Rəşad Zeynallı
Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi.
Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar.
Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub.
ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ:
Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu.
Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....