Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
Qəhvə mərasimi
Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir. Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.
Teatr rəssamı
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Xalq rəssamı
Xalq rəssamı — SSRİ-yə daxil olan bəzi müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad. "Xalq rəssamı" fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.
Messali Hacı
Əhməd ibn Messali Hacı (ərəb. مصالي الحاج‎; fr. Ahmed Messali; 16 may 1898 – 30 iyun 1974 və ya 3 iyun 1974) — Əlcəzair milliyətçi siyasətçisi, Əlcəzairin müstəqilliyi uğrunda hərəkatların tərəfdarı. O, adətən Əlcəzair milliyətçiliyinin "atası" adlanır. Türk əsillidir. O, 1954-cü ildə müstəqillik uğrunda silahlı mübarizədən uzaqlaşmadan əvvəl Şimali Afrika Ulduzu (ŞAU), Əlcəzair Xalq Partiyası (PPA) və Demokratik Azadlıqların Zəfəri Hərəkatının həmtəsisçisi olmuşdur. Messali həmçinin, Milli Qurtuluş Cəbhəsinin (MQC) davam edən səylərinə qarşı çıxmaq üçün Əlcəzair Milli Hərəkatını (ƏMH) qurmuşdu. Adamson, Fiona, The Constitutive Power of Political Ideology: Nationalism and the Emergence of Corporate Agency in World Politics, University College London, 2006 Goebel, Michael. Anti-Imperial Metropolis: Interwar Paris and the Seeds of Third World Nationalism (Cambridge University Press, 2015) excerpts Jacques, Simon, Algérie: le passé, l'Algérie française, la révolution, 1954-1958, Harmattan, 2007, ISBN 978-2296028586 Malley, Robert, The Call From Algeria: Third Worldism, Revolution, and the Turn to Islam, University of California Press, 1996, ISBN 0520917022 McDougall, James, A History of Algeria, Cambridge University Press, 2017, ISBN 978-0521851640 Moreau, Odile, Echoes of National Liberation: Turkey Viewed from the Maghrib in the 1920s // McDougall, James (redaktor), Nation, Society and Culture in North Africa, Routledge, 2004, ISBN 1135761051 Naylor, Phillip C., Historical Dictionary of Algeria, Rowman & Littlefield, 2004, ISBN 0810879190 Ness, Immanuel; Cope, Zak, The Palgrave Encyclopedia of Imperialism and Anti-Imperialism, Springer, 2016, ISBN 978-0230392786 Ruedy, John Douglas, Modern Algeria: The Origins and Development of a Nation, Indiana University Press, 2005, ISBN 0253217822.
Masami Nakata
Masami Nakata (28 may 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Masami Nakata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Adqoyma mərasimi (Azərbaycan)
Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir. == Haqqında == Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır. == İcrası == Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.
Koreya yas mərasimi
Koreyada yas mərasimi — Koreyanın ölüm və həyatın sonu haqqında görüşləri. Konfutsiizm prinsipləri bir insanın ailədəki və cəmiyyətdəki vəziyyətini müəyyənləşdirir. Konfutsiçilikdə sonrakı həyat haqqında dəqiq bir inanc yoxdur. Konfutsiizm əcdadların ibadəti və budaq dindarlığı ətrafında baş verir – valideynlərinə yaxşı olmaq. Bəzi Koreyalılar Buddist və ya Protestantdır (Buddist və Protestant cənazələri ilə əlaqədar təlimatlarımıza baxın) və 50 faizdən çoxu bir dinlə eyniləşdirmirlər. Çoxları ölən qohumlarının bu dünyadan axirət həyatına getməsinə inanırlar. Koreyalılar, sevilən insanın gəzən bir xəyal və ya kaekkvi halına gəldiyi təqdirdə mərhumun sonrakı həyatına rahat bir keçid etməsinə kömək etmək vəzifəsi olduğunu düşünürlər. Koreya cənazələri ümumiyyətlə xəstəxanalarda və ya evlərdə keçirilir. Konfutsiist adətləri, sevilən bir insanın axirət həyatına maneəsiz keçidini təmin edir. Müasir cənazələr ümumiyyətlə xəstəxanada keçirilir.
Koreya çay mərasimi
Darye (koreyaca: 다례) Koreyanın milli çay mərasimidir. Daryenin mənası çaya dair etiket olub, min illər boyunca Koreyada nəsildən-nəsilə ötürülmüşdür. == Müasir çay mərasimi == İlk olaraq çay içmək üçün lazım olan çay dəsti, su, çay hazırlanmalıdır. === Çay dəstinin hazırlanması === Çay dəsti deyərkən çay içərkən istifadə edilən qablar nəzərdə tutulur. Dövrdən asılı olaraq çay dəstinin tərkibi çox dəyişsə də, müasir dövrdə adətən çaydan, ağızlı qab, kasa, beş ədəd fincan və nəlbəkilərdən dəst kimi istifadə olunur. Çaydan: Çay və isti suyun əlavə edilərək dəmləndiyi qabdır. Çay və suyu çaydanın qapağını açıb tökdükdən sonra dəmlənməyini gözləyib stəkana tökmək olar. Ağızlı qab: Suyu soyutmaq üçün istifadə olunan qabdır və həm də suqu adlanır. Çay içəndə qaynar suyu ağızlı qaba töküb kifayət qədər soyuduqda həmin çaydana çayla birlikdə əlavə etmək lazımdır. İsitmə prosesində istifadə edildiyi təqdirdə suyun soyudulması prosesinə ehtiyac yoxdur.
