Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Müdrik
Müdrik — müdrikliyə malik, mütəfəkkir, böyük zəka sahibi insan. Qədim Yunanıstanda "müdriklər" (sophoi) və "müdrikliyi sevənlər" (philosophoi) – filosoflar var idi. Tarixən "müdriklər"i "filosoflar" əvəz etmişdir. Karl Marks yazmışdır ki, "Sofos yunan filosofunun qarşımızda göründüyü ilk obrazdır. O, mifoloji cəhətdən yeddi müdrikdə, praktiki olaraq Sokratda və stoiklər, epikürçülər, yeni akademiklər və skeptiklər arasında ideal kimi görünür". Pifaqorçu insan anlayışına görə, müdrik öz sağlamlığına laqeyd yanaşmır. O, bədəni diqqətin ən vacib (və ya yeganə) obyekti hesab etmir, onu ruhun xeyrinə idarə edir. Müdrik psixoloji arxetiplərdən biridir.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. 1.
Pedri
Pedro Gonzalez Lopez (isp. Pedro González López; 25 noyabr 2002) — La Liqa təmsilçilərindən olan Barselona klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. Kanar adalarının, Teguestedə anadan olan Pedri, 2018-ci ildə Las Palmas'ın gənclər quruluşu olan Yuventud Laqunaya qatıldı. 15 iyul 2019-cu ilfə baş məşqçi Pepe Mel tərəfindən ilk komandaya yüksəldilən oyunçu, klubla dörd illik peşəkar müqavilə imzaladı. Pedri peşəkar debütünü 18 avqust 2019-cu ildə, yalnız 16 yaşında, Segunda çempionatında Hueskaya qarşı 0–1 ev məğlubiyyətində debüt etdi. İlk qolunu 19 sentyabrda Sportinq Xixonun qapısına yeganə qolunu vurdu. O Las Palmas tarixində qol vurmuş oyunçu kimi tarixə düşdü (16 yaş 9 ay 23 gün).
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Qudriç qəsri
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir. Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.
Qüdrət Adişov
Qüdrət Adışov
Qüdrət Axundov
Axundov Qüdrət Əli oğlu (1932, Ordubad, Naxçıvan MSSR – 1973) — fizika-riyaziyyat elmləri doktoru , pedaqoq, professor. Qüdrət Axundov 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fızika-riyaziyyat fakültəsinə gətirmişdi. Tələbəlik illərindən elmi-tədqiqat işinə böyük maraq göstərən Qüdrət Axundov SSRİ EA-nın müxbir üzvü, mərhum akademik H.B.Abdullayevin rəhbərliyi altında bir sıra yarımkeçiricilərin, o cümlədən Azərbaycanda tapılan təbii qalenit kristalların fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş və 1955-ci ildə "Bəzi yarımkeçiricilərin elektrikkeçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin tədqiqi" mövzusunda ilk elmi işini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır və laborant, kiçik elmi işçi (1955-1960) və baş elmi işçi (1960-1968) vəzifələrində çalışmış, böyük nailiyyətlər əldə etmişdir. Qüdrət Axundov 1969-1970 illərdə Azərbaycan MEA Fizika İnstitutunda "Nazik təbəqələr fızikası" laboratoriyasına rəhbərlik etmişdir. Alim tərəfındən respublikada ilk dəfə olaraq böyük praktiki əhəmiyyətə malik olan bir üsulla – yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin araşdırılmasına dair elmi-tədqiqat işləri başlanılmış və bununla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Q.Axundovun elmi fəaliyyəti əsasən A3B6 tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Bu tip yarımkeçirici birləşmələr respublikada ilk dəfə olaraq Qüdrət Axundov tərəfindən hələ 1957-ci ildə sintez edilmiş və göstərilmişdir ki, həmin kristallar laylı və zəncirvari quruluşda kristallaşır. Onun rəhbərliyi altında göstərilən kristalların elektrik, optik, fotoelektrik, lüminessensiya və kontakt xassələrinin kompleks araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müxtəlif istiqamətlərdə kimyəvi rabitənin fərqlənməsi və kristal quruluşun anizotropluğu sayəsində bu kristallarda fizıki xassələrın yüksək anizotropluğu və bir sıra maraqlı, bəzən hətta qeyri-adi sayıla bilən hadisələr müşahıdə olunur.
