Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makama
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Akamas yarımadası
Akamas yarımadası — Kipr adasının qərbində olan yarımada. Zirvəsi Kiprin ən qərb nöqtəsini təşkil edir. Ən yaxın qəsəbə Polis Xrisoxus bələdiyyəsinin bir hissəsi olan Laçı şəhəridir. Yarımadanın sahəsi 230 km²-dir. Yarımada ehtimal ki, Teseyin oğlu Akamasın adını daşıyır. O, Troya müharibəsindən sonra orada qalmışdı. Akamas bir qoruqdur. Tapılan 530 bitki növündən 35-i endemikdir. Yarımadada Glaucopsyche paphosunun endemik kəpənək növlərinə də rast gəlmək olar. Sini çanaqlı tısbağalar yumurtalarını uzaq Lara çimərliyində qoyur.
Panama (dəqiqləşdirmə)
Panama — Mərkəzi Amerikada dövlət. Panama — Panamanın paytaxtı, ölkənin siyasi, inzibati və mədəni mərkəzi.
Panama (şəhər)
Panama (isp. Panamá) — Panamanın paytaxtı, əhalisi 1 063 000 nəfərdir (2000). Panama kanalının, Sakit okeana kəsişən yerində yerləşir. Panama ölkənin siyasi, inzibati və mədəni mərkəzidir. == Tarixi == Şəhər 15 avqust 1519-cu ildə salınıb. Bütün tarixi boyu iki okean arasındaa ticarət körpüsü rolunu oynayıb. Hal-hazırda ölkənin bank mərkəzi rolunu oynayır. == Nəqliyyat == Panama şəhərinin şərqində, mərkəzdən 45 dəqiqəlik yolda beynəlxalq aeroport yerləşir. Şəhərdə daxili reyslər üçün ikinci aeroport da vardır. Şəhərdə avtobus və taksilər fəaliyyət göstərir.
Panama Respublikası
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Panama bayrağı
Panama bayrağı — Panamanın Dövlət bayrağı
Panama bərzəxi
Panama bərzəxi — Şimali Amerika materikini Cənubi Amerika materiki ilə birləşdirir. Şimaldan Karib dənizi və cənubdan Sakit okean suları ilə əhatələnir. Yəni bu iki coğrafi su obyektlərini ayırır. Bərzəxin formalaşması iki tavanın bir-biri ilə toqquşması nəticəsində 12–15 milyon il bundan öncə meydana gəlmişdir. Bu birləşmə nəticəsində canlılar sərbəst şəkildə şimala və cənuba doğru hərəkət etmişdir. O da bəllidir ki, Cənubi Amerikaya insanlar şimaldan məhz bu bərzəx vasitəsilə gəlmişlər. Bərzəx Panamanın ərazisində yerləşir. Mövcud əlverişli coğrafi mövqe ilə əlaqədar onun üzərində Panama kanalı çəkilmişdir. Kanalın uzunluğu 81,6 km təşkil edir. Bu kanal vasitəsi ilə 1000 kilometrlərlə məsafə qısalmışdır.
Panama kanalı
Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir. Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür. Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Panama plitəsi
Panama plitəsi — mikro litosfer plitəsi olaraq 0,00674 steradion sahəyə malikdir. Rəsmi olaraq Karib plitəsinin tərkib hissəsi hesab edilir. Panama və Kosta-Rika ərazilərində yerləşir. Naska, Şimali And və Kokos plitələri arasında yerləşir.
Panama sənədləri
Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir. Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.
Panama şəhəri
Panama (isp. Panamá) — Panamanın paytaxtı, əhalisi 1 063 000 nəfərdir (2000). Panama kanalının, Sakit okeana kəsişən yerində yerləşir. Panama ölkənin siyasi, inzibati və mədəni mərkəzidir. == Tarixi == Şəhər 15 avqust 1519-cu ildə salınıb. Bütün tarixi boyu iki okean arasındaa ticarət körpüsü rolunu oynayıb. Hal-hazırda ölkənin bank mərkəzi rolunu oynayır. == Nəqliyyat == Panama şəhərinin şərqində, mərkəzdən 45 dəqiqəlik yolda beynəlxalq aeroport yerləşir. Şəhərdə daxili reyslər üçün ikinci aeroport da vardır. Şəhərdə avtobus və taksilər fəaliyyət göstərir.
Panama əyaləti
Panama əyaləti — Panamanın əyalətlərindən biri. Ayrıca, əyalət paytaxtı olaraq xidmət verən milli paytaxtı, Panama şəhərini də ehtiva edir. Əyalətin qubernatoru prezident Xuan Karlos Varela tərəfindən təyin olunmuş və 4 iyul 2014-cü ildə and içən Rafael Pino Pinto'dur. == Rayonları == Panama əyalətinin altı rayonu var. Panama kanalının qərbindəki beş köhnə rayon 1 yanvar 2014-cü ildə Panama Oeste əyalətini qurmaq üçün ayrıldı. Balboa rayonu. Korregimientolar San Miquel (paytaxt), La Ensenada, La Esmeralda, La Qvineya, Pedro Qonzales və Saboqa'dırÇepo rayonu. Korregimientolar Çepo (paytaxt), Kanita, Çepillo, El Lano, Las Marqaritas, Santa Kruz de Çinina, Madunqandi and və Torti'dirÇiman rayonu. Korregimientolar Çiman (paytaxt), Bruxas, Qonzalo Vasquez, Pasiqa və Yunyon Santena'dır. Panama rayonu.
Kolon (Panama)
Kolon Panamada , Karib Dənizinin yanında, Panama Kanalının Atlantik girişinin yaxınında yer alan bir şəhər və limandır . Panamanın Kolon Əyalətinin paytaxtıdır və ənənəvi olaraq Panamanın ikinci şəhəri olaraq bilinir. Başlanğıcda tamamilə Limon Körfəzi , Manzanillo Körfəzi və Folks çayı ilə çevrəli Manzanillo Adasında yerləşirdi ;Ancaq Panama Kanalı Bölgəsinin ləğv edilməsindən bu yana, şəhərin sərhədləri , köhnə bir ABŞ Ordusu hərbi bazası olan Fort Qulickindən başqa Kristobal , Marqarita və Koko Solonun köhnə Panama Kanal Bölgəsi qəsəbələri ərazisinə əhatə edəcək şəkildə yenidən tanımlandı. == Tarix == Şəhər, Amerika Birləşmiş Ştatları tərəfindənn 1850-də Panama Dəmiryolunun Atlantik terminalı olaraq quruldu , daha sonra Kaliforniya Altına Hücum sırasında Kaliforniyaya gedən sürətli bir maşrut tələbini qarşılamaq üçün inşa mərhələsindəydi . Tarixinin başlarında bir neçə il boyunca, Amerika Birləşmiş Ştatları köçmən birliyi, Panama Dəmiryolu idarəçisi Villiam Henri Aspinvalldan sonra qəsəbəyə Aspinvall adını verərkən , şəhərin İspaniyalı birliyi buraya Xristofer Kolombun adına Kolon adını verdi. Şəhər, Manzanillo Adası olaraq bilinən xaincə bataqlıq bir adanın qərb ucunda quruldu. Panama Dəmiryolu inşaatının bir parçası olaraq ada, Panamanın Materik hissəsinə bir keçitlə bağlandı və adanın bir qismi, qalıcı binaları inşa edə bilmək üçün quruduldu. 1885 Kolumbiya Vətəndaş müharibəsi sırasında və yenə 1915-də böyük bir yanğın sırasında Kolonun yandırılması sırasında şəhərin çoxu yıxıldı. 13–14 aprel 1940-dakı Böyük Kolon Yanğını şəhərin üçdə birini yox etdi. 1914 sərhəd anlaşması, Kolonun tamamən Panama Kanalı Bölgəsi ilə çevrəli Panama Respublikasının bir xarici bölgəsi halına gətirdi .1936 Hull-Alfaro Anlaşması gərəyi Amerika Birləşmiş Ştatları, Kanal Bölgəsindən "Kolon Koridoru"-nu buraxdı;Bu şəhəri respublikanın əsas şərq qisminə bağlayan 4 mil (6,4 km) uzunluğunda bir yol inşa edəcək qədər geniş, Panama ərazisi altındakı bir xətdi.
Akama-cinqu
Akama məbədi (赤間神宮, Akama-cinqu) – Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi. Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur. Meyci islahatına qədər buddist məbədi olmuşdur. == Tarixi == 1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür. Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır.1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir. 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir. == Xüsusiyyətlər == Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır. Bu əlyazma "Naqato-bon" adı ilə tanınır.Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır. Bu festival İmperator Antokuya ehtiram göstərmək məqsədi ilə baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Akama məbədi

Azərbaycan–Panama münasibətləri
Azərbaycan–Panama münasibətləri — Azərbaycan Respublikası ilə Panama Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Panama Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 3-də tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 6-da qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Panama Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Panama Respublikasına da akkreditə olunmuşdur.