Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyni adlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Mukor
Mukor — çürümüş meyvənin, çörəyin və digər ərzaq məhsullarının üzərinə yığılan ağ kif göbələyidir. Bu göbələk çürümüş məhsulların təkibində olan zülallarla qidalanır. O, çürümüş meyvə, çörək və hətta ölmüş heyvanların cəsədinin üzərində olur. Bu göbələk parazit deyil, çünki o meyvələrin çürüyüb gözdən itməsinə (məhv olmasına) kömək edir.Sporları xüsusi strukturlarda-sporangilərdə yaranır Mukor sporlama yolu ilə çoxalır. Göbələyin uc hissəsində kürə formasında olan sporangilər vardır ki, bu da yetişdiyi zaman partlayır və yeni mukorlar əmələ gəlir. Bu proses başlıqların (sporangilərin) qaraldığı zaman baş verir. Mukorun əsas xüsüsiyyəti ondadır ki, o, təkhüceyrəli və çoxnüvəli bir göbələkdir. Mukorlar sırası 360-dan artıq növü cəmləyir. Sıranın ən geniş yayılmış qruplarından biri kif göbələyidir. Əsasən, saprotrof həyat tərzi keçirirlər.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Murud
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Müxur
Müxur (fars. مخور‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,603 nəfər yaşayır (524 ailə).
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Müşkür
Müskür sancağı
Nukus
Nukus və ya Nüküs (özb. Нукус, Nukus (Nüküs), qaraq. Нөкис, No‘kis (Nökis)) — Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan şəhər. Təxminən 305.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş. Buna görə qaraqalpaqlar 1939-cu ildə paytaxtı Dördgöl şəhərindən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpaqıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Xuluf
Xuluf (Əvvəlki adı:Çökək Xuluf) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Keçili kənd inzibati ərazi dairəsi tərkibindəki Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kənd əhalisi 2893 nəfərdir ki, onunda 1483 nəfəri kişi, 1410 nəfəri isə qadınlar təşkil edir. Çökək Xuluf adlıkənd Şəmkir rayonunun Plankənd inzibati ərazi vahidində olub. Dağətəyi ərazidədir. 1917-ci ildə Gəncə qəzasında Xuluf adlı yalnız bir yaşayış məntəqəsi qeydə alınmışdır. Oykonim "çökəkdə yerləşən Xuluf kəndi" mənasındadır.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Yusuf
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Professoru. Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov birinci dəfə 6 il (1996/2002), ikinci dəfə 7 il (2015/ 2022) həmin kafedranın müdiri olub, indi Musiqili teatr aktyoru kafedrasının müdiridir, Professordur. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Böyük Muruq
Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir. Böyük Muruq oyk., mür. Qusar r-nunun Əcəxur i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir.