Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Yenigeçitveren (Bolu) Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Palu
Palu — Elazığın ilçəsidir. == Əhalisi == 2015-cı ilin məlumatına görə ilçədə 20.035 nəfər yaşayır.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. == Din == Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Poylu
Yaşayış məntəqələri Poylu (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Poylu (Ağstafa) Poylu (kənd, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Poylu (qəsəbə, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Digər Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Abay çölü
Abay çölü — Rusiya və Qazaxıstanda çöl. Mərkəzi Altay dağlarında, Terekti silsiləsi (çölün şimal-şərqi) ilə Xolzun silsiləsi (cənub-qərb) silsiləsi arasında yerləşir. Rusiyada Altay Respublikasının Kök-Suu rayonunun ərazisinə aiddir. Buradakı qəsəbələrə Amur, Abay, Yustik daxildir. == Etimologiya == Abay çayının adını daşıyır. Altay dilindən "абаай" hidronimi hidronim "əmi; arvadın böyük qardaşı" deməkdir, həmçinin Altay folklorunda qadına hörmətlə müraciət forması və şəxs adıdır. == Əlavə ədəbiyyat == "Рудой А. Н., Русанов Г. Г. Последнее оледенение в бассейне верхнего течения реки Коксы. — Бийск: «АГАО», 2010. — 148 с. ISBN 978-5-85127-594-4" (PDF).
Abrau gölü
Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir == Coğrafiyası == Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.
Acıbulaq gölü
Acıbulaq gölü — Abşeron yarımadasında göl. Hidronim acı və bulaq sözlərindən düzəlib, göl suyunun dadına görə bu adı almışdır. Belə hidronimlərdən biri də Kürdəmir rayonu ərazisindəki Acı arxdır. Şamaxı və Qazax rayonları ərazisində və Şəki rayonunu Təpəcənnət kəndində də Acıbulaq adlı su obyektləri qeydə alınmışdır.
Acınohur gölü
Acınohur gölü — Azərbaycanın Şəki rayonu ərazisində tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aid göl. Mingəçevir su anbarının şimalında, Acınohur çölünün mərkəzində, dəniz səviyyəsindən 107 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 7,8 km²-dir. Dəhnə çayı nadir hallarda Acınohur gölünə tökülür.
Acınohur çölü
Acınohur çölü — Qax və Şəki rayonları ərazisində yeləşən maili düzənlik. Qocaşen-Göyçay və Daşüz-Əmirvan silsilələri arasında yerləşir. Yarımsəhra lanşaftına malikdir. Arazboyu düzənliklərdən biri. Arid iqlimə malikdir. Kserofit ot bitkiləri üstünlük təşkil edir. Düzənliyin mərkəzində Acınohur gölü yerləşir. Hündürlüyü 105-240 metr arasında dəyişir.
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Akkol gölü
Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür.
Akkoş gölü
Akkoş gölü, Lebyaji (tatar. Аккош) — Kazan şəhərinin Kirov rayonu ərazisində yerləşən göllər sistemi. Dörd müstəqil su hövzəsinə bölünür — Kiçik, Böyük, İşıqlı, Quru Akkoş. Göllər öz aralarında kiçik axınlarla əlaqəlidir. Göllər dayaz suludur. Orta dərinlik — 1,1 m, maksimum dərinlik — 3,9 metrdir. Göllər sisteminin özünə məxsusluğu odur ki, onlar yer altı suların səviyyəsindən yüksəkdə yerləşir və yeraltı sularla qidalana bilmir. Göllər sistemi Kazan şəhərinin 12 km-də yerləşir və şəhər əhalisinin sevimli istirahət məkanı hesab olunur. == Ümumi məlumat == Göl səthinin sahəsi — 2,6 km²-dir. Göl səthi dəniz səviyyəsindən 69,3 metr yüksəklikdə yerləşir.
Aktaş gölü
Xozapini gölü (gürc. ხოზაფინის ტბა) və ya Aktaş gölü (türk. Aktaş Gölü) — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. Gürcüstan — Türkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür. == Adı == Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (gürc. ხოზაფინის ტბა), Karçaxistba, Karçaxi (gürc. კარწახის ტბა), Karçask, Аktaş (türk. Aktaş Gölü), Xozapin (türk.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Albert gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.
Alxan çölü
Alxan çölü - Füzuli rayonu ərazisində çöl. == Oronimi == Oronim alxan (Köndələnçayla bağlıdır), çöl (düz.) və -ü (mənsububiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Köndələnçayın axdığı çöl" deməkdir.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.