Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Abbasov
Rəşad Abdullayev
Rəşad Abdullayev (futbolçu) — azərbaycanlı futbolçu Rəşad Abdullayev (kapitan) — kapitan, Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Rəşad Abdullin
Rəşad Mukim oğlu Abdullin (tatar. Ришат Мөкыймь улы Абдуллинç rus. Риша́т Мукимович Абду́ллин; 1 (14) mart 1916, Öskemen, Bozqır general-qubernatorluğu – 12 noyabr 1988, Almatı) — Qazaxıstan və SSRİ opera müğənnisi (bariton). SSRİ xalq artisti (1967). 1 mart 1916-cı ildə indiki Qazaxıstanın Öskemen şəhərində, tatar ailəsində anadan olmuşdur. 12 yaşından əkiz qardaşı Müslümlə birlikdə Belousovski mədənində arabaçı işləyərək atasına kömək etmişdir. 1933–1935-ci illərdə Alma-Ata Musiqi və Dram Texnikumunda, 1936–1939-cu illərdə A. İ. Vişnevski adına Moskva Konservatoriyası nəzdində Qazax studiyasında təhsil almışdır. 1939–1985-ci illərdə Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə Sov.İKP sıralarına daxil olmuşdur. 12 sentyabr 1988-ci ildə Alma-Atada vəfat etmişdir.
Rəşad Amed
Rəşad Amed (d. 24 yanvar 1975, Belaqorsk rayonu Ukrayna – 15 mart 2014, Belaqorsk rayonu Ukrayna) — Krım tatarı əsilli siyasi aktivist və xalq qəhrəmanı. 24 yanvar 1975-ci ildə Ukraynanın Belaqorsk rayonunda dünyaya gəlmişdir. 15 mart 2014-cü ildə Rəşad Amedin cəsədi polislər tərəfindən Krım paytaxtının 60 kilometr şərqində, Belaqorsk rayonunun Zemlianiçne kəndi yaxınlığındakı bir meşədə tapılmışdır. 18 mart 2014-cü ildə Simferopol şəhərindəki Abdalı müsəlman qəbiristanlığında dəfn edilmişdir. Rəşad Amed 3 mart 2014-cü ildə yalnız başına Krımın işğalına görə rus birliklərinə qarşı etiraz nümayişi başlatdı. Simferopol şəhərindəki Lenin meydanında Krım Nazirlər Şurası qarşısında etdiyi etiraz zamanı Krımın özünümüdafiə dəstələrinə aid hərbi geyim daşıyan 3 naməlum şəxs qaçırılmışdır. Ölümündən 3 il sonra 18 may 2017-ci ildə Ukrayna Qəhrəmanı Qızıl Ulduz ordeni verilməsi qərara alındı.
Rəşad Aslanov
Rəşad Fəxrəddin oğlu Aslanov (1977) — Azərbaycanlı diplomat. Azərbaycanın Argentinada, Boliviyada, Uruqvayda (2016–2022), Paraqvayda və Çilidə (2017–2022) olan fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri. Rəşad Aslanov 1977-ci ildə anadan olub. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Rəşad Atakişiyev
Rəşad Saləddin oğlu Atakişiyev (7 yanvar 1985, Pravda, Şamxor rayonu – 24 iyul 2019, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu. Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Rəşad Ağayev
Rəşad Ağayev (2 iyul 2000, Bakı – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəşad Ağayev 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad, Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib. Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 16 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Biləcəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Rəşad Babayev
Rəşad Babayev (şahmatçı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Rəşad Babayev (gizir) (04.06.1992 – 2020) — Vətən müharibəsi şəhidi. Rəşad Babayev (əsgər) (15.03.1999 – 2020) — Vətən müharibəsi şəhidi.
