Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Blaqun buzlağı
Blaqun buzlağı (bolq. ледник Благун, ‘Lednik Blagun’ \'led-nik bla-'gun\) — 13 km uzunluğu, 2.3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Doliye buzlağından cənub-qərbdə, Peyna buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Blaqun şəhərinin adını daşıyır. Blaqun buzlağı 66°51′00″ c. e. 66°03′20″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Braqun silsiləsi
Braqun silsiləsi (çeç. БоргӀанан дукъ, qum. Борагъан тав) — Terek silsiləsinin şərq hissəsidir. Tolstoy-Yurt kəndindən şərqdə başlayır və Terek çayı boyunca 24 km uzanır. Bəzən ayrıca geoloji obyekt olaraq qəbul edilir. Silsilənin torpaqları şabalıdı, tünd şabalıd və qara torpaqdır. Silsilənin eni 3,5 ilə 6 km arasında dəyişir. Braqun silsiləsi Miosen və Pliosen dövrlərinin gil və qumdaşlarından ibarətdir. Silsilənin ən yüksək nöqtəsi 388 m hündürlükdədir, Terek üzərindəki dəmir yolu körpüsünün yaxınlığında yerləşir və adı yoxdur. Dərbənxi kəndinin cənubunda Daud-Bərz zirvəsi (319 m) yerləşir.
Braqun yasaqlığı
Braqun dövlət bioloji yasaqlığı — Çeçenistan Respublikasında, Sunja çayının Terek çayına birləşdiyi yerdə yaradılan yasaqlıq. Yasaqlıq Qroznı, Qudermes və Şelkov rayonları ərazisinə daxildir. Yasaqlıq 1971-ci ildə yaradılıb. Yaradılmasında məqsəd qiymətli, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, bərpası və çoxaldılması, onların yaşayış mühitinin, miqrasiya yollarının, yuva yerlərinin qorunması və ekoloji tarazlığın qorunmasıdır. Regional (respublika) əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. Üç rayon ərazisində formalaşdırılmış yasaqlığın ümumi sahəsi — 17000 hektardır. Ərazinin 10,2 min hektarı meşə fonduna aiddir. Yasaqlıq ərazisində Braqun və Darbanx kəndləri yerləşir. Barqun yasaqlığının şimal sərhəddi Vinoqradnoe kəndindən 3 km aşağıdan keçir. Terek çayı boyu davam edir və Çervlennaya-Uzlovaya meşəsi ərazisinə daxil olur.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca (“korona”ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloокtаdekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı “kraun” sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Kuzgun (teleserial, 2019)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.
Kraun-Prins-Federik adası
Kraun-Prins-Federik adası (ing. Crown Prince Frederik Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kraun-Prins-Federik adası Butiya körfəzinin cənub-şərqində, Baffin Torpağının qərb hissəsinin cənub sahilinin yaxınlığında yerləşir. Adanın şimal sahili Aqu körfəzinin cənub sahilini təşkil edir. Ada materik Kanadanın Melvil yarımadasını və Baffin Torpaq adasını ayıran Fari və Hekla boğazının qərb girişinin yaxınlığında yerləşir. Adanın sahəsi 401 km²-dir. Sahil xəttinin uzunluğu 108 km-dir.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.