Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Mixək
Mixək ağacı (lat. Syzygium aromaticum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. 10–15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl, ətirli ağacdır. Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz. Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Mirək (Bicar)
Mirək (fars. ميرك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Mixək ağacı
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Mihel Eman
Mihel Qodfrid Eman (1 sentyabr 1961, Oranjestad) — 2009–2017-ci illərdə Arubanın 3-cü Baş naziri vəzifəsində çalışmış arubalı siyasətçidir. Onun siyasi karyerası 2001-ci ildə başlayıb, lakin Eman uşaqlıqdan bu və ya digər şəkildə siyasətlə məşğul olub. Babası, atası və qardaşı sağlığında görkəmli siyasətçilər olublar, Henny Eman 1986-cı ildə Arubanın müstəqilliyini elan etdikdən sonra bu vəzifəni tutan ilk şəxs olmaqla yanaşı iki dəfə Baş nazir vəzifəsini icra etmişdir. Eman Hollandiya Antilləri Universitetinin (UNA) məzunudur, 1992-ci ildə "Kiçik İcmada Ədliyyə naziri qarşısında Baş Prokurorluq İnstitutunun mövqeyi" adlı dissertasiya işi ilə hüquq dərəcəsini qazanmışdır. 1996-cı ildə həmin universitetdə "Mülki notariat hüququ" ixtisası üzrə təhsil almışdır. 1992-ci ildən 2001-ci ilə qədər Eman mülki hüquq üzrə notarius müavini vəzifəsində çalışmış və bir neçə özəl kommersiya müəssisələrinin və siyasi tədqiqatlar üzrə fondların həmtəsisçisi olmuşdur. Rəsmi siyasi karyerasına 2001-ci ilin sentyabrında AVP siyahısında 3-cü yeri tutaraq başladı. 2001-ci il seçkiləri AVP-nin xeyrinə olmadı və partiyanın parlamentdə 4 yer itirməsinə səbəb oldu. Bu, AVP lideri Tiko Kroesin vəzifəsindən əl çəkməsi ilə nəticələnmişdir. Rəhbərlik keçmiş ədliyyə naziri Pedro E. (Eddie) Cruz-a verilmişdir.
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Kəhək
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Kəhək baxşında şəhər və baxşın paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2 766 nəfər və ya 797 ailədən ibarət idi.
Likək
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. İran qişeyi quruluşca skripkanı xatırladır. Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Milçək
Milçək (bürc)
Fitçi-marek
Fitçi-marek, (lat. Anas penelope) qazkimilər(Anseriformes) dəstəsindən bir quş növü.
Gilək dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Kimək xaqanlığı
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti, 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi. == Tarixi == İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular. Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.
Kosa Mihal
Mixail Kosses və ya İslamı qəbul etdikdən sonrakı adı Abdullah Kosa Mihal Qazi (qısaca Abdullah Qazi və ya Kosa Mihal) (?-1328) — Bizans tabeliyində Çirmenkiya (Harmanqaya) təkfuru (başçısı), daha sonra 1303-cü ildən Osmanlı tabeliyində yenə Harmanqaya sancaqbəyliyinin (və ya uc bəyliyinin) sancaqbəyi (və ya uc bəyi), həmçinin Osmanlıda Akınçı bölüyünün qurucusu, Mihaloğulları nəslinin əcdadı. == Kökü == Mixail Kossesin hansı nəslə aid olduğu mübahisəlidir. Tarixçi Yozef fon Hammer və bir sıra tarixçilər, Mixail Kossesin Paleoloq sülaləsindən olduğunu iddia edirlər. Bir nəzəriyyəyə görə, Mixael Kossesin mənşəyi. John III. Doukas Vatazesin sərhəd qüvvəsi kimi yerləşdirdiyi Kuman-Qıpçaqlara əsaslanır. == Bizansın Çirmenkiya Təkfurluğunun təkfuru Mixail Kosses == Mixail Kosses 1303-cü ilə qədər İmperator II Andronikos Paleoloqos tərəfindən Çirmenkiya təkfuru təyin edilmişdir. == Osmanlıda Harmanqaya sancaqbəyi Abdullah Bəy == 1303-cü ildə Osman Qazi ilə Əskişəhir bəyi arasında bir toqquşmada Mixail Kosses Əskişəhər bəyinin tərəfində döyüşür və əsir düşür. Nəticədə Mixail Kosses müsəlman olur və daha əvvəl Osman Qazi tərəfindən fəth edilmiş Harmanqayaya (keçmiş Çirmenkiyaya) yenidən rəhbər təyin edilir. Kosa Mihal Mihaloğulları nəslinin əcdadı və Axıncı bölüyün qurucusudur. == Kinoda == Quruluş 1299 adlı serialda Əhməd Məkin tərəfindən canlandırılmışdır.
Lihəq (Meşkinşəhr)
Lihəq (fars. لحاق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 405 nəfər yaşayır (117 ailə).