KƏLLƏ

[fars.] сущ. 1. кьил, келле; кьилин кукӀуш, кичегь; kəllə vurmaq кьилив ягъун; // кьилин, келледин (мес. кӀараб); 2. кьилин кӀараб; 3. кил. kəlləpaça; 4. кӀукӀ, кукӀуш (мес. ттаран); 5. пер. рах. акьул, мукьуф, фагьум; kəlləsi işləmir адан кьили кӀвалахзавач; // пер. рах. гзаф акьуллу, кьил авай касдикай рахадамаз; yaman kəllədir ам яман келле я, адахъ яман кьил ава; 6. ири ккӀал (мес. нисидин, шекердин); kəllə qənd келле шекер; 7. прил. кьиле авай, кьилин, келледин (мес. дакӀар); 8. пер. рах. векъи, кубут (мес. аял); 9. цавун арш, кукӀуш (кил. zenit 1); ** kəllə-kəlləyə gəlmək (durmaq) келле-келледиз атун (акъвазун), ччин-ччинал атун (акъвазун), кьил-кьилиз ягъун, кукӀун, дяве авун; // пер. женг тухун, женг чӀугун; kəlləni yerə qoymaq (atmaq) а) кьил чилел (хъуцуьгандал) эцигун (вегьин), ксун; б) пер. кьин; gözü (gözləri) kəlləsinə çıxmaq кил. göz.
KƏLLAHI
KƏLLƏÇARX
OBASTAN VİKİ
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Kəllə-paça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
Kəllə (Qəzvin)
Kəllə (fars. کلج‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 624 nəfər (572 ailə) yaşayır.
Kəllə kapellası
Kəllə kapellası (pol. Kaplica Czaszek) rəsmi olaraq Müqəddəs Bartolomey kilsəsi (Kościół świętego Bartłomieja) — Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Polşadakı yeganə, Avropada altı ossuar ibadətgahından biridir. == Tarixi == Kapella 1776-cı ildə çex mənşəli bir kilsə keşişi Vaclav Tomaşek tərəfindən Otuzillik müharibədə, Sileziya müharibəsində şəhid olanlar , həmçinin vəba, sifilis və aclıqdan ölənlər üçün dəfn yeri olaraq inşa edilmişdir. Buna nümunə olaraq Kapuçin rahiblərinin sümüklərinin dəfn olunduğu Santa Maria della Conzionie Roma kilsəsi oldu. On səkkiz il ərzində (1776-dan 1794-cü ilə qədər) Tomaşek sümükləri toplayıb təmizlədi və sonra kilsəyə yerləşdirdi. Tikinti yerli aristokrat Leopold von Leslie tərəfindən maliyyələşdirildi. Tikinti başa çatdıqdan qısa müddət sonra Ata Vaclav Tomaşek dünyasını dəyişdi. Hal-hazırda ildə bir dəfə (14-15 avqust gecəsi) kilsədə dəfn olunan insanlar, qəza və ya xəstəlik səbəbindən ölənlər yad edilir. == Arxitektura və interyer == Kilsədə üç min kəllə, eləcə də təməlində 21 min insanın sümükləri vardır.
Kəllə ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
Kəllə piramidası
Kəllə piramidası (fr. Pyramide de Crânes) — Fransız boyakar Pol Sezannın məşhur natürmortlarından biridir. Əsər şəxsi kolleksiyaların birində saxlanılır.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Kəllə sinirləri
Kəllə-beyin sinirləri (lat. nervi cranialis) - birbaşa kəllədən çıxan sinirlər. Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndən dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür: Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri) Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər) Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.
Kəllə əsası
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Həsənabad-i Kəllə
Həsənabad-i Kəllə (fars. حسن‌آباد کلج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,506 nəfər yaşayır (794 ailə).
Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir. === Qiymətləndirilməsi: === Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir. < 4 bal = 85% dəyişkən vegetativ status < 8 bal = ağır beyin funksional pozğunluq > 11 bal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq == Klinik formaları == Beyin silkələnməsi — bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar. Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. == Əlamətləri == Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur. Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir. Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. == İlk yardım == Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar. Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz.
Kəllə vurma (heykəl)
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 5 metrdir. == Yaranma səbəbi == Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu. == Nümayişi == Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib. Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb.
Kəllə və Sümüklər
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsa da, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Süni kəllə deformasiyası
Süni kəllə deformasiyası insan kəlləsinin məqsədli şəkildə deformasiyaya uğradıldığı bədən modifikasiyasıdır. Bu uşaq kəlləsinə qüvvə ilə təsir edərək onun normal böyüməsinin qarşısını almaqla edilir. Yastı, uzadılmış (iki odun arasında bağlanaraq), yuvarlaqlaşdırılmış (parçada bağlanaraq) və konus formasında olur. Əsasən, bu əməliyyat uşaq üzərində aparılır. Çünki bu vaxt kəllə elastik olur. Başın bağlanması təqribən doğumdan bir ay sonra başlayır və təqribən 6 ay davam edir. Məqsədli şəkildə edilən kəllə deformasiyası coğrafi mövqeylərinə və mövcud olduqları dövrlərə görə fərqlənən bir çox mədəniyyətlərdə təcrübədən keçirilib və bu təcrübə hələ də Vanuatu kimi bəzi yerlərdə müşahidə edilir. Məqsədli şəkildə edilən insan kəlləsi deformasiyasının yazılı tarixdən əvvəl mövcud olduğu fikirləşilir. İlk nümunələrə İraqdakı Şanidar mağarasından olan ön Neolit Homo sapiens (eramızdan əvvəl IX minillik) tərkib hissəsi daxildir və həmçinin Cənub-qərbi Asiyadakı neolit insanları arasında da müşahidə edilib.. İlk əvvəl Şanidar mağarasının neandertal tərkib hissəsində tapılmış neandertal kəllələrinin on min illərcə edilən təcrübələrin ən qədimi olduğu və süni şəkildə formasının dəyişdirildiyi fikirləşilirdi, ancaq daha sonra bunun doğru olmadığı sübut edildi.
