Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rahib
Rahib — dini mərasimləri icra edən din xadimi.Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. == İslama görə rahib == Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar. Məryəm oğlu Məsih də belədir.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Cahit Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahit Kayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Co Mahit
Co Mahit (17 iyul 1992, Port Vila) — Vanuatulu cüdoçu. Co Mahit Vanuatunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Co Mahit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Arubanın nümayəndəsi Ceyme Mata ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Məmməd Rahim
Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907, Bakı – 6 may 1977, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949). == Həyatı == Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952).
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. == Tarixi == Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar— dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmi¬lərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. == Həyatı == Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. == Həbsi və vəfatı == Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub və həmin vaxtdan Avstriyada həbsdə idi; Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib. 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.
Rahib Abbasov
Abbasov Rahib Yusif oğlu (23 fevral 1939, İrəvan – 1 dekabr 2022) — Tibb xidməti polkovniki, ali dərəcəli terapevt. Professor, “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri. "Rusiya Federasiyasının Əməkdar Həkimi" (2002). == Həyatı == Abbasov Rahib Yusif oğlu 1939-cu il fevralın 23-də İrəvanda anadan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-diaqnostika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildən Sankt-Peterburqda yaşayır.R.Abbasov tələbəlik illərində institutun yuxarı kurslarında oxumaqla bərabər, Bakıdakı kliniki xəstəxanalardan birinin terapevtik şöbəsində kiçik tibb işçisi kimi çalışıb. R.Abbasov institutu bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır və o vaxtdan, həyatının təxminən otuz ilini bu işə həsr edir. 1962-ci ildən hərbi hissələrdə tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi olub. 1967-ci ildə R.Abbasov Leninqradda S.M.Kirov adına Hərbi Tibb Akademiyasının kliniki ordinaturasına daxil olub. Ordinaturanı bitirəndən sonra 1969-1990-cı illərdə Hərbi Tibb Akademiyasının hərbi-səhra terapiyası kafedrasında baş ordinator, baş elmi işçi, müəllim, baş müəllim vəzifələrində çalışıb.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). == Bioqrafiyası == Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Rahib Babayev
Rahib Babayev (tam adı: Rahib Bəxtiyar oğlu Babayev; 19 iyun 1985, Külüs, Şahbuz rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Rahib Babayev orta məktəbi bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur. Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da həlak olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahib Bəylərov
Rahib Bəylərov — 2007-ci ildə Avropa Həvəskar Boks Assosasiyasının açıqladığı reytinq cədvəlində 75 kq çəki dərəcəsində Azərbaycan boksçuları arasında ən yüksək, ümumdünya boksçuları sırasında isə adı 2-ci yerdə olan idmançı. == Həyatı == Rahib Bəylərov 1985-ci il oktyabrın 25-i Siyəzən rayonunda anadan olub. İdmana 7 yaşından başlayıb.
Rahib Cəbrayılov
Rahib Ramil oğlu Cəbrayılov (26 dekabr 2001; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Cəbrayılov 2001-ci il dekabrın 26-sında Yevlax şəhərində anadan olub.2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub. Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin azad edilməsində savaşıb. Rahib Cəbrayılov 28 sentyabr 2020-ci il tarixində şəhid olub. Yevlaxda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rahib Fətəliyev
Rahib Pənah oğlu Fətəliyev (10 iyul 1978; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Rahib Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Fətəliyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Bolsulu qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahib Hacıismayılov
Rahib Məmmədemin oğlu Hacıismayılov (17 sentyabr 1991; Şəki, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Hacı İsmayılov 17 sentyabr 1991-ci ildə Şəkidə anadan olub. 2007-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbinin 9-cu sinfini bitirib. == Hərbi xidmətləri == Rahib Hacı-İsmayılov 2010-cu ilin əvvəlindən 2011-ci ilin aprel ayınadək Xızıda yerləşən “N” saylı xüsusi təyinatlı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Hacı-İsmayılov Tərtər Ağdərə döyüşlərində savaşıb. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rahib Hüseynov
Rahib Hüseynov (tam adı: Rahib Məmməd oğlu Hüseynov; 1939, Quba, Quba rayonu, Azərbaycan SSR, SSRİ – 12 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1939-cu il 29 noyabr tarixində Quba rayonunda anadan olmuşdur. Ticarətdə işləmişdir. 1985-ci ildə Rahibə qurama «Dövlət əmlakının mənimsənilməsi» ittihamı ilə səkkiz il iş kəsilmiş, 1988-ci ilin aprel ayında Rahib azadlığa buraxılmışdır.Ailəli olmiş, dörd qızı və dörd oğlu yadigar qalmışdır. Böyük qızı Xəyalə 1965-ci ildə, kiçik qızı Mariyə isə 1981-ci ildə anadan olmuşdur. == Qanlı Yanvar faciəsi == Hadisə fevral ayının 12-də təxminən saat 16.30 dəqiqədə Salyan kazarması istiqamətində, «Xəzər» kinoteatrının yaxınlığında olmuşdur. Həmin dövrdə Rahib Bakıya öz pasportunun dalınca gəlmişdir. Hadisə baş verən vaxt mərhumla bir maşında olmuş Rəcəb Əliyevin dedikləri: Quba şəhər qəbiristanlığında dəfn edilmişdir.
Rahib Məmmədov
Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahib Qarayev
Rahib Qarayev (Rahib Arif oğlu Qarayev; d. 1986) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş.. == Həyatı == Qarayev Rahib Arif oğlu 8 aprel, 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlamışdır. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirmişdir. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri almışdır. Onun bu sahəyə olan marağı hələ uşaqlıq illərindən yaranıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olmuş, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Rahib Quliyev
Rahib Nəriman oğlu Quliyev (d. 1989; Tovuz, Azərbaycan - ö. 10 fevral 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rahib Quliyev 1989-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. == Hərbi xidməti == Leytenant Rahib Quliyev 2016-cı ildə, fevralın 10-u Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 11-i isə Rahib Quliyev doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rahib Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.