşar motivlərə toxunsa da, nikbin notlar üzərinə köklənmişdir [7]. Türkmən şairinin "Ağlaram", "İstərəm", "Qəlbimin yarası" və bir çox başqa şeirlərini Əli Kərim çevirmişdir. Şairin məşhuir "İki sevgi" adlı şeirində Məhtimqulu Fəraqinin "Sevmişəm səni" adlı sevgi şeirinin ovqatı müşahidə olunur [8] AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda 2014-cü ildə M.Fəraqinin 290 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 1914-cü ildə daşbasma üsulu ilə Buxara şəhərində çap edilmiş bu "Divan"dakı şeirlərin bir çoxu şairin nəşr edilmiş eyniadlı şeirlərindən fərqli və daha düzgündür, bir neçə şeir isə sənətkarın bu vaxtadək nəşr edilmiş kitablarında yoxdur. Yeni tapılmış "Divan"da M.Fəraqinin dini məzmunlu şeirləri də vardır."Divan"da poetika baxımından da zənginlik müşahidə olunur [1]
Burada "Divan"ın yeni nüsxəsi ilə Aşqabat nəşri arasında müəyyən müqayisələr verilmişdir. Şairin daşbasma kitabı haqqında ilk dəfə tanınmış Azərbaycan alimi Ramazan Qurbanov məlumat vermişdir.[9] AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan daşbasma nüsxəsindəki "Can içində", "Qeybətkeş" şeirində 3 bənd,"Kəcdir dostlar", "Rəftarıdır", şeirlərində 2 bənd, "Hər yana", "Əmirə döndər" və s. şeirlərində 1 bənd çatışmır. "Yusif deyə-deyə" qəzəlinin Əlyazmalar İnstitutu nüsxəsində 7-8-ci beytlərin yeri dəyişik düşmüşdür. Aşqabat nüsxəsində "Bu dünya" şeirində "Xəzirbaycan" yazılmışdırsa, Əlyazmalar İnstitutu nüsxəsində "Azərbaycan" yazılmışdır. Bu nəşr Azərbaycanda ilk dəfə olaraq böyük türkmən şairinin şeirlər toplusu ərəb qrafikası ilə yazılmış əlyazma nüsxəsi əsasında çapa hazırlanıb.
Bu hissədə M. Fəraqi "Divan"ının qovluqda saxlanılan nüsxələrini ardıcıl qeyd etmişdir. Məhtimqulu Fəraqinin atası Dövlətməhəmməd Azadinin "Behiştnamə" adlı əsərinin tapılması, şairin adının yazılışı haqqında məlumat da yer almışdır.[10]
Türkmənistan EA Milli Əlyazmalar İnstitutunda saxlanılanlar:
Tatarıstan Respublikasının Qazan Universitetinin Elmi kitabxanasında:
Özbəkistan Respublikasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda:
Kitabın sonunda tarixi şəxsiyyətlərin, coğrafi adların və başqa sözlərin qısa izahı verilmiş,ərəb, fars və türkmən sözləri lüğəti yer almışdır.