Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Erol Özvar
Erol Özvar (8 iyun 1966, Bakırköy, İstanbul ili) — Türk yazıçı, akademik, iqtisadçı, tərcüməçi. 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini eyni şəhərdə aldı. 1985-ci ildə Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olmuş, 1989-cu ildə məzun olmuşdur. Eyni universitetdə iqtisadi tarix sahəsində magistr və doktorantura təhsili aldı. 1998-ci ildə Mərmərə Universitetində "XVII əsrdə Osmanlı Dövlət Maliyyəsindəki Dəyişiklik: Xəzinədarlıq Gəlirliyindən Yunanistan Dövlətində Vivadilikə Keçid" mövzusunda doktorluq dissertasiyasını təqdim etdi. Uzun müddət, Mərmərə Universiteti Sosial elmlər peşə məktəbinin müəllimi olmuşdur. 15 iyul 2018-ci il tarixli Türkiyə prezidenti Fərmanı ilə Mərmərə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. == Həyatı == 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini İstanbulda aldıqda sonra Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olur.
Otmar Hitsfeld
Ottmar Xitsfeld — Almaniyalı futbol mütəxəssisi Otmar Hitsfeld 12 yanvar 1949-cu ildə anadan olub. 2008-ci ilin yayından İsveçrə yığmasını çalışdıran Hitsfeldin yetirmələri bir il ərzində 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət onun debüt matçına təsadüf edib. Baş məşqçi qismində 2 Qitələrarası kubok, 2 Çempionlar Kuboku, 7 Almaniya, 2 İsveçrə çempionluğu, 3 Almaniya və 3 İsveçrə kubokunu qazanıb. 1997-ci və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.
Otvari gәndalaş
Otvari qrammofonçiçək
Otvari qrammofonçiçək (lat. Ipomoea hederacea) - i̇pomeya cinsinə aid bitki növü.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Otvari söyüd
Otvari söyüd (lat. Salix herbacea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Ripselaxis herbacea (L.) Raf. Salix herbacea f. latifolia J.Rousseau & Rouleau Salix nivalis Schur Salix pumila Salisb.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Otar Taktakişvili
Otar Vasilyeviç Taktakişvili (gürc. ოთარ თაქთაქიშვილი; 27 iyul 1924[…], Tiflis – 21 fevral 1989, Tbilisi və ya Moskva) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi, ictimai xadimi. SSRİ xalq artisti (1974), Lenin mükafatı (1982), Stalin mükafatı (1951, 1952) və SSRİ Dövlət mükafatı (1967) laureatı. Otar Taktakişvili 27 iyul 1924-cü ildə Tiflisdə Abxaz zadəganı Vasili Çaçibaya və gürcü şahzadəsi Yelizaveta Mixaylovna Taktakişvilinin ailəsində anadan olmuşdur. Otar gənc yaşlarından anasının soyadını daşımağa başlamışdır. Taktakişvili ilk musiqi təhsilini Tbilisi Musiqi Məktəbində və peşə məktəbində almışdır. 1947-ci ildə Tbilisi Konservatoriyasını bitirmişdir. 1950-ci ildə elə burda aspiranturada təhsil almışdır (S.V.Barxudaryanın kompozisiya sinfi). Otari 1947-ci ildən - xor ədəbiyyatı müəllimi və xor rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1952-ci ildən - Konservatoriyada polifoniya və çalğı alətləri fənnindən dərs demişdir.
Otar bəy
Otar bəy və ya həmçinin Otar xan, daha sonra Zuəl-Fəqər xan kimi tanınan (təxminən 1583, - vəfat 1662/63) — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Barataşvili-Orbelişvilinin (Orbeliani) nəslindən məmur. Otar bəyin erkən həyatı haqqında çox şey məlum deyil. Əsl ailə adı Barataşvili-Orbelişvili idi və bu da Orbeliani və Qaplanşvili olaraq xatırlanır. Atasının adı Aslamaz idi və onun kimi kiçik vəzifələrdə çalışan iki kiçik qardaşı Vaxuşti və Qorcasbi (Mənsur) vardı. Aleksandr Orbelianinin (1802-1869) fikrincə, Otarın Keyxosrov adlı daha bir qardaşı var. Bundan əlavə, atası Erizbar Barataşvili-Orbelişvilinin ölümündən sonra 17-ci əsrin əvvəllərində Səfəvilərə qaçan Qaplan Barataşili-Orbelişvili (Orbeliani) (? -1671) adlı məşhur gənc əmisi var idi. Otar ilk dəfə Səfəvi mənbələrində 1626-cı ildə Yeni Culfanın darğa (vəzifə) funksiyasını icra edərkən bu vəzifədə Mirman Mirimanidzenin (Səfiquli xan) yerinə yetirildiyi adı çəkilir. 1629-cu ildə I Şah Abbas vəfat etdikdə, o, artıq Simnanın bəylərbəyi vəzifəsinə təyin edilmiş və sultan rütbəsinə sahib idi. Sonralar, 1649-cu ildə, II Şah Abbasın dövründə (1562-1666), şərq ərazilərindəki Qəndəhar valiliyi, həmçinin Zu əl-Fəqər xan fəxri adı verildi.