Dmanisi kəllə sümüyü 5
Kəllə 5 və ya D4500 olaraq da bilinən Dmanisi kəllə, Gürcüstanın Dmanisi şəhərində aşkarlanan və erkən Homo erectus olaraq təsnif edilən beş kəllədən biridir. 2013-cü ilin oktyabr ayında bir nəşrdə təsvir edilən, təxminən 1,8 milyon yaşında olduğu təxmin edilən və bir Pleystosen homo növünün ən qədim kəllə sümüyü olub və qədim dövrün ilk tam yetkin hominin kəllə sümüyüdür.Tədqiqatçılara görə, bu kəşf "kiçik beyni olan erkən Homo'nun , ancaq bədən kütləsi, boyu və əza nisbətləri ilə müasir dəyişimə çatan yetkin fərdin olduğuna dair ilk sübutdur." Kəllə 2017-ci ildən bəri hələ də davam edən bir paleontoloji mübahisənin səbəbi olmuşdur: Homo rudolfensis və ya Homo habilis kimi fərqli növlərdən olduğu düşünülən bir çox hominin fosili ümumiyyətlə ayrı növ olmaya bilər. Daha doğrusu, tək inkişaf edən bir nəsil ola bilər. == Kəllə sümüyünün kəşf edilməsi == 1991-ci ildə gürcü alimi David Lordkipanidze Gürcüstanın Dmanisi mağarasında erkən insan məşğuliyyətinin izlərini tapdı. O vaxtdan bəri, ərazidə beş erkən hominin kəllə sümüyü aşkar edilmişdir. 2005-ci ildə tapılan Kəllə 5 daha qədim dövrün nümunəsidir. Əlavə təhlillərdən sonra 5 il əvvəl tapılan çənə (D2600) ilə birləşdirildi. Kəşfin son təhlili uzun illər çəkdi və yalnız 2013-cü ildə nəşr edildi. == Kəllə sümüyünün təsviri == Böyük bir Australopithecus böyüklüyündə bir beyin həcminə baxmayaraq, (546 kub santimetr) Homo erectusun bütün xüsusiyyətləri Kəllə 5-də açıqca görünür. Kəllə sümüyü 5-in görkəmli və kütləvi olan kəllə üstquruluşları, ehtimal ki, bir kişi olduğunu göstərir.
Kəlləbəst
Kəlləbəst — İranın Mazandaran ostanının Babolsər şəhristanının Rudbəst bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,543 nəfər və 965 ailədən ibarət idi.
Kəlləgah (Miyanə)
Kəlləgah (fars. كله گاه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (15 ailə).
Kəlləgərd (Həştrud)
Kəlləgərd (fars. كله گرد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 513 nəfər yaşayır (101 ailə).
Kəlləkavi (Soyuqbulaq)
Kəlləkavi (fars. كله كاوي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (37 ailə).
Kəlləlilər
Kəlləlilər (lat. Craniata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan kladı. == Ümumi xarakteristika == Kəlləlilər (Craniata) kladının nümayəndələrinin dərisi 2 qatdan – çoxqatlı epidermis və koriumdan ibarətdir. Pulcuqlar, lələklər, tüklər, caynaq və dırnaqlar bunun törəmələridir. == Təsnifatı == Onurğalılar 8 sinifdən ibarətdir. Hiperoartiyalar (lat. Hyperoartia) Miksinlər (lat. Myxini) Qığırdaqlı balıqlar (lat. Chondrichthyes) Sümüklü balıqlar (lat. Osteichthyes) Suda-quruda yaşayanlar və ya Amfibilər (lat.
Kəlləlilər (Craniata)
Kəlləpaça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.
Kəlləsizlər
Başıxordalılar (lat. Cephalochordata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır. Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla əhatə olunub. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir. 30 növlə təmsil olunmuşdur. Xarakterik nümayəndəsi dənizin qumlu, dayaz yerlərində, dibdə yaşayan neştərçədir (Branchiostoma lanceolatum). Uzunluğu 8 sm-ə qədərdir.
Kəlləsizlər (Acrania)
Kəlləsər
Kəlləsər-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kəlləsər-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Kəlləsər-i Süfla (Germi)
Kəlləsər-i Süfla (fars. كله سرسفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (15 ailə).

Значение слова в других словарях