Rəşad Budaqov
Rəşad Ramiz oğlu Budaqov (13 mart 1986, Yevlax – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı). Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Rəşad Cavadov
Rəşad Cəfərzadə
Rəşad Dağlı
Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı. Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb. 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib. 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. 2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Rəşad Eyvazov
Rəşad Babək oğlu Eyvazov (20 iyul 2002; Pəlikəş, Astara rayonu, Azərbaycan – 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəşad Eyvazov 20 iyul 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Eyvazov 19 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı şəhid olub. Astara rayonu Pəlikəş kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Eyyubov
Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; d. 3 dekabr 1992, Sumqayıt, Azərbaycan) — azərbaycanlı futbolçu; "Füzuli" futbol klubunun yarımmüdafiəçisi. Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb. Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi. Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir. Odessa futbol məktəbinin yetirməsidir. Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub. 2002-2008-ci illərdə "Çernomorets" (Odessa), 2008-2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009-2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.
Rəşad Haşımov
Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur. A.Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir. 1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir. 1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir. 1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir. "Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur. 2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.
Rəşad Həsənli
Rəşad Yaşar oğlu Həsənli (29 mart 1997; Saatlı, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəşad Həsənli 1997-ci il martın 29-da Saatlı şəhərinində anadan olub. Azərbaycan Ordusunun giziri olan Rəşad Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Həsənli oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Həsənov
Həsənov Rəşad Zeynalabdin oğlu — NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin (2012 Sentyabr - 2013 Sentyabr) üzvü, 2013-2016 illərdə siyasi və vicdan məhbusu. Rəşad Həsənov 2 may 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran Özəl Türk Liseyində alan Rəşad, bu illərdə Fənn olimpiadalarının respublika turunda iştirak edərək riyaziyyat üzrə qızıl medal və fəxri mükafat alıb, liseyi fərqlənmə diplomu (qırmızı) ilə bitirib. Universitet təhsilini Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) alan Rəşad Həsənov təhsil aldığı illərdə universitetdə azərbaycanlılardan ibarət futbol komandası qurub. Rəhbərlik etdiyi komanda qurulduğu ilk tədris ilində (2008-2009) bürünc medal, növbəti ildə isə qızıl medala layiq görülüb. Bundan əlavə Rəşad Həsənov 2008-2009-cu illərdə 100-dən çox üzvü olan ODTÜ Azərbaycanlı tələbələr cəmiyyətinə rəhbərlik edib, 2009-2010-cu illərdə 300-dən çox üzvü olan Azərbaycanlı Tələbələr və Məzunlar Assosiasiyasının vitse-prezidenti olub. 2010-cu ilin avqustunda ODTÜ-dən məzun olarkən Rəşad Nottinqham universitetinin “Beynəlxalq təhlükəsizlik və terrorizm” üzrə magistratura proqramına qəbul olmuş, lakin Azərbaycan Təhsil Nazirliyi “Azərbaycan gənclərinin xaricdə təhsili- 2007-2015-ci illər” dövlət proqramı üzrə onun təhsilini maliyyələşdirməkdən imtina edib. 2010-cu il Azərbaycanda Parlament seçkiləri keçirilərkən Rəşad Həsənov seçkilərdə gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak edərək seçki kampaniyasının 100-dən çox könüllüsünü koordinasiya edib. 2010-cu il noyabrın 10-da 35-dən çox könüllünün Müsbət Dəyişiklik gənclər hərəkatın təsis olunub, Rəşad Həsənov 2011-ci ilin mart ayından və 2012-ci ilin mayına qədər 2(iki) dəfə hərəkatın idarə heyətinə seçilib və hərəkatın üzvü olan siyasi məhbus Bəxtiyar Hacıyev üçün yaradılan “Bəxtiyara dəstək” kampaniyasında aktiv iştirak edib. Rəşad Həsənov 2011-ci ildə 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13- mülkiyyət” alt komitəsinin rəhbəri olub.