Otar Çerkeziya
Otar Yevtixiyeviç Çerkeziya (gürc. ოთარ ჩერქეზია; 26 sentyabr 1933, Çuqureti rayonu[d] – oktyabr 2004, Moskva) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi. 1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. SSRİ Ali Sovetinin 11 çağırış deputatı. 1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.
Otar Çiladze
Otar Çiladze (Gürcücə: ოთარ ჭილაძე; 20 mart 1933, Siğnaği, Gürcüstan SSR, SSRİ – 1 oktyabr 2009, Tbilisi) — gürcü şair və yazıçı.Stalindən sonrakı dövrdə gürcü ədəbiyyatının dirçəlişində əhəmiyyətli rol oynamışdır. Romanlarında Şumer və Yunan mifologiyasından çox istifadə etmişdir. Çiladze Gürcüstanın şərqində Kaxeti bölgəsində yerləşən Siğnaği şəhərində anadan olub.Tbilisi Dövlət Universitetində oxuduqdan sonra 1956-cı ildə jurnalist oldu.Əsərləri, xüsusilə şeirləri 1950-ci illərdə çap olunmağa başladı.Bu dövrdə Tiflisdə ədəbiyyat jurnalisti olaraq çalışdı və jurnallara rəhbərlik etdi.1972-73 illəri arasında uzun bir seriyada nəşr olunan "Yolda bir adam gedirdi" (გზაზე ერთი კაცი მიდიოდა),"Məni tapan hərkəs" ,"Avelum"(1995) kimi romanlarla daha da məşhurlaşdı.1997-ci ildə Mnatobi jurnalının baş redaktoru oldu.Çiladze bir çox şeir və pyesini də nəşr etdirmişdir.
Otar İosseliani
Otar İosseliani (gürcü: ოთარ იოსელიანი, 2 fevral 1934[…], Tiflis, ZSFSR, SSRİ[…] – 17 dekabr 2023[…], Tbilisi, Gürcüstan) — Gürcüstan rejissoru. O, Tbilisi Dövlət Konservatoriyasında oxumuş və 1952-ci ildə bəstəkarlıq, dirijorluq və fortepiano diplomu ilə məzun olmuşdur. 1953-cü ildə riyaziyyat fakültəsində oxumaq üçün Moskvaya getdi, ancaq iki ildən sonra işdən ayrıldı və müəllimləri Aleksander Dovjenko və Mixail Çiaureli olduğu Dövlət Film İnstitutuna daxil oldu. Tələbə olduğu müddətdə Tbilisidəki Gruziafilm studiyalarında əvvəl rejissor köməkçisi, daha sonra sənədli filmlərin redaktoru kimi işləməyə başladı. 1958-ci ildə "Akvarel" adlı ilk qısametrajlı filmini çəkdi. 1961-ci ildə Dövlət Film İnstitutunu film rejissorluğu diplomu ilə bitirmişdir. Aprel (1961) adlı orta uzunluqlu filminin yayımlanmasından imtina edildiyi zaman, İosseliani film çəkilişindən imtina etdi və 1963–1965-ci illərdə əvvəlcə balıqçı gəmisində, daha sonra Rustavi metallurgiya fabrikində çalışdı. Aprili nəhayət yalnız 1972-ci ildə sərbəst buraxıldı. 1966-cı ildə 1968 Cannes Film Festivalında Tənqidçilər Həftəsində təqdim olunan və orada FIPRESCI mükafatını qazanan ilk bədii filmi Giorgobistve-yə rəhbərlik etmişdi. 1976-cı ildə çəkdiyi "Pastorali" filmi bir neçə il rəfdə qaldıqdan və sonra yalnız məhdud bir sayda verildikdə, İosseliani vətənində hər hansı bir sənət azadlığının əldə edilməsinə şübhə ilə yanaşdı.
Ovar (Fransa)
Ovar (fr. Auvare) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,27 km², əhalisi — 53 nəfərdir (2006) artım tendensiyası ilə: 45 nəfər (2012), əhalinin sıxlığı 2,46305418719212 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 46 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 45 nəfər.
Çoxillik Otlar (1954)
Çoxillik otlar (film, 1954)
Alvar
Toponimlər
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Qotlar
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Botlar
Botlar (lat. Bothidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Mtavar
Mtavar (gürc. მთავარი, mtavari; "tavi" – "baş" sözündən baş ) — feodal Gürcüstanda titul. Adətən "suveren knyaz" kimi tərcümə olunur, həmçinin "hersoq" ilə oxşar mənaya malikdir. Gürcüstanın zadəganlıq iyerarxiyasında mtavarilər tavadi və eristavilərdən (iri feodallardan) yuxarıda idi. Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra tavad, eristav və mtavar titulları rus knyazları ilə eyniləşdirilmişdir.
Notlar
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.