Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krindaç villası
Krindaç villası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Adres: Taqanroq ş, Atamanskaya küçəsi, 46. == Tarixi == Villa XX əsrin əvvəllərində inşa edilmişdir. Onun ilk sahibi Yeqor İvanoviç Krindaç olmuşdur. O, mülki şəxslər üzrə vəkil kimi çalışırdı. Üstəlik içtimai işlərdə çalışırdı. Tarixdən məlumdur ki, Yeqor İvanoviç Krindaç ictimai əhəmiyyət daşıya kitabların yayılması ilə məşğul olan kitabların yayılması sahəsində böyük işlər görmüş və cəmiyyət üzvü olmuşdur. Cəmiyyət öz işinə 1876-cı ildə başlamışdır. Üç ildən sonra cəmiyyət Don Qoşunu vilayətinin xalq təhsili cəmiyyəti adlandırılmağa başlanılmışdır.
Kandal (Şot)
Kandal (fars. كندال‎) və ya Cəfərabad - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (102 ailə).
Nataşa Kandiç
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad). Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir. == Bioqrafiyası == Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar.
Kanda çayı
Kanda çayı (神田川, Kandaqava) — Paytaxt Tokio regionunun ərazisindən axan, Yaponiyada yerləşən çay. Rəsmən I dərəcəli çay kimi təsnif edilir. Sumida çayının sağ qolunu əmələ gətirir. Çayın uzunluğu 24,6 kilometrə bərabərdir. Suaşıran hovuzun sahəsi 105 km²-ə bərabərdir. == Tarixi == Əvvəllər Hirakava adlandırılan Kanda çayı indiki Marunouçi və Hibiya rüblərinin ərazisindən keçir. Hibiya körfəzinə tökülərək Nihombaşi çayının indiki qolunun ətraflarından cənuba doğru axırdı. O zaman Hirakava çayı Toyoşima və Ebara rayonlarının arasında təbii sərhəd rolunu oynayırdı. 1590-cı ildə Edoda məskən salmış Tokuqava İeyasu Hirakava çayının sahillərini bərkitdi. Şəhəri içməli su ilə təmin etmək lazım idi.
Katsuo Kanda
Katsuo Kanda (d. 21 iyun 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiyoo Kanda
Kiyoo Kanda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
İshaq ibn Kundac əl-Xəzəri
İshaq ibn Kundac əl-Xəzəri (Qundacığ) — Onun haqqında B.N.Zaxoder bunları yazmışdı: "Bu - IX əsrdə Ərəb xilafətinin qoşunlarının məşhur komandanı, xəzər əsillidir". == Ümumi məlumat == Ona həm də, İshaqın müasiri olan ərəb şairi Buhturinin panegiriki həsr olunub. Şairin sözlərinə görə İshaq ibn Kudac, İraqda nail olduğu şərəfini, Xamlicdə(Ənci, ya da Bələncər) nail olduqlarına əlavə etdi. Buhturinin divanında onun tam adı verilir: İshaq ibn Kundac əl-Xəzəri. IX əsr ərəb qaynaqlarında İshaq ibn Kundacinin adı Ərəb Xilafətinin Misir və Şam canişini kimi keçir. O saray intriqalarında xəlifəyə qarşı əl-Müvəffəqin tərəfində yer alır. == Fəaliyəti == Öz soydaşı Diyarbəkir canişini Məhəmməd əl-Afşinla, Humaraveyhə qarşı çıxır, Dəməşq, Hələb, Dims və Antakyanı tutur. Sonralar o Afşinlə əlaqəni qırır və öz rəqibi özü kimi türk əsilli Əhməd ibn Tulunun oğlu Humaraveyhlə ittifaqa girir. 888-ci ildə bu iki sərkərdənin qüvvələri Dəməşq yaxınlığındakı Seniyet əl-Ukab adlı yerdə Afşinin qoşunları ilə toqquşur. Afşin darmadağın edilir və Bağdada xəlifə əl-Müvəffəqin yanına qaçır.