Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəzər
Nəzər - canlı və ya cansız bir varlığın başına qəza və ya bəla gəlməsinə səbəb olduğuna inanılan baxış. Şər baxış. Nəzərdən xüsusilə uşaqların, hamilələrin və ya heyvanların təsirləndiyini inanılar. == Etimologiya == Göz sözü türkcədə görmə orqanı mənasını verdiyi kimi eyni zamanda xalq arasında "kəm göz" yəni pis niyyətli baxış, (farsca mənşəli kəm sözü pis, şər mənalarına gəlir) mənasında da istifadə edilər. Ərəbcə "nəzər" sözü də göz və baxış mənalarına gəlir. Keçmişdə cadugərlərin və şamanların gözlərində pis güclərin yerləşdiyine inanırdılar. Buna görə bu baxışların təhlükəli bir güc saxladığı düşünülərdi. Bəzi xalqlarda kəm gözün obyektləri belə çatlatabildiğine inanılar. "Nəzər muncuğu" bu enerjini özünə çəkərək yox edəcəyi fikri geniş yayılmışdır. Sözün köz "atəş parçası" ilə əlaqəsi də diqqət çəkicidir.
Xəzər-problemə nəzər (film, 1977)
== Məzmun == Film Xəzərin probleminə həsr olunmuşdur. Filmdə problemlə bağlı alimlərdən T. İsmayılov, L. Qasımov, Ziya Bünyadov çıxış edirlər.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). == Həyatı == Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırkı Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. 1913–1918-ci illərdə "Balaxanı neft" mədənlərində işləyib. Qubadlı Qəza İnqilab Komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, Ağdaş qəza və Şuşa rayon icraiyyə komitələrinin sədri, DQMV MİK–in sədr müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi və s. işləyib. 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləyib. "Zəngəzur dağlarında" kitabının müəllifidir.
Nəzər Paşayev
Paşayev Nəzər Abdulla oğlu (15 dekabr 1908 – ?) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm xadimi (1981). == Həyatı == Nəzər Paşayev 15 dekabr 1908-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdur. Nəzər Paşayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1936-1937-ci tədris ilində bitirmişdir.Azərbaycan Pedaqoji İnstitutunda professor işləyib. == Kitabları == Azərbaycanda sosialist mədəniyyətinin inkişafı [Mətn]: 1920-1955-ci illər N.A.Paşayev; [red. Ş.Abasov].- B.: Azərnəşr, 1957.- 172, [3] s. == İstinadlar == == Ədəbiyyat == ASE — X cild. 1984.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Nəzər Əzizov
Nəzər Ağacəlil oğlu Əzizov (28 avqust 1991; Kürdəmir rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi == Həyatı == Nəzər Əzizov 1991-ci il avqustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub. == Hərbi xidməti == Nəzər Əzizov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Nəzər Əzizov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 == Bədii yaradıcılığı == Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Xəzər
Xəzər dənizi (az.-əbcəd خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir.
Nəzər Abad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. == Milli tərkibi == Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzər kəndi (Culfa)
Nəzər kəndi (fars. نظركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).
Bilal Sezər
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binə qəsəbəsinin ərazisi 3150 kv.km olub, bu əraziyə Bolluq və Savxoz yaşayış məntəqələri də daxildir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.
Con Neper
Con Nepyer (1550 – 4 aprel 1617) — şotlandiyalı baron, riyaziyyatçı, loqarifmik xətkeşin və loqarifmanın yaradıcısı.. == Elmi fəaliyyəti == Nepyerin yaratdığı hesablama işlərini olduqca asanlaşdırmış hesab çubuqları ona böyük şöhrət qazandırmışdır. Bu çubuqların köməyilə toplama və çıxma ilə yanaşı vurma və bölmə əməliyyatlarını da yerinə yetirmək mümkün idi. Ayın kraterlərindən biri olan 7096-cı asteroid və Edinburqda universitet Neperin şərəfinə onun adı ilə adlandırılmışdır.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. == Həyatı == Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Gezer Xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Geser fövqəladə bir doğumla dünyaya gəlir.
Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Geser fövqəladə bir doğumla dünyaya gəlir.
Hezer Lencenkemp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. == Həyatı == Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar. == Filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Hezer Lencenkemp — Internet Movie Database saytında.
Köhnə Ənzər
Köhnə Ənzər (az.-əbcəd کؤهنه انذر‎, fars. انذر قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 279 nəfər yaşayır (88 ailə).
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münhen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. == Həyatı == Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. == Yaradıcılığı == Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Neper (mifologiya)
Neper (mifologiya) — Qədim Misir dinində Neper (alt. Nepra və ya Nepri) taxıl tanrısı idi. Onun qadın həmkarı taxıl ilahəsi Nepit idi. Ola bilsin ki, onun yoldaşı toxuculuq ilahəsi Tait olub. == Mifdə == İnsan formasında təsvir edilən Nepri tez-tez Renenutet tərəfindən ana südü ilə qidalanan uşaq kimi təsvir edilir. Neprinin bədənində taxılları təmsil edən nöqtələr var idi. Onun adını yazan heroqliflərə taxıl işarələri də daxildir. Təbii ki, ağzın ağası olaraq, Napierin anası Renenutet kimi tanınırdı, o, insanın əsl adını ren verir və həm də qida mənbəyi kimi müəyyən edilirdi. Xüsusilə, neper xüsusilə ən çox istehlak edilən taxıl növləri, yəni arpa və xırda ilə əlaqəli idi. Onun adı sadəcə olaraq “ağızın ustası” mənasını verir, taxılın qida kimi funksiyasına istinad edir.
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.