Yapon çay mərasimi
Çay mərasimi (yap. 茶の湯 ("çayın yolu", "çay incəsənəti"|茶道|sado:, tyado ) — orta əsrlərdə Yaponiyada yaradılmış və indi də həyata keçirilən birgə çayiçmə ritualı. İlk əvvəl buddist monaxların meditasiya formalarından biri kimi yaransa da, sonradan yapon mədəniyyətinin ayrılmaz elementinə çevrilmiş və digər mədəni hadisələrlə sıx bağlı olmuşdur. Bir sıra mənbələrə əsasən, Yaponiyada çaydan istifadə VII–VIII əsrlərə aid edilir. Yaponiyaya çay materikdən gətirilmişdir. Hesab olunur ki, bunu Yaponiyaya buddist rahiblər gətirmişdir. Belə ki rahiblər çayı meditasiya zamanı içir və Buddaya aparırdılar. Yaponiyada dzen-buddizm yayıldıqca, rahiblər ölkənin siyasi və mədəni həyatına böyük təsir göstərməyə başlamışdılar. XII əsrdə Eysayu adlı monax saray daxilində çay içilməsi mərasiminə nail olmuş, syoqun Minamoto no Sanetomoya çay vasitəsilə sağlamlığın qorunmasından bəhs edən "Kissa Yedzeki" kitabını yazmışdır. Eysayu çayın müalicəvi xüsusiyyətlərə malik olmasını və çoxsaylı xəstəliklərin sağalmasında mühüm rol oynayacağını bildirmişdir.
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Messimi-syur-Son
Messimi-syur-Son (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
SSRİ xalq rəssamı
SSRİ xalq rəssamı (rus. Народный художник СССР) — 16 iyul 1943-cı ildə təsis olunmuşdur.
Qasım Süleymaninin dəfn mərasimi
Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی‎) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir. 7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı. Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı. Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.
Ölümdən sonra evlilik mərasimi
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Sultаn Rəşаtın cənаzə mərаsimi
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Azərbaycan Respublikasının xalq rəssamı
Azərbaycan Respublikasının xalq rəssamı — Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində böyük yaradıcılıq uğurları qazanmış incəsənət xadimlərinə verilən fəxri ad. Xalq rəssamı adı, adətən, əvvəl Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və ya Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adlarına layiq görülmüş sənətkarlara verilir.
Azərbaycan Respublikasının əməkdar rəssamı
Azərbaycan Respublikasının əməkdar rəssamı — Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. Mükafat Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.
Azərbaycan SSR xalq rəssamı
Azərbaycan SSR xalq rəssamı (azərb-kiril. Азәрбајҹан ССР халг рәссамы) — 2 avqust 1944-cü ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən, rəssamlıq, heykəltəraşlıq, memarlığın inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimlərinə verilirdi.
Azərbaycan SSR əməkdar rəssamı
Azərbaycan SSR əməkdar rəssamı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар рәссамы) — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.
Çoban Rəssamı (Süleyman Şahin)
Çoban Rəssamı (Süleyman Şahin) (tanınan: Çoban Rəssamı; 1949, Sivrihisar, Əskişəhər ili[d]) — Türk mənzərəsi sənətkarı. Sənətçi 14 aprel 1949-cu ildə Eskişehirdə Sivrihisarın Günyüzü şəhərində anadan olub. "Çoban Rəssamı" olaraq bilinən rəssam Süleyman Şahin ailə səbəbləri ilə ibtidai məktəbin dördüncü sinfinə qədər təhsil almışdır. Uşaqlıqdan işə başlayaraq Ankarada dolanışığı üçün çoban kimi fəaliyyətə başlayan Süleyman Şahin, rəssamlığa olan marağı və qabiliyyəti fərq edildikdə sənətə tərəf döndü. Landşaft rəsmlərində kənd həyatını göstərdiyi və keçmişdə çoban olduğu üçün sənət dairələrində "Çoban Rəssamı" kimi tanınırdı. Sənətçi 1986-cı ildə məskunlaşdığı Bursa şəhərində Rəssamlar Küçəsini qurdu və yeni istedadlı rəssamların yetişdirilməsində pay sahibi oldu. Rəsmləri Van Gogh, Edouard Manet, Klod Monet və Sisley kimi böyük rəssamlara əsaslanır. Çoban Rəssamı Süleyman Şahinin, əsasən xaricdəki xüsusi kolleksiyalarda çəkdiyi təbiət və kənd həyatını izah edən 10.000 mindən çox portret əsəri var. Sənətçi ailəlidir və Bursa və Ankarada yaşayır.
2015 Avropa Oyunlarının açılış mərasimi
2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir. == Təşkili == Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir. Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb. == Bədii məzmunu == Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı.