Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Kiştəy
Kiştəy - türk və altay mifologiyasında başdan çıxarıcı Tanrıça. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Səkkiz gözü vardır. Qara bir tülküyə çevrilə bilər. İnsanları zina etməyə, evlilik xarici əlaqələr qurmağa itələyər. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Erkədir). (Kiş) kökündən törəmişdir. Kişi və kişnəmə sözləriylə eyni kökə malikdir.
Şarl de Koster
Şarl Teodor Anri De Koster (fr. Charles-Theodore-Henri De Coster; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi. Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi".
Martin Koster
Martin Gert Koster (1950, Dedemsvaart[d], Overijssel[d]) — Niderland aşağı sakson dilinin Drent ləhcəsində yazan və yaradıcılıq edən niderlandlı yazıçı. Əsasən nasir olan Koster, həm də şeirlər yazır və onları kitab şəklində çap edib. O, həmçinin niderland və ingilis dillərindən drent ləhcəsinə müxtəlif əsərləri və məqalələri tərcümə edir. Drent ləhcəsindəki Roet adlı ədəbi jurnalın yaradıcılarından biridir. 2021-ci ildə Niderland hökuməti, nəsli kəsilməkdə olan Drent ləhcəsini qorumaq və zənginləşdirmək üçün göstərdiyi səylərə görə, Kosteri Оran-Nassaus ordeni ilə təltif etdi.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kunda
Kunda (est. Kunda) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Əhali əsasən: estonlar — 58,55 %, ruslar — 32,78 %, digərləri — 8,67 %. Kunda - şimali Estoniyanın mühüm sənaye və liman şəhəridir. Burada sement zavodu (2006-cı ildə 943 min ton), kommersiya portu (2007-ci ildə 1.7 milyon ton), 2006-cı ildə 140 min ton fəaliyyət göstərir.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Qabriel Veron
Gabriel Veron Fonseka de Souza (3 sentyabr 2002) – Portuqaliya Premyer Liqasında çıxış edən Portunun brazilyalı hücumçusu. Palmeirasın heyətində ilk matçına 29 noyabr 2019-cu ildə keçirilən Fluminense-Palmeiras matçının 76-cı dəqiqəsində çıxıb. Matç Fluminensenin 1–0 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasda ilk qolunu isə 6 dekabr 2019-cu ildə keçirilən Palmeiras-Goias matçında vurub. Matça 58-ci dəqiqədə daxil olmasına baxmayaraq 70-ci və 90-cı dəqiqələrdə qol vurmağı bacarıb. Matç Palmeirasın 5–1 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasın heyətində 10-cu qolunu isə 24 yanvar 2021-ci ildə keçirilən Ceara-Palmeiras matçının 34-cü dəqiqəsində vurub. Matç Cearanın 2–1 hesablı qələbəsi ilə başa çatıb. 1. Qabriel Veron Soccerway 2.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.
Yair Oron
Yair Oron (ivr. ‏יאיר אורון‏‎; 30 aprel 1945, Britaniya Fələstini[d]) — Holokost və soyqırım, irqçilik və müasir yəhudiliyin tədqiqi üzrə ixtisaslaşmış İsrail tarixçisi, alimi və mütəxəssisi. O, Yəhudi Universitetində magistr dərəcəsi və Paris Universitetində doktorantura dərəcəsi almışdır. Yair Oron 2005-ci ildən İsrail Açıq Universitetində Sosiologiya, Politologiya və Kommunikasiyalar departamentinin sədri vəzifəsində çalışır, dosentdir. O, Tel-Əviv Universitetində tarix və sosiologiya üzrə bakalavr dərəcəsinə malikdir. Jewish-Israeli Identity, Sifriat Poalim (with Kibutzim College of Education), Tel-Aviv, 1993, 204 pp. (Hebrew). The Banality of Indifference: The Attitude of the Yishuv and the Zionist Movement to the Armenian Genocide, Dvir (with Kibutzim College of Education), Tel-Aviv, 1995, 395 pp. (Hebrew). Les Juifs d’Extrême Gauche en Mai 68, Éditions Albin Miche], Paris, 1998, 335 pp.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Köhnə Kəstəy (Bakalı)
Köhnə Kəstəy (başq. Иҫке Кәстәй, rus. СтарокостеевоН) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 12 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 87 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (96 %) üstünlük təşkil edir.
Ulduz burun köstəyi
Ulduz burun köstəyi — həşəratlarla qidalanan qeyri-adi köstəbək. 22 çəhrayı tentacles olan ətli burun ona orijinallıq verir. Bu heyvanların bəzi qeyri-adi xüsusiyyətləri bunlardır: Onlar yer üzündəki bütün məməlilərdən daha sürətli yeyirlər. Ulduz köstəbəkləri yeməkləri (əsasən həşəratları) saniyənin onda ikisindən az müddətdə müəyyən edib yeyə bilir və ondan əvvəl 8 millisaniyə ərzində bu obyektin yeməli olub-olmadığına qərar verirlər. Qismən, onlar ətraf mühitdən məlumatı neyronların fizioloji həddinə yaxınlaşan sürətlə heyvanın beyninə ötürən sinir sistemlərinin son dərəcə səmərəli işi sayəsində bu uğura nail olurlar. Onların ulduzu məməlilər arasında bilinən ən həssas toxunma orqanıdır. Burundakı bu ulduz orqanında 100.000-dən çox sinir lifi var — insan əlindəki oxşar liflərin sayından beş dəfə çox — hamısı barmağınızın ucundan daha kiçik bir boşluğa yığılmışdır. "Oranın dərisi o qədər həssasdır ki, neyronların aktivləşməsi üçün ən aşağı həddi təyin edə bilmədik" deyən Kataniya ulduzun öyrənilməsinin insanın toxunma hissini daha yaxşı anlamağa kömək edə biləcəyini əlavə etdi. Ulduz burun köstəyi Şimali Amerikanın şərqində yaşayır. Onların diapazonu Kanadadakı Manitoba və Labradordan Şimali Dakota və Ohayoya və okean sahilindəki Corciyaya qədər uzanır.
Yeni Kəstəy (Bakalı)
Yeni Kəstəy (başq. Яңы Кәстәй, rus. Новокостеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 10 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (100 %) üstünlük təşkil edir.
Tam məxfi
Tam məxfi (serial, 2004)
Tam ədəd
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam ədədlər
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam məşğulluq
Tam məşğulluq (ing. full employment) — friksion və struktur işsizliyin olduğu, lakin dövri işsizliyin olmadığı, iqtisadiyyatın əmtəə və xidmətlərin istehsalı üçün bütün mövcud və münasib resurslardan istifadə etdiyi məşğulluq səviyyəsi; real xalis milli məhsulun (XMM) potensial XMM-a bərabər olduğu vəziyyət. == Tərifi == Tam məşğulluq (makroiqtisadiyyat nöqteyi-nəzərindən) — ölkənin bütün iqtisadi resurslarının və ilk növbədə işçi qüvvəsinin tam istifadə olunduğu bir vəziyyətdir. Keynsdən bəri hökumətlər ümumiyyətlə tam məşğulluğu öz iqtisadi siyasətlərinin son məqsədi kimi görürlər. Belə bir vəziyyətin real həyatda, hətta əmək bazarında tələbin təklifdən əhəmiyyətli dərəcədə artıq olduğu şəraitdə də yarana biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Tam məşğulluq işsizliyin virtual yoxluğunu nəzərdə tutur. Tam məşğulluq şəraitində və bütün iqtisadi resurslardan tam istifadə edildikdə, eləcə də milli iqtisadiyyata təsir edən bütün mənfi amillər olmadıqda faktiki ÜDM potensial ÜDM-ə bərabər ola bilər.
Xuan Sebastyan Veron
Xuan Sebastyan Veron (isp. Juan Sebastián Verón ;9 mart 1975[…], La Plata) — argentinalı keçmiş futbolçu. Meydanda mövqeyi yarımmüdafiəçi olub. Argentina milli komandasında və bir sıra Avropa klublarında oynaması ilə tanınır. 2014–2020-ci illərdə "Estudiantes" klubunun prezidenti olub. Xuan Sebastyan Veron karyerasının böyük hissəsini "Estudiantes"də keçirmiş məşhur futbolçu Xuan Ramon Veronun ailəsində anadan olub. Oğul atasının yolu ilə gedir və bu klubun uşaq futbol məktəbində futbolun sirrlərini yrənməyə başlayır. Maraqlıdır ki, onun atası klubun pərəstişkarları tərəfindən "Cadugər"(isp. La Bruja) və Xuan Sebastianın özü isə bənzətmə ilə "Balaca Cadügər" ləqəbini alır (isp. La Brujita).
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Montey (Averon)
Montey (fr. Monteils, oks. Montelhs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12150. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 530 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər (15-64 yaş) arasında 204 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 67.8%).
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
АМГ-10 aviasiya yağı
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Kesthey
Kesthey (sloven. Blatenski Kostel; alm. Kesthell‎) — Balaton gölünün qərb sahilində yerləşən və əhalisinin sayı 20 895 nəfər olan Macarıstan şəhəri. Bu gölün ətrafında yerləşən ən böyük şəhərdir və bölgədəki ən əhəmiyyətli mədəni, təhsil və iqtisadi mərkəzlərindən biridir. Yerləşdiyi əraziyə görə şəhər və onun ətrafındakı ərazilər Macarıstanın turistik bölgələrindən hesab olunur. Roma dövründən salınmasına baxmayaraq şəhər haqqında ilkin tarixi məlumatlara 1247-ci ildən rast gəlinir. 1421-ci ildən Kesthey ticarət şəhəri kimi formalaşmağa başladı. Pannoniya Universitetinin Kənd Təsərrüfatı fakültəsi Kesthey şəhərində yerləşir. Macar yazıçısı və Peşt Universitetinin kitabxanaçısı olan Georg Feyer 1766-cı ildə Kesthey şəhərində anadan olmuşdur. Mərkəzi Avropanın ən böyük göllərindən biri olan Balaton gölünün şimal-qərbində yerləşir.
Keştək
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniş", "hündür yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar. Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru. Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Kokteyl
Kokteyl (ingiliscə cocktail) bir neçə komponenti qarışdırmaqla əldə edilən içkidir. Çox vaxt kokteyllər ya spirtli içkilərin birləşməsidir, ya da bir və ya daha çox spirtli içkinin meyvə şirəsi, ətirli şərbət və ya qaymaq ​​kimi digər maddələrlə qarışdırılmış formasıdır. Kokteyllər dünyanın müxtəlif bölgələri arasında çox dəyişir və bir çox internet saytları həm orijinal reseptləri, həm də köhnə və daha məşhur kokteyllərin öz şərhlərini dərc edir. Kokteyllər alkoqollu (bir və ya daha çox spirtli içkiləri tərkib hissəsi kimi özündə birləşdirir) və alkoqolsuz ola bilər. İçki kimi kokteylin ilk yazılı qeydi 1803-cü ildə ABŞ-da "The Farmers Cabinet" jurnalındakı bir məqalədə ortaya çıxdı. Alkoqollu içki kimi kokteylin ilk tərifi üç il sonra 13 may 1806-cı ildə "The Balance and Columbian Repository" (Hudson, New York) jurnalında ortaya çıxdı. Ənənəvi olaraq, kokteyl inqrediyentlərinə spirtli içki, şəkər, su və bitterlər daxil idi, lakin bu tərif 1800-cü illərdə likör əlavə etməyə qədər artdı. 1862-ci ildə Cerri Tomas "How to Mix Drinks" və ya "The Bon Vivant's Companion" adlı barmenlər üçün təlimat kitabçası nəşr etdi, bu kitabçada bitterlərdən istifadə edərək kokteyllər üçün 10 resept var ki, onları punş və kobler kimi digər içkilərdən fərqləndirdi. Kokteyllər 1900-cü illərdə təkamül etməyə və populyarlıq qazanmağa davam etdi və 1917-ci ildə Missuri ştatının Sent-Luis şəhərindən olan Julius S. Walsh cunior "kokteyl partisi" terminini istifadə etdi. Birləşmiş Ştatlarda (1920-1933) Quru qadağalar dövründə şərab və pivə məhdudlaşdırıldığından kokteylə olan təlabat daha da artdı, 1960-cı illərin sonlarında içkiyə əlaçtımlılıq qayıtdığı üçün populyarlığı azaldı.
Kospley
"Kospley" (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir. Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı. Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir. Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır.
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Kostus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Kottec
Kottec (ing. Cottage) — şəhər kənarında, fəhlə qəsəbəsində, və sairədə bir ailəlik kiçik ev. Müasir dövrdə kəndlərdə və istirahət mərkəzlərində rast gəlinir. Azərbaycan dilinə bu söz rus dilindən "коттедж" sözünün alınası ilə keçmişdir. Kottec (orta əsr latın cotagium) sözü qədim ingiliscə çarpayı, cote "daxma" və köhnə fransız dilində çarpayısı "daxma, kottec", qədim norsca kot "daxma" sözündəndir və orta aşağı alman dilindəki kottenin (kottec, daxma) sözlərinə aiddir. Buna misal olaraq 15-ci əsrə aid malikanə saraylarında rast gəlmək olar. Kottec evinin Latın dilindəki versiyası: "domus", idi. Kottecin anbarı isə "qranjia" adlanırdı. Populyar müasir mədəniyyətdə kottec termini daha ümumi və romantik kontekstdə istifadə olunur və istənilən dövrə aid ola bilər, lakin bu termin adətən müasir olmayan yaşayış evlərinə tətbiq olunur. Köhnə, Viktoriyadan əvvəlki kotteclərin hündürlüyü azdır və əksər hallarda karkas taxtaları görünürdə qalır, bəzən yaşayış sahəsi içinə daxil olur.
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Xostək
Xostək (lat. Caragana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Aspalathus Amman ex Kuntze Halimodendron Fisch.
D-20
D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu . İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 24000m-dir. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür. D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir. Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir. Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır. Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür: Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
D-30
122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Variantları: 2A18 2A18M 2A18M1 2A31 2A32 Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək; Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək; Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək; Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq; Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq. Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır.
DF-11 aşqarı
ДФ-11 aşqarı — İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur. ДФ-11 aşqarı – maşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzin və dizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir. Tətbiqdə miqdarı: 1,0–2,5 kütlə/% Kinematik özlülük 1000C, mm2/s - 5–10 Alışma temperaturu açıq putada,0C - 170 Aktiv elementlərin miqdarı: Fosfor, kütlə/% — 4,4–4,9 Sink, kütlə/% — 5,0–5,6 Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı — yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir.
DP-28
Degtyaryov pulemyotu (abr DP, ru: Ручной пулемёт Дегтярёвa Пехотный / Ruchnoy Pulemyot Degtyaryova Pekhotny), 1928-ci ildə SSRİ-də Vasily Degtyaryov tərəfindən hazırlanmış yüngül pulemyotdur. 1928-ci ildən 1960-cı ilə qədər istifadə edilmişdir. 7.62x54mm çapında güllələrdən istifadə edirdi. İstifadəsi çox asan və istehsalı da çox ucuz idi. Ən vacib xüsusiyyəti AK-47 kimi çirkə və palçığa qarşı müqaviməti olduqca güclü olub, hər cür iqlimdə istifadəsinin mümkünlüyü idi. Aparılmış testlər zamanı lüləsinin yanmasına baxmayaraq 500 mərmi ata bilməsi müəyyənləşdirilmişdir.
Donetskdə təyyarə qəzası (17 iyul 2014)
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
E.ə. 10
Akvink salınıb.
E.ə. 11
Souse
E.ə. 12
Ponti Pilat
E.ə. 13
Livilla
E.ə. 14
Tiberi ( e. ə.
E.ə. 15
Germanik
E.ə. 16
Tririn əsası qoyulub.
E.ə. 17
Armini
E.ə. 18
Bekçe krallığının yaranması.
E.ə. 19
Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 21
Naevius Sutorius Macro
E.ə. 22
E.ə. 23
Mark Klavdi Marsell
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.