Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Alişa Qlass
Alişa Qlass — 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. İmoko Koneglianonun şərəfini qoruyur. == Karyerası == Voleybolçu həmçinin 2009-cu ildən ABŞ millisinin şərəfini qoruyur. 2012 və 2013-cü illərdə milli komanda ilə birlikdə Panamerikana kubokunu qazanmışdır. Qlass 2013-14 mövsümündə Türkiyənin Fənərbaxça klubunda 12 nömrəli formanı geyinmişdir. Oynadığı vaxt komandanın əsas toppaylayıcısı olmuşdur. Fənərbaxçaya 2013-cü ildə transfer olunmuşdur. Bu klubdakı ən böyük uğuru isə 2013-14 mövsümünə təsadüf edir. Belə ki, həmin mövsüm Alişa komandası ilə birlikdə CEV Kubokunu qazanmışdır. 2014-cü ildən etibarən isə İtaliyanın İmoko Volley Konegliano komandasına transfer olunmuşdur.
C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir.
Hyu Qlass
Hyu Qlass (ing. Hugh Glass; təq. 1783, Filadelfiya, Pensilvaniya – 1833, Yellouston çayı) — irland əsilli ABŞ kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçusu və səyyahı. Hyu Qlassın 1783-cü ildə Pensilvaniya ştatının ərazisində şotland və irland əsilli bir ailədə dünyaya gəldiyi təxmin edilir. Qlass Missuri çayı, Montana, Şimali Dakota, Cənubi Dakota və Nebraska ştatlarının ərazilərində, Plat çayının hövzəsində köçəri həyat yaşamış, ovçuluqla məşğul olmuşdur. Hyu Qlass daha çox kürk ticarəti zamanı dostları tərəfindən aldaldılması, ölümə tərk edilməsinə baxmayaraq özündə güc tapıb həyata tutunması və qrizli ayısı tərəfindən hücuma məruz qalması ilə məşhurlaşmışdır. Glass 1833-cü ildə Yellowstone çayında 2 yoldaşı ilə bərabər Arikaralar tərəfindən qətlə yetirilmişdir. Vəhşi ayının hücumundan sonra sağ qalmaq üçün 200 mil (320 km) məsafə qət etmişdir. Qlassın başına gəlmiş hadisələrlə bağlı bir neçə film çəkilmişdir. Bu hadisələrin doğruluq payı hər zaman müzakirə mövzusu olmuşdur.
Kimberli Qlass
Kimberli Mari Qlass (ing. Kimberly Glass; 18 avqust 1984, Los-Anceles, Kaliforniya) — Amerikan voleybolçu. Los-Ancelesdə (Kaliforniya) Şerman və Keti Qlassin ailəsində doğulub. ABŞ yığmasının da üzvüdür. ABŞ milli komandasına 23 may 2007-də qoşulub. 2008-ci ildə ilk dəfə Pekin Olimpiya oyunlarında çıxış edib — Pekin Olimpiadası — və ABŞ yığması ilə gümüş medal qazanıb. Hal-hazırda Azərbaycanın Rabitə Bakı klubunda oynayır.
Klaus Fuks
Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs‎; 29 dekabr 1911[…], Rüsselhaym[d], Almaniya imperiyası – 28 yanvar 1988[…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi. == Həyatı == Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur. 1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur. 1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur. Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi.
Klaus Hayssler
Klaus Hayssler (alm. Klaus Heißler‎) — Amerikan ata! televiziya serialında personaj. Klaus — Smit ailəsində yaşayan və danışa bilən qızıl balıqdır. Personajı Di Bredli Beyker səsləndirib. == Bioqrafiya == Klaus şərgi Almaniyanın xizəklə tramplindən tullanma üzrə idmançısı idi. Mərkəzi Kəşfiyyat İdarəsi kommunistik ölkənin idmançısının Olimpiya oyunlarında qələbə qazanmasına yol verə bilməzdilər. Buna görə də onlar Klausun beynini (daha doğrusu beyin dalğalarını) qızıl balığın bədəninə köçürdülər. Onun əsl bədəni isə oyun vaxtı soyuq su hövzəsində batdı. Klaus komfortla Smitlərin evində məskunlaşır və ailənin tamhüquqlu üzvünə çevrilir, bunun üçün də o tez-tez öz şəxsi mövqeyi irəli sürməyə çalışır.
