Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piar
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Pirr
Pirr (e.ə. 318, Epir – e.ə. 272) — Sərkərdə. Romalıların hökmdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu. Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub. Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi. Hətta o dövrdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu. Lakin Pirrin böyük ordusu yox idi, o, kiçik nəsli mülkünü – dağlı Epir padşahlığını idarə edirdi. Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər. Appenin yarımadasının cənubunda yunan koloniyası, böyük şəhər Tarent romalılara itaət etmədi.
Pixar
Pixar Animasiya Studiyaları — Walt Disney şirkətinə məxsus animasiya istehsalı şirkətidir. Şirkət bu günə kimi 16 Oskar, 7 Qızıl qlobus, 11 Qremmi mükafatı qazanmışdır. Pixar əvvəl Star Wars filminin yaradıcısı Corc Lukasın 1979 da qurduğu Lucasfilmin kompüter qrafikası qrupunda idi. Bu qrup başqa filmlərin vizual effektlərini hazırlayırdı və animasiya mövzusunda mütəxəssis idi. 1986-cı ildə Corc Lukas Kompüter qrafikası bölümünü satışa çıxarır . Stiv Cobs şirkəti almaq üçün təklif göndərsə də ilk öncə təklifi rədd edilir. Daha sonra heç bir şirkət istənilən məbləği ödəmədiyi üçün 1986-cı ildə 10 milyon dollara (nəzərdə tutulan məbləğin üçdə biri) Stiv Cobsa satılır və Pixar adı altında fəaliyyətə başlayır. Stiv Cobs şirkəti ilk aldıqda şirkət işçilərinin fikrində dünyanın ilk animasiya filmini hazırlamaq vardı amma həm Stiv Cobs həm də işçilər bu işin mümkün olmadığının fərqində idilər. Buna görə də Pixarın etdiyi ilk iş böyük və super güclü bir kompüter hazırlamaq oldu. Kompüterin qiyməti 135.000 $ idi və kompüteri qurmaq üçün də əlavə 35.000 $ lazım olurdu.
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Bernar Pikar
Bernadr Pikar (doğum 11 iyun 1673-cü il, Paris, Fransa – ölüm 8 may 1733-cü il, Amsterdam, Niderland) – fransız oymaçı, oymaçı Etiyenne Pikartın oğlu. == Həyatı == Bernadr Pikar 11 iyun 1673-cü ildə Parisdə anadan olmuşdur. 1696-cı ildə Antverpə köçmüşdür. 1698-ci ilin sonunda Fransaya qayıtmazdan əvvəl Amsterdamda bir il keçirmişdir. 1708-ci ildə həyat yoldaşının ölümündən sonra o, 1711-ci ildə Amsterdama köçmüşdür. Burada o, protestant olmuş və yenidən evlənmişdir. == Yaradıcılığı == Onun əsərlərinin çoxu Bibliya və Ovid daxil olmaqla kitab illustrasiyalardır. Onun ən məşhur əsəri 1723-cü ildən hazırlamağa başladığı və 1743-cü ildə tamamladığı Cérémonies et coutumes religieuses de tous les peuples du monde əsəridir. Conatan I. İsrail Cérémonies-i “mümkün qədər həqiqi və obyektiv bütün müxtəlifliklərdə dünyanın inamlarını və dini ayinləri qeyd etmək üçün nəhəng cəhd” adlandırır. Pikarın heç vaxt Avropanı tərk etməməsinə baxmayaraq o, Hind heykəltəraşlıq kolleksiyasına girmiş və malik olduğu hesablara güvənirdi.
Edit Piaf
Edit Piaf (fr. Édith Piaf; 19 dekabr 1915[…], Paris – 10 oktyabr 1963[…], Qras) — Dünyaca məşhur fransız müğənnisi. == Həyatı == 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı mərakeş əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi.
La-Pyar
La-Pyar (fr. La Piarre, oks. La Piara) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05102. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 96 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 56 nəfər (15-64 yaş) arasında 42 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 56.4%). Fəal olan 42 nəfərdən 37 nəfəri (19 kişi və 18 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi.
