Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lotu
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür.Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın. Bütün torpaqlar sənin qabağında.
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. == Tanrı == Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Euseius hutu
Euseius hutu (lat. Euseius hutu) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Liu Elutu
Elutu yaxud Tu— 356-cı ildə Tiefu konfederasiyasının qərb qolunun başçılığına gəldi. 358-ci ildə qardaşı Liu Hsiuki tərəfindən devrildi.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. == Həyatı == Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır. İkinci dəfə 1985-ci il İyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Lotu Hikmət
Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu – 7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru. == Həyatı və fəaliyyəti == Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib. 1981-ci ildə 7 il azadlıqdan məhrum edilib. Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib. "Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.
Lotu Quli
Nadir Nəriman oğlu Səlifov (28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir.Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Luru-Burbonne
Luru-Burbonne (fr. Louroux-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03150. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15–64 yaş arasında) 86 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,0%, 1999-cu ildə 60,5%). Fəal olan 86 nəfərdən 80 nəfəri (43 kişi və 37 qadın), 6 nəfər işsizdir (4 kişi və 2 qadın). 55 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Lütf Kapellası
Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır.Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb. Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır.Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib. Onu yaxınlıqdakı şəhərdə anadan olmuş kardinal Jozef Ratzinger müşayiət edirdi. 11 sentyabr 2006-cı ildə yenicə Papa XVI Benedikt seçilən Ratzinger ziyarətgaha qayıtdı və Münhen arxiyepiskopu olarkən taxdığı yepiskop üzüyünü bağışladı.
Lütfü Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur.
Lütfü Məmmədbəyov
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur.
Qara qutu
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Tusi cütü
Tusi cütü – riyaziyyat terminidir. Kiçik çevrə radiusu kiçik çevrənin diametrinə bərabər olan böyük çevrənin içində fırlanır. == Orijinal təsviri == == Tarixi == Tusi cütü ilk dəfə 13-cü əsrdə Nəsrəddin Tusi tərəfindən təklif edilmişdir.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Yuyçzülyü Futu
Yuyçzülyü Futu (v. 508) - Jujan dilindəki adı ilə Tuoxan xan 506-ıi ildə atasından sonra taxta çıxmış jujan xaqanı. Taxta çıxan kimi Şimal Vey ilə sülh bağlamağa çalışsa da imperator buna razı olmadı və o təkcə Qaoçe Ulu Bəyliyi ilə müharibə apararsa sülh bağlayacağını dedi. Futu Qaoçelər üzərinə yürüşə keçsə də müharibədə Qaoçe bəyi Mietu tərəfindən öldürüldü.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Lut peyğəmbər
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür.Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın. Bütün torpaqlar sənin qabağında.
Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).