Qüdrət Həsənov
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003). Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı vardır. 4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.
Qüdrət Kəlbəliyev
Qüdrət Kəlbəliyev (Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu; 13 noyabr 1946, Naxçıvan) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). Qüdrət Kəlbəliyev 13 noyabr 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib. Türkiyə Cümhuriyyəti, Malatya şəhəri, İnönü Universiteti, Kimya mühəndisliyi fakültəsi, 1999–2006 illər Şöhrət ordeni — 2015. 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Келбалиев Г.И., Расулов С.Р., Гидродинамика и массоперенос в дисперсных средах. Санкт–Петербург: ХимИздат, 2014.
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Qüdrət Muğanlı
Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur. Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir. Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir. Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Qüdrət Məmmədzadə
Qüdrət Nuriyev
Qüdrət Piriyev
Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”. Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir.
Qüdrət Quliyev
Qüdrət Ramazan oğlu Quliyev (1955) — Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr naziri (1995-1997), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1992-1995), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı Qüdrət Quliyev 1955-ci il İyul ayının 6-da Bakı şəhərində doğulubdur. Atası Ramazan Nəcəfqulu oğlu 1937-ci ildə Stalin repressiyasına məruz qalmiş dövlət məmuru, anası Xanımqız Mürşüdqulu qızı evdar qadın olubdur. Orta təhsilini Bakının Nəsimi rayonunda yerləşən 44 saylı məktəbdə alıbdır. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitiribdir. Qüdrət Quliyev 18 oktyabr 1991-ci ildə III Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktına imza atan parlament üzvü, dövlət xadimidir. 1981–1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində (o dövrün siyasi hakimiyyət təşkilatında) ideologiya şöbəsinin təlimatçısı və müdiri; 1990–1991-ci illərdə Naxçıvanın erməni blokadasında olduğu zaman Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıbdır. Qüdrət Quliyev 1995-1997 illərdə Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və naziri vəzivəsində çalışıb. 24 iyun 1997-ci il tarixində Azərbaycan Respublikasının Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edildi və onların əvəzində Azərbaycan Respublikasının Ticarət Nazirliyi yaradıldı. 1997-ci ilin Avqustunda Przident Heydər Əliyev hakim Yeni Azərbaycan Partiyasında Qüdrət Quliyevə özünün birinci müavini və icra katibi vəzifələrini təklif etsə də, Qüdrət Quliyev bu təklifdən imtina etmişdi. 2019-cu ildən Amerika Birləşmiş Ştatlarında mühacirətdədir.
Qüdrət Qurbanov
Qüdrət Bəylər oğlu Qurbanov — azərbaycanlı rəssam, Beynəlxalq Rəsm Fondunun üzvü, Əməkdar İncəsənət Xadimi, müasir incəsənət üzrə professor. Qüdrət Qurbanov 1957-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Cəbrayıl rayonu, Dərzəli kəndində sadə ailədə dünyaya gəlmişdir. Ona qədər ailə və yaxınlarında heç kim rəssamlığa həvəs göstərməyib. Qüdrət Qurbanov isə doqquz yaşından boyaların sehrinə düşüb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitunda davam etdirir. Qüdrət Qurbanovun Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə 20-dən çox fərdi sərgisi keçirilib. Onun əsərləri Tretyakov qalereyası və Omsk şəhərində yerləşən Vrubel muzeyində var. Həmçinin bir çox əsərləri də şəxsi kolleksiyalarda yer alır.
Qüdrət Səlimxanov
Qüdrət Səlimxanov (tam adı: Qüdrət Əhmədbəy oğlu Səlimxanov) — 1905-ci ildə Bakı şəhərində,Fatmayı kəndində anadan olub.1981-ci ildə dünyasını dəyişib. Tibb elmləri doktoru, professor. Qüdrət Əhmədbəy oğlu Səlimxanov 1905-ci ildə Bakı şəhərində, Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsiniafli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində alır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Tibb Universitetinə daxil olur. 1928-ci ildə Azərbaycan Tibb Universitetini bitiən Qüdrət ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə alır.
Qüdrət Səmədov
Səmədov Qüdrət Aşur oğlu (4 aprel 1904, Sarvan, Cavad qəzası – 8 yanvar 1972, Salyan, Salyan rayonu) — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı. Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir. 1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb. Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib. 2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.