Piay burnu
Piay burnu (malay Tanjung Piai) — Malay yarımadasının cənub qurtaracağında yerləşir. Üstəlik burun Avrasiya materikinin ucqar cənub nöqtəsini təşkil edir. Burun Malayziya ərazisində yerləşir. Onun qurtaracağında abidə ucaldılmışdır. Piay burnu Sinqapurdan 30 km qərbdə yerləşir.
Pinar Aylin
Pinar Aylin (12 may 1972, İzmir) — türk pop musiqisi müğənnisi. 1995: Ben Bahara Hazırım 1997: Güneşten 1998: Ay Işığında 2000: Çöl Fırtınası 2004: No.
Pirr qələbəsi
Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə. Əfsanəyə görə hökmdar Pirr döyüşdə düşmənə qalib gəlməsinə baxmayaraq, demək olar ki, öz ordusunun mütləq əksəriyyətini həmin döyüşdə itirmişdir. Eramızdan əvvəl 279-cu ildə kral Pirr Auskul yaxınlığında Roma legionu ilə müharibə aparırdı. Onun qoşunları hərbi cəhətdən yaxşı təşkil edilmişdilər. Belə ki, onlar döyüş filinə, möhkəm ox və yaylara sahib idilər. Öz qələbəsindən arxayın olan Pirr irəli atılır. Lakin romalılar təslim olmaq fikrində deyildilər və əsgərlərin fillərə minmələrinə heç cür imkan vermirdilər. Fillər o dövrdə ən təhlükəli və güclü silah hesab olunurdular və məğlubedilməz idilər. Nəticədə, romalı legionerlər filləri öz düşərgələrinə buraxmalı olur. Tez əldə edilən qələbədən sevinən Pirr düşməni sonadək qovmamaq qərarına gəlir.
Pınar Altuğ
Pınar Altuğ Atacan — Türk kino aktrisası. Tam adı Pınar Altuğ Atacandır. 1973-cü il sentyabrın 2-də İstanbulda anadan olmuşdur. Saint Benoit Fransız Liseyində təhsil almışdır. Litseydə maneken liyə başlamışdır. 1994-cü ildə Miss Turkey seçilən Altuğ 1997-ci ildə daxil olduğu İstanbul Universiteti İdarəetmə bölməsindəki təhsilini tamamlamamışdır. 1995-ci ildən televiziya həyatı başlamışdır.
Pınar Dəniz
Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa. Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur. İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır. Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır.
Pınar Kür
Pınar Kür (15 aprel 1943 və ya 15 aprel 1945, Bursa) — yazıçı. Pınar Kür 15 aprel 1943-cü ildə Bursada dünyaya gəlib. Yazıçı Həvva Pınar Kür əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.
Pınar Dilşəkər
Pınar Dilşəkər (25 iyul 1972 ), türk fantezi - sənət musiqi müğənnisi. Türk Musiqisi Dövlət Konservatoriyasının məzunudur. O, 1990-cı illərin ortalarında "Şinanari" mahnısı ilə tanınıb.İbrahim Tatlısəsin "Allahım,Neydi Günahım?" klipində yer alıb. Zorakılıq və uyğunsuzluq ucbatından birinci həyat yoldaşından ayrılıb və bir oğlu var. Uzun tənhalıqdan sonra iş adamı Ahmet Hamoğlu ilə nişanlanıb, lakin yaş fərqinə görə medianın gündəmində mövzu olan cütlük qısa müddətdən sonra ayrılıb.
