Nəzər Əzizov

Nəzər Ağacəlil oğlu Əzizov (28 avqust 1991; Kürdəmir rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi [1]

Nəzər Əzizov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəyirmanlı, Kürdəmir, AzSSR
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Dəyirmanlı, Kürdəmir, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri —2022
Rütbə Gizir
Döyüşlər Vətən müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Cəsur döyüşçü" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəzər Əzizov 1991-ci il avqustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Nəzər Əzizov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, FüzuliXocavənd istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Nəzər Əzizov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.