Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbrəc Əlbeyt Qüllələri
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. == Tikintisi == 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd.
Kərəc
Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi. == Tarixi == == Coğrafiyası == Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur.2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur.2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Böre
Börü (başqurdca: Börö, rus.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oben
Oben (Averon)
Oqre
Oqre (latış. Ogre‎) — Latviyanın Vidzeme diyarında Dauqava çayının sahilində yerləşən şəhər.
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
Abrəs (Sərab)
Abrəs (fars. ابرس‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (70 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Razılıq kəndistanında, Sərab şəhərindən şimalda, Sərab-Təbriz avtomobil yolunun 5 kilometrliyindədir.
Borel cəmi
Borel cəmi — ardıcıllıqların toplanması üçün bir ümumiləşdirilmədir. Bu anlayış hər hansı bir cəm dəyəri olmayan dağılan ardıcıllıqlar üçün belə bir böyüklük dəyəri təyin edə bilir. y = ∑ k = 0 ∞ y k z − k {\displaystyle y=\sum _{k=0}^{\infty }y_{k}z^{-k}} z-də bir baza ardıcıllığı olsun və y {\displaystyle y} -nin Borel çevrilməsi B y {\displaystyle {\mathcal {B}}y} aşağıdakı şəkildə təyin edilsin. ∑ k = 0 ∞ y k + 1 k ! t k {\displaystyle \sum _{k=0}^{\infty }{\frac {y_{k+1}}{k!}}t^{k}} B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin sıfırdan fərqli bir yığılma radiusu olduğu, B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} kimi bir funksiyaya bütün müsbət həqiqi ədədlər üçün davam etdirilə bilindiyi, y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin həqiqi ədədlər çoxluğunda eksponensial sürətlə böyüdüyüqəbul edilsin. Bu halda y-in Borel cəmi y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin Laplas çevrilməsinə bərabər olur.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. == Erkən həyatı == Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. == Yetkin həyatı == Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Emil Borel
Felix Edouard Justin Emile Borel (7 yanvar 1871[…], Sent-Afrik və ya Lion – 3 fevral 1956[…], Paris) — Fransa riyaziyyatçısı və siyasətçisi. == Fəaliyyəti == Ehtimal nəzəriyyəsinə aid kitablarından birində, ictimaiyyətə sonsuz meymun teoremi ya da oxşar adlarla tanış olan düşüncə sınağını ortaya atmışdır. 1913-cü və 1914-cü ildə tədqiqat və açıqlamarı ilə hiperbolik həndəsə və xüsusi nisbilik nəzəriyyəsi arasında körpü qurmuşdur. 1920, 1930 və 1940-cu illərdə fəal olaraq siyasətlə maraqlanmışdır. Adına Ayda krater adlandırılmışdır.
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. == Karyerası == === Klub === 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
Fərəc Cavanşirov
Cavanşirov Fərəc ağa Qüdrət ağa oğlu (1917 – 2001, Bakı) — İncəsənət xadimi, rəqqas, Azərbaycan Konsert birliyinin sədri, İbrahimxəlil xanın oğlu Səfiqulu ağanın nəticəsi. == Həyatı == Fərəc Cavanşirov 1917-ci ildə Qaryagin qəzasının Böyük Pirəhmədli kəndində doğulmuşdur. Orta məktəbi bitirəndən sonra Teatr məktəbinə daxil olmuşdur. 1934-cü ildə bu təhsil ocağını tamamlayıb dövlət filarmoniyasında çalışmışdır. Sonra uzun müddət Musiqili Komediya Tetrında işləmişdir. Azərbaycan Konsert birliyinin sədri olmuşdur. Fərəc Cavanşirov 2001-ci ildə vəfat edib. == Ailəsi == Fərəc Cavanşirov öncə xalq artisti Leyla Bədirbəyli ilə evlənmişdir. Bu nikahdan Cavanşir(Elhan) adlı oğlu olmuşdur. Sonra Asiya xanımla ailə qurmuşdur.
Fərəc Fərəcov
Fərəc Fərəcov (aktyor) — Azərbaycan aktyoru və rejissoru. Fərəc Fərəcov (memar) — Azərbaycan SSR Əməkdar memarı. Fərəc Fərəcov (deputat) — Azərbaycan Respublikasının əməkdar jurnalist, deputat.
Fərəc Qarayev
Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Bəstəkar Qara Qarayevin oğludur. == Fəaliyyəti == 1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.1994-1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.
Fərəc Qasımov
Fərəc Cəfər oğlu Qasımov — Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri). == Həyatı == 1883-cü ildə Salyanda doğulub. O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi.Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi. Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər.Professor Ətulla Qasımovun atasıdır.
Fərəc Quliyev
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.