Pınar Selek
Pınar Selek (türk. Pınar Selek; 8 oktyabr 1971, İstanbul) — türk yazıçısı, sosioloq, feminist. O, Türkiyədə qadınlar, yoxsullar, kimsəsiz uşaqlar, cinsi azlıqlar və kürd icmaları da daxil olmaqla həssas icmaların hüquqları ilə bağlı işi ilə tanınır. O, türk, alman və fransız dillərində nəşr olunmuş bir neçə kitabın müəllifi və türk feminist jurnalı "Amargin"in qurucu redaktorlarından biridir. Pınar Selek Fransada yaşayır, burada Strasburq, daha sonra Fransanın PAUSE proqramı çərçivəsində Nitsa universitetlərindən akademik dəvət alıb. Hazırda isə Kot d'Azur Universitetində sosiologiya üzrə dosent kimi daimi vəzifədə işləyir. 2017-ci ildə Fransa vətəndaşlığı alıb. Selek 1998-ci ildə İstanbulda Misir bazarında törədilən partlayışla bağlı 15 il Türkiyədə məhkəmə istintaqına cəlb edilib. O, dörd dəfə (2006, 2008, 2011, 2014-cü illərdə) mühakimə olunub və bütün ittihamlar üzrə bəraət qazanıb. Onun son bəraəti 21 iyun 2022-ci ildə Türkiyə Ali Məhkəməsi tərəfindən ləğv edilib.
Pier Frank
Pier Frank(1 may 1953, Heilbron[d], Baden-Vürtemberq) — alman yazıçısı, motivasion məruzəçi, iş adamı, seminar aparıcısı, aktyor və kinorejissor. Pier Frank aktrisa Ursula Frank və fransız ədəbiyyatının rejissoru, aktyoru və tərcüməçisi Hans Heinz Frankın kiçik oğludur. Altı yaşında olarkən Frank artıq Teo Linqen ilə səhnədə çıxış edirdi. On yaşında o, Heinz Rühmanın uşaqlarından biri kimi Helmut Koytnerin “Montevideodakı ev” (1963) bədii filmində kinoda iştirak etdi. Onun sıçrayışı 14 yaşında, "Der Kommissar" filmində baş rolu oynayanda baş verdi. O vaxtdan bəri o, bir çox bədii filmlərdə rol alıb. Televiziyadakı özfəaliyyətinə nəzər yetirəndə görürük ki, 350-dən çox televiziya tamaşasında iştirak etmişdir. 1976-cı ildən 1978-ci ilə qədər Pier televiziyada aparıcılıq etmişdir. 1995-ci ildə o, Romuald Karmakarın rejissorluğu ilə çəkilmiş “Totmaçer” filmində stenoqraf rolunu oynayıb. Film, Alman Film Mükafatı da daxil olmaqla, Alman kino tarixində ən çox mükafat aldı.
Jorj Pir
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910[…] – 30 yanvar 1969[…], Leuven, Brabant əyaləti[d][…]) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri, İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına göstərdiyi yardımlarına görə Nobel Sülh mükafatı laureatı (1958). 11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu. == Erkən həyatı == Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi. == Təhsili == Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.
Nor Par
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Par (Urmiya)
Par (fars. پر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 630 nəfər yaşayır (156 ailə).
Par Qerel
Par Qerel (23 iyun 1982) — İsveçi təmsil edən stolüstü tennisçi. Par Qerel İsveçi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Par Qerel İsveçi 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Par Qerel İsveçi 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Pia Bretianu
Pia Bretianu (rum. Pia Brătianu 1841, Pleşoyu[d], Vılça judetsi – 1920, Buxarest) — Rumıniyanın məşhur siyasətçisi İon Bratianunun həyat yoldaşı. O, 1841-ci ildə Vılça dairəsində boyar olan, Luka və Evqeniya Pleşoyanu ailəsində Pleşoya adlı ərazidə dünyaya gəlir. Gənc anası 1842-ci ildə ikinci qızının dünyaya gətirir. O, doğuşdan sonrakı qızdırmadan ölür. Kaliopiya və bacısı nənəsi Sultana Kapeleanu tərəfindən böyüdülür. Krayova şəhərindəki internat məktəbində oxuyurlar. Atasının ölümündən sonra 16 yaşında yetim qalır. Onlar mühafizəkar fikirləri olan iki əmisinin - Yanku Kapeleanu və Mateya Vladeskunun himayəsinə alınır. Qızı Kalimanesti şəhərində Schitul Ostrov monastırına, ana Maksimiliyanın himayəsi altında göndərirlər.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ИХР-388 aşqarı
Pir (dəqiqləşdirmə)
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Deh Raqeh-ye Pir Hüseyn (Bicar)
Deh Raqeh-ye Pir Hüseyn (fars. دهرقه پيرحسين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.