Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deport
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Report İnformasiya Agentliyi
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Basqal Resort & Spa
U.S. News & World Report
U.S. News & World Report — Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda dərc edilən xəbər jurnalı. Həftəlik dərc olunur və ümumiyyətlə, siyasət, təhsil, yeni hadisələr və iqtisadi hadisələr ilə bağlı xəbərlər yayımlanır. ABŞ-dakı universitetlər ilə bağlı dərc etdiyi reytinqlər ilə məşhurdur.
Raport veririk (film, 1930)
Tammetrajlı filmdə Azərbaycan zəhmətkeşlərinin əmək cəbhəsindən verdikləri raportlar lentə alınmışdır. Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 4239. Filmdə diktor mətni yoxdur. Hadisələr yalnız musiqi ilə müşayiət olunur. Ssenari müəllifi: Seytrul Operator: İvan Manakov Səs operatoru: M.Murov ????: Qriqori Braginski ????: Camal İsmixanov ????: Daşdəmirov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Reportaj
Reportaj - bir televiziya və jurnalistika qoludur. İngilis dilindən tərcümədə "to report" yəni "məlumat vermək" deməkdir. Mark Tven psevdanimi ilə məşhurlaşmış Semuyel Klemens öz bədii yaradıcılığına gündəlik reportaj hazırlamaqla başlamışdı. O şəxsən şahidi olduğu hadisələr haqda yazırdı. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırırlar. Reportaj jurnalistikanın bir janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə hekayəsidir. Repartyor üçün əsas hamıdan birinci hadisə haqqında məlumat çatdırmaqdır. Reportaj təkcə faktların sadalanması deyil həmçinin şəxsi analiz deməkdir. Xüsusi ilə informasiyanın operativliyi və həqiqiliyi vacibdir.
İmport
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
III Rupert
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. == İlk illəri == Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub. Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi.
Qordon Alport
Qordon Alport (11 noyabr 1897[…], Montezuma[d], İndiana – 9 oktyabr 1967[…], Kembric, Massaçusets) — Amerika psixoloqu. 11 noyabr 1897-ci ildə doğulmuşdur. Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Ümumi psixologiya.
Rupert Qrint
Rupert Aleksandr Lloyd Qrint (ing. Rupert Alexander Lloyd Grint) — Böyük Britaniya aktyoru. Rupert Qrint 24 avqust 1988 ci ildə İngiltərədə anadan olub. Hal hazırda 31 yaşındadır. Harri Potter filmində rol almazdan əvvəl teatrdə səhnə alıb.Yazıçı Coan Roulinqin əsərləri üzrə çəkilmiş Harri Potter haqqında filmlərdə Ron Uizli rolunda çəkildikdən sonra daha da məşhurlaşmışdır. Rupert Qrintin baş rolda oynadığı film isə 2002 ci ildə komedia filmi Thunderpands oldu. Harri Potter film ardıcıllığı belədir. Harri Potter və Fəlsəfə Daşı, Harri Potter və Sirlər Otağı, Harri Potter və Azkaban Məhbusu, Harri Potter və Simurq Ordeni, Harri Potter və Yarımqan Prins, Harri Potter və Ölüm Hədiyyələri I Hissə və son olaraq Harri Potter və Ölüm Hədiyyələri II Hissə olmuşdur.
Stradivari Duport
Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb. Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər. 1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.
Toronto Reptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Rixard Rapport
Rixard Rapport (25 mart 1996, Sombatxey) – Macarıstan əsilli şahmat qrosmeysteridir . Rumıniyanı beynəlxalq şahmat yarışlarında təmsil edir. Şahmat vunderkindisi o , 13 yaş, 11 ay və altı gündə qrosmeyster titulunu qazanaraq onu Macarıstanın ən gənc qrosmeysterinə çevirdi. O, 2017-ci il Macarıstan Şahmat Çempionu olub və 2022-ci ilin may ayından etibarən dünyanın beşinci reytinqli oyunçusu olub. Rapport, Szombathelydə , hər iki iqtisadçı Tamás Rapport və Erzsébet Mórocz ailəsində anadan olub . Şahmatı dörd yaşında atasından öyrənib. 2006-cı ildə 10 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub. Rapport 2008-ci ildə Milli Master titulunu qazandı və gələn il Beynəlxalq Master oldu. 2010-cu ilin mart ayında Szentgotthárdda Gotth'Art Kupada o, Qrosmeyster titulu üçün son norma və reytinq tələblərini yerinə yetirdi. 2006-cı ildə 10 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.
Alport sindromu
Alport sindromu – qlomerulonefrit, ağır eşitmə, gözün zədələnməsi ilə gedən BT baryer anadangəlmə xəstəliyidir.
The Record
The Record — ABŞ indi-rok superqrupu Boygenius-un debüt studiya albomu. 31 mart 2023-cü ildə Interscope Records tərəfindən buraxılıb.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. == Həyatı == Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur. Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.