Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Prostat
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Bulbophyllum pristis
Bulbophyllum pristis (lat. Bulbophyllum pristis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cozef Pristli
Cozef Pristli (ing. Joseph Priestley; 13 (24) mart 1733 – 6 fevral 1804[…], Nortamberlend[d], Pensilvaniya) — Böyük Britaniya kimyaçısı, filosofu. == Həyatı == İngilis kimyaçısı Cozef Pristli 13 mart 1733-cü ildə anadan olmuşdu. Qazlı içkiləri ilk dəfə britaniyalı kimyaçı Cozef Pristli kəşf edib. O çox hərtərəfli insan idi: təbii elmlərdən əlavə fəlsəfə, ruhaniliklə də maraqlanırdı. Cozef Pristli fotosintez prosesini öyrənib, "şənləndirici" qaz və oksigeni kəşf edib. Bu kəşflərin əksəriyyəti digər tədqiqatçıların əhəmiyyət vermədikləri prosesləri izləməklə baş verib. Qazlı içkilərin kəşfi də bu qəbildəndir. Pivə istehsalı ilə məşğul olan yerli sexdə Pristlini belə bir sual düşündürürdü: qıcqırdılma zamanı yaranan köpüklərin tərkibi nədən ibarətdir? O təxmin edir ki bu qaz suda yaxşı həll olmalıdır və buna görə də hazırlanan pivə üzərində su qabları yerləşdirir.
Dieqo Tristan
Dieqo Tristan Errera (5 yanvar 1976, Sevilya) — İspaniya futbolçusu. == Həyatı == Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib.
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Kristal Palas
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. == Alınması == Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Kristal qəfəslər
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur. == İon kristal qəfəsləri == Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin {NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur. == Atom kristal qəfəsləri == Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə: ▪️ B ▪️ C (almaz, qrafit) ▪️ Si ▪️ SiO2 (kvars) ▪️ SiC ▪️ qara və qırmızı fosforu kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir. == Molekul kristal qəfəsləri == Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir.
Nunu Triştan
Potentilla cristae
Potentilla cristae (lat. Potentilla cristae) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Prostat vəzi
Yunanca: προστάτης prostates, termini "protector" qoruyucu gözətçi mənasındadır boşaltma sisteminin sonuna yaxın hissədə məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat yalnız kişilərdə mövcuddur. Qadınlarda prostat və ya buna bənzəyən hər hansı bir orqan mövcud deyildir. Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir.
Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; — piylənmə; — irsiyyət; — zərərli istehsal sahələrində işləmək; — zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15–20 dəfəyə çatır (normada gün ərzində 4–5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Tristan Muyumba
Tristan Muyumba Nkita (7 mart 1997-ci ildə anadan olub) — Monako klubundan icarə əsasında Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Muyumba öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Tristan Qeyl
Tristan Qeyl (d. 10 avqust 1980) — Birləşmiş Ştatları təmsil edən skeletonçu. Tristan Qeyl, Birləşmiş Ştatları 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tristan Qeyl, 2002-ci ildə Birləşmiş Ştatlar yığmasının heyətində elə Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Tristan Qeyl, 1-ci gedişdə 52.26 saniyə, 2-ci gedişdə isə 52.85 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 1-ci yeri tutaraq qızıl medalla başa vurdu.
Maye kristal
Maye kristallar- izotrop maye ilə bərk kristallik cisim arasında aralıq vəziyyətdə (mezomorf) olan maddələrə deyilir. Bir tərəfdən onlar axıcılıq xüsusiyyətinə və damcıvari halda olmaq qabilliyyətinə malikdirlər, digər tərəfdən isə onlar üçün ilk növbədə optik anizotropluq xarakterikdir. Maye kristalların strukturunun nizamlılığını təmin edən molekullararası qüvvənin zəif olması onların xassələrinin xarici faktorlardan (temperatur, təzyiq, elektrik sahəsi və s.) güclü asılılığının prinsipial əsasını təşkil edir. Bu asılılıqlar öz növbəsində müxtəlif təyinatlı indikator qurğularının layihələndirilməsində geniş imkanlar açır. Maye kristallar ilk dəfə 1888-ci ildə Avstriya botaniki F. Reynister tərəfindən kəşf edilmişdir. Lakin bu maddələr praktikada yaxın zamanlardan tətbiq olunmağa başlamışdır. Maye kristalların spesifik xüsusiyyəti mezofaz (yəni kristallik halı) halının məhdud temperatur intervalında mövcudluğudur. Maddə qızdırıldıqda faza dəyişməsini aşağıdakı sxem üzrə təsəvvür etmək olar: -bərk cisim-maye kristal-izotrop maye. Maye kristal halını molekulu uzun çubuqşəkilli formada olan üzvi birləşmələr yaradır. Maye kristalların çox hissəsini aromatik sıraya malik birləşmələr yəni molekulu benzol halqalarından ibarət birləşmələr təşkil edir. Belə maddəyə misal olaraq p-metoksibenziliden, p-n butilanilini göstərmək olar.
TriStar Pictures
TriStar Pictures — ABŞ-də film studiyası və kino şirkəti. Hazırda Columbia-TriStar bölməsi olan Sony Pictures-a daxildir.
Caesalpinia crista
Guilandina bonduc (lat. Guilandina bonduc) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin guilandina cinsinə aid bitki növü.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Krista Qoff
Krista Qoff (ing. Krista A. Goff) — ABŞ tarixçisi, sovet və postsovet tarixi, sovet milli siyasəti və XX əsrdə Qafqaz tarixi üzrə mütəxəssis. == Təhsili == Krista Qoff Makalester Kollecindən bakalavriat dərəcəsini və Braunn Universitetində magistratura dərəcəsini almışdır. Daha sonra Miçiqan Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır. O, həmçinin Sankt-Peterburq, İrkutsk və Bakı universitetlərində təhsil almışdır. == Karyerası == Qoff 2021-ci ildən "Kritika" jurnalının həmredaktorudur. Həmin il Kornell Universiteti Nəşriyyatında "Nested Nationalism" əsərini nəşr etdirmişdir. 2023-cü ildən Mayami Universitetində tarix üzrə dosentdir. O, həmçinin Havard Universitetində Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları (REEES) proqramının həmdirektorudur. == Publikasiyaları == === Məqalələr === Goff, Krista A. ""Why not love our language and our culture?" National rights and citizenship in Khrushchev's Soviet Union".
Kristal Palas FK
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.