Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurmış tatarları
Kurmış tatarları — Kurmış vilayətinin və Nijni Novqorod vilayətinin Kurmış şəhərinin hərbi xidmətdə olan tatar xalqının subetnos qruplarından biri (Rusiya ordusunda süvari alaylarında). == Tarixi == Kurmış tatarları Moskva knyazlığının şərqindəki Kormış vadisi ərazisində, İdil bulqarları dövləti ilə sərhəddə yerləşən Kormış şəhəri yaxınlığında (indiki Nijni Novqorod vilayətinin Kormış rayonunda kənd) yaşayan türkdilli xalqı idi. Vladimir, Nijni Novqorod və Moskva knyazlıqları burada yaşamış bulqar, macar, bərtaş, mordva, çermeş, mişər xalqlarının varisləri hesab edilir. Kurmış tatarları XV-XVIII əsrlərdə Rusiya hökumətinə, ondan əvvəl isə saray əyanlarına, yəni Qızıl Orda xanlarına xidmət etmiş türk knyazlarının nəslindən sayılırlar. XVII əsrin ilk iyirmi ilində Kurmış vadisində Knyaginino və Kurmış yolları boyunca gözətçi məntəqələri funksiyasını yerinə yetirən 8 tatar kəndi var idi. Onların arasında Mokloka, İşeevo, Anda və Vakaevo (indiki Urqa) kəndlərində uzun müddət yaşayış olub. Usad və Andosovda, Şkoverka çayı yaxınlığında türk elementlərinin taleyi fərqli idi. Sonrakı sənədlərdə qeyd olunmadığı üçün onlar XVII əsrin birinci yarısında yoxa çıxıblar. Fominkaların tatar əhalisi etnik cəhətdən daha sabit idi. Lakin onun da ruslaşması XIX əsrin ortalarında başa çatdı.
Kumis
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Kumıs
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Urmis
Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. Dağətəyi ərazidədir. Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı. Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir. XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
Tomas Kurtis
Tomas "Tom" Kurtis (d. 9 yanvar 1873; San-Fransisкo, Birləşmiş Ştatlar - ö. 23 may 1944; Nahant, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. Tomas Kurtis 1873-cü ilin 9 yanvar günündə Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisкo şəhərində anadan olub. 1944-cü ilin 23 may tarixində isə Massaçusets ştatının Nahant şəhərində ömrünün 71-ci yaşında vəfat edib. Tomas Kurtis 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 110 metr məsafəyə sədli qaçış yarışlarında mübarizə aparan Kurtis təsnifat mərhələsində 18.0 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 17.6 saniyə nəticəyə imza atan Tomas Kurtis I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Tomas Kurtis Afina Olimpiadasında həmdə 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı.
Kurtis Cons
Kurtis Cons (30 yanvar 2001, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. == Həyatı == Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Kumis (region)
Kumis (fars. قومس‎, q.yun. Κωμισηνή) — İslamdanqabaqkı İranda, Əlburz dağlarının cənub su hövzəsi ilə Dəşti-Kəvir çölünün şimal hüdudları arasında vilayət. Sasanilər dövründə Rey və Gürgan vilayətləri arasında yerləşən əraziyə aid edilirdi. Kumis orta əsrlərdə İranın kiçik bir vilayəti olaraq qalmışdır. Vilayətin qərb sərhədləri Reyin şərqindəki şəhərətrafı ərazilərində, şərq sərhədləri isə Xorasanda idi. Xorasan yolu ilə yarıya bölünən vilayətdə Xoara (indiki Aradan), Simnan, Şəhr-i Kumis (indiki Damğan), Bəstam və Biyar (indiki Biyarcümənd) şəhərləri yerləşirdi. 856-cı ildə Kumisdə baş verən zəlzələ nəticə 200 minə yaxın insan həlak olmuşdur. Bu, bəşər tarixində qeydə alınmış ən ölümcül zəlzələlərdən biri olmuşdur. Vilayətdə ismaililər tərəfindən tikilmiş bir neçə qala var ki, onların əksəriyyəti işğalçı monqollar tərəfindən ələ keçirilmişdir.
Mehmet Muhiddin Kurtiş
Mehmet Muhiddin Kurtiş (türk. Mehmet Muhittin Kurtiş) (d. 1876, Dəməşq – ö. 7 avqust 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1896-cı ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 19 iyul 1923-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. Daha sonra orduya 4 iyul 1924-cü ildə yenidən orduya qatıldı.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. == Həyatı == 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Məhməd Muhiddin Kurtiş
Mehmet Muhiddin Kurtiş (türk. Mehmet Muhittin Kurtiş) (d. 1876, Dəməşq – ö. 7 avqust 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1896-cı ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 19 iyul 1923-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. Daha sonra orduya 4 iyul 1924-cü ildə yenidən orduya qatıldı.
Cürcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Dermis
Dermis — Dermis və ya korium, epidermis (ondan kutis əmələ gətirir) ilə dərialtı toxuma arasındakı dəri təbəqəsidir, əsasən bədəni stress və gərginlikdən qoruyan sıx, səliqəsiz formalı birləşdirici toxumadan ibarətdir. İki qata bölünür: epidermisə bitişik olan papiller bölgə və səth sahəsi, retikulyar dermis olaraq bilinən daha dərin, qalın bir sahə. Dermis, bodrum membranından epidermislə sıx birləşdirilmişdir . Derminin struktur komponentləri kollagen, elastik liflər və ekstra fibrillyar matrisdir. Ayrıca toxunma hissi üçün mexanoreseptorlar və istilik hissi üçün termorezektorlar da vardır. Bundan əlavə, saç kökləri, tər vəziləri, yağ vəziləri , apokrin vəziləri, limfa damarları, sinir və qan damarları dermisdə mövcuddur. Bu qan damarları həm dəri, həm də epidermal hüceyrələr üçün qidalanma və detoksifikasiya təmin edir. == Struktur == Dermis üç əsas növ hüceyrədən ibarətdir: fibroblastlar, makrofaqlar və mast hüceyrələr. Bu hüceyrələrə əlavə olaraq, dermis kollagen (güc təmin edən), elastin (elastiklik təmin edən) və ekstrafibrillar matris, əsasən qlikozaminoqlikanlardan (əsasən hialuronan), proteoqlikanlardan ibarət olan hüceyrə xaricindəki jel kimi bir maddə kimi matrix komponentlərdən ibarətdir. == Laylar == === Papiler dermis === Papiler dermis dermisin ən üst qatındadır.
Hormis
Karmin
Karmin (qida qatqısı)
Kermit
Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,465s.
Keçmiş
Keçmiş — zamanın müəyyən bir nöqtəsindən əvvəl baş vermiş bütün hadisələrin məcmusudur . Keçmiş indiki və gələcək zamanla ziddiyyət təşkil edir, lakin onu müəyyən edir. Keçmişin konsepsiyası insan müşahidəçilərinin zamanı hiss etdiyi xətti modadan irəli gəlir, yaddaş və xatırlama vasitəsilə əldə edilir. Bundan əlavə, yazı dili yaranandan bəri insanlar keçmişi qeyd etmişdir. "Keçmiş" sözünün ilk məlum istifadəsi XIV əsrdə olmuşdur; o, "keçmək, keçib getmək" sözündən götürülmüşdür.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. == Hazırlanması == Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kursiv
Kursiv – [lat. cursivus, cursus – qaçış, hərəkət; cursiva littera – əlyazma] 1) maili mətbəə hürufatı, maili yazı; 2) sitatda müəllifin nəzərə çarpdırdığı söz, ifadə və ya cümlə; 3) çap şrifti formalarından biri; 4) mətnin müəyyən hissəsini fərqləndirmək məqsədilə hərflərin sağa meylli, əlyazmasına bənzər şəkildə yığılması. Sözün kursivlə yığılması üçün əlyazmasında onun altında dalğalı xətt çəkilir; 5) latın və qədim yunan yazısında sürətli yazı xətti. Bu məqsədlə qələmin ucu kağızdan götürülmədiyi üçün hərflər bitişik yazılır. Bu məqalədə “şrift” və “sürətli yazı” sözləri kursivlə yığılmışdır; 6) əlyazmasını xatırladan maili mətbuat şrifti. == Tarixi == Ən qədim antik kursiv yazısı I-II əsrlərə aiddır. Bizans – yunan yazısında XI əsrdən yayılmışdır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kurtamış
Kurtamış — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Kürdəmiş
Kürdəmiş — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == Kürdəmiş Göyçay rayonunun Qızılağac inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şək.-sindən ibarət olub, "tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə" mənasındadır. 1917-ci və 1933-cü illərdə Şamaxı r-nu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında işlənmişdir. Kürdəmiş toponimi ilə bağlı müxtəlif fikirlər, gümanlar vardır. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şəkilçisindən ibarət olub, “tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə” mənasınadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1150 nəfər əhali yaşayır.
Kursiç
Kursiç, Kursiq və ya Kürsiq (d. ? - ö. 395-ci ildən sonra) — Hun imperiyasının generalı və xaqan ailəsi üzvü. O, Hun ordusunun Sasani imperiyasına yürüşü zamanı orduya komandanlıq etmiş və müasir Azərbaycan ərazisində döyüşmüşdür. == Etimologiya == Omeljan Pritsak Kursiçin adının mənasını türk sözü kimi verməkdədir. Müəllifə görə, Kursiç sözü türk dilində cəsur, əsilzadə, güclü mənalarını verən kür-kür+ä sözü ilə, bənzər, oxşar mənalarını verən siğ şəkilçisinin birləşməsindən yaranmışdır. Otto Maenchen-Helfen isə adın qarışıq olduğunu, türk dilli ilə bir başqa dilin qarışığından əmələ gəldiyini yazır. Gerhard Doerfer adın saf Hun adı olduğunu bildirsə də, onu hər hansısa müasir dillə əlaqələndirmir. Tarixçi Hyun Jin Kim iddia edir ki, bu ad türk sözündən yaranmışdır.
Türgiş
Türgiş Xaqanlığı, Türkeş və ya Turgiş (Köhnə türkcə: 𐱅𐰇𐰼𐰏𐰾: 𐰉𐰆𐰑, Türgeš budun,   'Türgeş xalqı'; Sadələşdirilmiş Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; i-Şih; qədim tibet: du-Rgyas) türk tayfa konfederasiyası idi. Bir vaxtlar Qərbi Türklərin On-Ok elitası üzərində Tulu qanadına mənsub olan Türkeş, Qərbi Göktürk xanlığının dağılmasından sonra müstəqil bir güc kimi meydana çıxdı və 699-cu ildə xanlıq qurdu. Türklər xaqanlığı 766-cı ilə qədər, karluklar onları məğlub edənə qədər davam etdi. Türkeş və Göktürklər nikahla qohum idilər. Türgişlər Göktürklərin "On-Ox" tayfasından idi. Onlar İssık-Kul gölünün ətrafında yaradılmışdır. Göktürk İmperatorluğunun qurucusu Bumin Kağan 552-ci ildə İstemi "On-Ok" soyuna "bəy" təyin etdi. 630-cu ildə Göktürk İmperatorluğu dağılanda dövrün hökmdarı "Baka Tarkan" dövlətinin müstəqilliyini elan etdi. On-Ox qəbiləsinin bütün üzvlərini öz dövlətinə çağırdı. Qısa müddətdə bütün On Oxlar bu dövlətdə birləşərək 140.000 nəfərlik ordu topladılar.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.