Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.[2]
Urmis | |
---|---|
39°04′30″ şm. e. 45°58′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Dağətəyi ərazidədir.[1]
Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı.[1] Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir.[3]
XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.[3]