Rəşad Kazımov
Rəşad Nüsrət oğlu Kazımov (21 dekabr 1989; Bala Bəhmənli, Füzuli rayonu, Azərbaycan — 25 oktyabr 2020; Yuxarı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəşad Kazımov 21 dekabr 1989-cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Ailəli idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sonuncu dəfə ailəsi ilə 24 oktyabr tarixində əlaqə saxlayan Rəşad Kazımov 1 gün sonra, 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəşad Kərimov
Rəşad Kərimov (2 aprel 1986-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Kərimov 2006–07 Azərbaycan Kuboku mövsümündə Xəzər-Lənkəran klubu ilə MKT Araz klubuna qarşı oyunda 90-cı dəqiqədə qələbə qolunun müəllifi olmuşdur.
Rəşad Kəsəmənli
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Mafusov
Rəşad Məcnun oğlu Mafusov (24 avqust, 1977; Bakı, Azərbaycan SSR) – Azərbaycan dövlət xadimi. O, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini (2018–2022) olmuşdur. Rəşad Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi — Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb. Əmək fəaliyyətinə 1998-ci ildə "Azəriqaz" QSC-də başlayıb. 2004–2006-cı illərdə "Azərnəqliyyatbank" ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006–2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi"nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013–2015-ci illərdə Nazirliyin "Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması" komissiyasına rəhbərlik edib. 2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb.
Rəşad Mahmudov
Rəşad Məmmədqulu oğlu Mahmudov (18 yanvar 1974, Astara) — millət vəkili, Milli Məclisinin VI çağırış deputati, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi (2014). Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. 1980–1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxumuşdur. 1991–1997-ci illərdə 9 Eylül Universitetinin Tibb fakültəsində ali təhsil almışdır. 1997–2003-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxumuşdur. 2003-cü ildə Türkiyə Respublikası Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi, 2007–2015-ci illərdə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır. 1997–2004-cü illərdə Türkiyə Respublikası "Ege Universiteti"nin ürək-damar cərrahiyəsi mərkəzində, 2004–2005-ci illərdə isə Türkiyə Respublikası Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir. 2005–2017-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017–2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2018-ci ildən hal-hazıra qədər Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.
Rəşad Mehdiyev
Rəşad Mehdiyev (rəssam) — Azərbaycan rəssamı. Rəşad Mehdiyev (rejissor) — Azərbaycan rejissoru. Rəşad Mehdiyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəşad Mehdiyev (rəssam)
Rəşad Rafiq oğlu Mehdiyev (1 noyabr 1968, Bakı) – Azərbaycan Respublikasının əməkdar rəssamı (2015), Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012), sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). Rəşad Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Təhsilini tamamladıqdan sonra bir müddət Moskvada yaşamış, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunundan məzun olmuşdur. 1991-ci ildə Memar Sinan İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 2008-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. Xalq rəssamı Rafiq Mehdiyevin oğludur. 1987 – Azərbaycanın gənc rəssamlarının sərgisi,"BAC", Bakı 1990 – "BAC"ın fərdi təqdimatı, Bakı 1991 – "Trio", Gənc rəssamlar, İstanbul 1993 – "İdeal", şəkil, təqdimat, manej, Sankt-Peterburq 1995 – "Vanguard moda" festivalı, Tbilisi 1996 – Personal təqdimat "BAC", Bakı 1997 – "Avanqard hərəkatı", Bakı 1999 – Fərdi təqdimat "Maxim qalereyası", Bakı 2002 – Fərdi təqdimat "Lang Gallery", Vyana 2002 – Beynəlxalq Simpozium laureatı "Turksoy", İstanbul 2002 – "Venedik Desing" Art qalereyasının şəxsi sərgisi, Venesiya 2005 – Azərbaycan rəssamlarının sərgisi, Rusiyada Azərbaycan mədəniyyəti günləri, Moskva 2005 — Azərbaycan rəssamlarının sərgisi, Şaul 2006 – Vyana-Porchia sarayında fərdi təqdimat 2006 – U. N. O-da fərdi sərgi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir. 2008 – Rəsmin annotasiyası.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Neysan
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Remşayd
Remşayd (alm. Remscheid‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 74.6 km2, əhalisi 108 955 nəfərdir (2013).
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Ruysat
Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir. Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).