Klaus Kinkel
Klaus Kinkel (17 dekabr 1936[…], Metzingen, Vürtemberq azad xalq dövləti[d], Üçüncü Reyx – 4 mart 2019[…], Sankt-Avqustin[d], Şimali Reyn-Vestfaliya) — alman dövlət xadimi, siyasətçi.
Klaus Mann
Klaus Henrix Tomas Mann (18 noyabr 1906[…], Münhen – 21 may 1949[…], Kann) — alman yazıçısı. == Həyatı və işi == Münhendə anadan olan Klaus Mann, Alman yazıçısı Tomas Mann və həyat yoldaşı Katiya Pringsheim Mannın oğlu idi. Atası lüteran kimi vəftiz edildi, anası isə dünyəvi yəhudilərdən idi. 1924-cü ildə qısa hekayələr yazmağa başladı və növbəti il Berlin qəzetinin dram tənqidçisi oldu. İlk ədəbi əsərləri 1925-ci ildə nəşr edilmişdir. Mannın erkən həyatı cox problemli keçib. Homoseksuallığı onu tez-tez xəyanətin hədəfinə çevirirdi və atası ilə münasibətləri çətinləşdirirdi. Müxtəlif məktəblərdə qısa bir müddətdən sonra o, özündən bir yaş böyük olan bacısı Erika Mann ilə birlikdə 1927-ci ildə ABŞ-yə səfər edərək, 1929-cu ildə ortaq bir səyahət kitabı olaraq nəşr olunan esselərdə bu barədə məlumat verdi. 1924-cü ildə o, bacısı Erikanın yaxın dostu olan dramaturq Frank Vedekindin böyük qızı Pamela Vedekindlə nişanlanmışdı. Nişan 1928-ci ilin yanvarında pozuldu.
Klaus Yohannes
Klaus Yohannis (rum. Klaus Werner Iohannis; 13 iyun 1959[…], Sibiu) — Rumıniya prezidenti (2014-cü ildən), alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meridir, 2004, 2008 və 2012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib. 28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəddir. 16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib. == Tərcümey-hal == Klaus Yohannis 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannisin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşlığını almışdır. 1979-cu ildə Klaus Yohannis Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitet]]ə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir.
Klaus Yohannis

Klaus Zink
Klaus Zink (20 yanvar 1936) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Zinkin gənclik komandası onun doğulduğu şəhəri təmsil edən "Qlühlampenverk Plauen" idi. 1955-ci ilin avqust ayında o, "Vizmut Karl-Marks Ştadt" klubuna keçdi. Ancaq ilk oyununu 12 may 1957-ci ildə "Motor Cena" klubuna qarşı keçirtdi. 1957-ci ildən 1971-ci ilə qədər o, "Ertsgebirge"nin heyətində 279 liqa oyunu ərzində 82 qol vura bilmişdir. Onun sonuncu liqa oyunu 1971-ci il 30 oktyabr tarixinə təsadüf etdi, oyun "Maqdeburq" qarşı keçirilirdi. O, Çemnits şəhərində yaşayır. == Xarici keçidlər == Klaus Zink's league games and goals season after season in the RSSSF archive. Accessed on January 7, 2013.
Mark Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Santa-Klaus
Santa-Klaus (ing. Santa Claus) — Milad bayramında uşaqlara hədiyyələr verən Qərbi Avropa və Şimali Amerika sehrli (folklor) personajı, Müqəddəs Nikolay obrazı ilə eyniləşdirilən Milad babası. Santa Klausun doğulduğu yer ilə bağlı vahid fikir yoxdur: belə hesab olunur ki, həmin ərazi Laplandiya, ya da Şimal qütbü yaxınlığıdır.
Santa Klaus

Klaus Hekkerup
Klaus Hækkerup (24 mart 1943) — Danimarka siyasətçisi, magistr., 10 may 1988 – 15 sentyabr 2011-ci il tarixlərində Frederiksværkkredsen və Frederikssundkredsen şəhərlərində keçmiş bələdiyyə başçısı və Danimarka Sosial Demokrat Partiyasından parlamentə üzvdür. O, sabiq nazir Per Hækkerupun və Folketing bələdiyyə sədrinin keçmiş müavini Grete Hækkerupun oğludur. Orta təhsilini 1960–1959-cu illər arasında Folkeskolen Lillerød Məktəbində və davamını 1962-ci ildə Frederiksborg Dövlət Məktəbində almışdır. Magistr təhsilini 1972-ci ildə Kopenhagen Universitetində bitirmişdir. 1972–1978-ci illər arasında Dairə Şurasında katib, sonralar isə idarə rəisinin müavini, 1978–1988-ci illər ərzində isə Fredensborg-Humlebæk şəhərinin meri vəzisini icra etmişdir. O, 1966-cı ildə İrene Norlin Jensen ilə ailə həyatı qurub. Bu evlilikdən 3 uşaqı var: Nik Hækkerup, Ole Hækkerup və Kalle Hækkerup. Klaus Hækkerup ictimai nəqliyyatda yaşıl enerjidən istifadə olunmasına xüsusi maraq göstərməsi ilə məşhurdur. O, Əfqanıstan və Aİ- dəki müharibəyə tənqidi münasibət bəsləydiyini dilə gətimişdir.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Mark Lisini Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Publi Kanidi Krass
Publi Kanidi Krass — Roma sərkərdəsi (e.ə. 1 əsr), konsul (e.ə. 40 il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36 ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi.
Qlass — Stiqoll qanunu
1933-cü ilin Bank Qanunu (ing. Banking Act of 1933), təşəbbüskarlarının adları ilə də adlandırılır Qlass–Stiqoll qanunu (ing. Glass—Steagall Act) — 16 iyun 1933-cü ildə və XX əsrin sonlarına qədər Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən imzalanmış, Amerika bank sisteminin görünüşünü müəyyənləşdirən, kommersiya banklarının investisiya fəaliyyətinə girməsini qadağan edən, hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran federal qanunvericilik aktı, banklar qiymətli kağızlarla işləmək və bank depozitlərinin icbari sığortasını tətbiq etmək üçün yaradılmışdır. == Qanunun məzmunu == Qlass–Stiqoll Qanununun əsas müddəalarına aşağıdakılar daxildir: aktivlərin qiymətli kağızlara çevrildiyi əməliyyatlar istisna olmaqla, kommersiya banklarının qiymətli kağızlarla əməliyyatlar həyata keçirməsinin qadağan edilməsi, lakin belə bir qiymətli kağızın sahibi, çevrilmədən əvvəlki aktivlərlə eyni hüquqlara malikdir; bankların qiymətli kağızlarla əməliyyatlar aparan filiallarının yaradılmasına qadağa; qiymətli kağızlar bazarında fəaliyyət göstərən şirkətlərin ənənəvi bank əməliyyatları növlərini həyata keçirməsinə qadağa; investisiya şirkətlərinin vəzifəli şəxslərinin eyni vaxtda kommersiya banklarında vəzifə tutmalarının qadağan edilməsi; Federal Depozit Sığortası Korporasiyasının yaradılması; 5.000 ABŞ dollarına qədər olan bank əmanətlərinin icbari sığortası; yeni bank qruplarının Federal Ehtiyat Sisteminə daxil edilməsi. == Qanunun qəbul edilməsinin səbəbləri == Qlass–Stiqoll qanununun qəbulu, ABŞ səlahiyyətlilərinin 1929-cu ilin payızında başlayan və ilk növbədə birjaya təsir göstərən maliyyə böhranına reaksiyası idi. Ticarət bankları, qiymətli kağızlar almaq üçün müştərilərin vəsaitlərindən istifadə edərək fond bazarındakı əməliyyatların fəal iştirakçıları olduğundan, fond bazarının çöküşü bir çox bankın iflasına səbəb oldu. ABŞ qanunvericisinin cavabı Bank haqqında təcili qanun (Emergency Banking Relief Act) ilə tətbiq olunan "bank tətilləri" zamanı qəbul edilən 1933-cü il Bank Qanunu idi. Qlass–Stiqoll Qanunu, kommersiya banklarının qiymətli kağızlar bazarındakı əməliyyatlarda iştirakını qadağan edir və bununla da kommersiya bankı və investisiya bankı anlayışlarını ayırır. Bu qanun xarici ölkələrdə bank qanunvericiliyinin inkişafına ciddi təsir göstərmişdir.
Qlass–Stiqoll qanunu

Mercedes-Benz A-Class
Mercedes A-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 1998-ci ildən başlayaraq istehsal olunan 4-qapılı bir kompakt avtomobildir. Bu seriyanın son nəsli olan W176 modeli 2012-ci ildə istehsal olunmuşdur. == 1. Nəsil (1997–2004) == === Mühərriklər === Benzin 1.4 82 hp 1.6 100 hp 1.9 124 hp 2.1 Evolution 138 hpDizel 1.7 CDI 74 hp 1.7 CDI 58 hp 1.7 CDI 89 hp 1.7 CDI 94 hp === Sürətlər qutusu === 5 ileri düz vites 6 ileri düz vites ST otomatik vites == 2. Nəsil (2004–2012) (W169) == 2005 modelden (W169 KASA) itibaren aracın aks mesafesi ve genişliği artırılmıştır, eskiye nazaran görünümü oldukça değişmiştir, motor ve iç dizayn olarak aynı şeyleri söylemek mümkündür.mercedesin işçilik kalitesini bu seride de görmek mümkündür. (aracın 100 km hız fren mesafesi 33 m'dir.
Mercedes-Benz B-Class
Mercedes-Benz B-klass — 2005-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi kompakt avtomobillər. Avtomobil A-klassdan bir az böyükdür və onun asqı və mühərriklərindən istifadə edir.
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 396 nəfərdir.[mənbə göstərin]Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974-1992). Vüsal Nəhmətov (1987-2020). Nihad Əhmədov (2000-2020).
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
GPass
GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur. == Skype və GPass == GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Klanq
Klanq (əvvəllər Kelanq adı ilə də tanınırdı) — Malayziyada, Selanqor şəhərində şəhər. Kalanq vadisində, Kuala-Lumpur şəhərindən 32 km qərbdə və Port-Klanqdan 6 km şərqdə yerləşir. Kuala-Lumpur şəhərindən əvvəl Selanqor ştatının paytaxtı olmuşdur. Hazırda Şah-Alam ştatının paytaxtıdır. Klanq dairəsində yerləşən Port-Klanq dünyanın ən çox yük daşınan limanlarından biridir. Əhalisi 1 113 851 nəfərdir (2010). == Etimologiyası == Tədqiqatçılar arasında geniş yayılmış mülahizəyə əsasən şəhər öz adını ərazisindən axan Klanq çayının adından götürmüşdür. Bu coğrafi region bütünlüklə Klanq çayının yaxınlığında yerləşdiyinə görə Klanq vadisi də adlandırılmışdır. Digər bir məşhur bir nəzəriyyəyə görə isə bu ad mon-kxmer dilində Klong və ya köhnə malay sözü olan kilang ("anbarlar") sözündən götürülmüşdür, keçmiş zamanlarda şəhərdə çoxlu miqdarda anbarların olması ilə bağlı olduğu ehtimal olunur, müasir dövrdə Kilang" — fabrik mənasında işlənilir. == Rayonlar == Klanq çayı Klanq şəhərini Şimal və Cənub hissələrinə bölür.