Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Ruh-şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh (film)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). == Saundtrek == The Righteous Brothers — "Unchained Melody". == Maraqlı faktlar == Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Ruh Festivalı
Ruh festivalı və ya Jonqyuan festivalı (ənənəvi Çin dili: 中元節; sadələşdirilmiş Çin dili: 中元节), Buddizmdə Yulanpen Festivalı (ənənəvi Çin dili: 盂蘭盆 節; sadələşdirilmiş Çin dili: 盂兰盆 节) olaraq tanınır. Bu, müəyyən Şərqi Asiya ölkələrində təşkil edilən ənənəvi bir Daoizm və Buddist festivalıdır. Çin təqviminə görə , Ruh Festivalı yeddinci ayın 15-ci gecəsidir.Çin mədəniyyətində, ay təqvimində yeddinci ayın on beşinci günü Ruh Günü adlanır və ümumiyyətlə yeddinci ay Ruh Ayı (鬼 月) olaraq qəbul edilmişdir və bu ayda ölmüş əcdadları da daxil olmaqla ruhların yer üzünə çıxdığına inanılır. Həm Qingming Fetivalından (ya da Yazda Məzar Süpürmə Günü) həm də yaşayan nəsillərin ölmüş əcdadlarına hörmət göstərdikləri Qoşa Doqquzuncu Festivaldan (payızda) fərqli olaraq, Ruh Festivalı zamanı mərhumların diriləri ziyarət etdiyinə inanılır. On beşinci gündə Cənnət və Cəhənnəm aləmləri və canlılar aləmi açıqdır və həm Taocular, həm də Buddistlər mərhumun əzablarını dəyişdirmək və bağışlamaq üçün ayinlər edərdilər. Ay ərzində fəaliyyətlərə ritualist qida hazırlamaq, tüstü yandırmaq və joss kağızı yandırmaq daxildir. Mükəmməl yeməklər (tez-tez vegterian yeməklər), ailədəki ölənlərin hər biri üçün boş yerlərə qoyularaq ölənləri hələ yaşadıqları kimi qəbul edərdilər. == Müşahidə == Ruh Festivalı Çin təqviminin yeddinci ayında keçirilir. Bu tarix həm yeni fəsil, payız məhsulu, Buddist rahibə zahidliyinin zirvəsi, əcdadların yenidən doğulması və yerli icmanın məclisi ilə eyni vaxtda düşür.Bu ay ərzində cəhənnəmin qapıları açılır və ruhlar yemək və əyləncə axtardıqları yer üzündə sərbəst gəzirlər. Ailə üzvləri vəfat etmiş qohumlarına dua edir, yemək yeyir və içir, cəhənnəm qeydlərini və digər zarafat kağızlarını yandırır.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. == Mövzu == Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Ruh bulanıqlığı
Ruh şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh Əkizi
Ruh əkizi (ing. soulmate) — sosiologiya sahəsinə daxil olan, şəxsin başqa bir şəxsə qarşı hiss etdiyi xüsusi bir hissi ifadə etmək üçün işlədilən termindir. Bu hissə eşq, romans, dostluq, seksuallıq, ehtiras, güclü inam və s. aid edilə bilər.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Müstəqil Ruh mükafatı
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Müstəqil ruh (mükafat)

Ruh-bədən problemi
Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur.
Ruh (animasiya, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. == İstehsal == "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Ruh (film, 1990)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). == Saundtrek == The Righteous Brothers — "Unchained Melody". == Maraqlı faktlar == Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Şəkildəki ruh (2008)
Şəkildəki ruh (ing. Shutter) — amerikan qorxu filmi. 2004-cü ildə çəkilmiş eyniadlı tayland filmi əsasında çəkilmişdir. == Mövzusu == Gələcək vəd edən iş fürsəti üçün Yaponiyaya yenicə köçmüş yeni evli cütlük — Ben və Ceyndən bəhs edilir. İlk öncə elə görünür ki, Ceyn bilmədən gənc bir qızı maşını ilə öldürür. Maşın ağaca çırpılır, Ben və Ceyn huşlarını itirir. Ayılandan sonra isə yolda heç kəsi görmürlər. Sonrakı gedişatda çəkilən bir çox şəkillərdə ağ ləkə düşür. Ceyn elə düşünür ki, bu, ölən qızın ruhudur. Ancaq Ben buna inanmaq istəmir.
Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi. == Əməliyyat == Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır.ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir. "Ghost Tape Number Ten" adlandırılan lent Vyetkonq fəaliyyətinin olduğu ərazilərdə, ümumiyyətlə, gecələr səsucaldanlarda səsləndirilirdi.
Ruh (film, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. == İstehsal == "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Rsh
Rsh (Remote Shell) - terminal vasitəsi ilə uzaqdakı (remote) komputeri idarə etmək üçün alət. TCP protokolundan və 514-cü portdan istifadə edir. Əsas mənfi cəhəti, təhlükəsiz olmamısıdır. Çünki şəbəkədən məlumatı şifrələnməmiş halda göndərir. == Xarici keçidlər == rsh - remote shell Arxivləşdirilib 2004-12-05 at the Wayback Machine - rsh Bələdçi səhifəsi.
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. == Həyatı == 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb.Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. == Rud klassiklərin əsrlərində == Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat. Bəlkə, rudun səsi axar çay kimi Dincəltsin susamış yanar qəlbimi.Əbdülqədir Marağayi risaləsində rud barədə yazır: "Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Sıх dovşanalması
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi