Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Jakman ağəsməsi
Jakman ağəsməsi (lat. Clematis jackmanii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3–5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10–14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda — sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Mixail Salman
Mixail Salman (ivr. ‏מיכאיל סלמאן‏‎) — Azərbaycanda doğulmuş yəhudi əsilli şair. Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvüdür. Şair 1990-cı ildən İsraildə yaşayır. Mixail Salman 1950-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir. O yaradıcılığa erkən yaşlarından başlayıb. Müxtəlif qəzet və jurnallarda, o cümlədən “Ədəbi Azərbaycan”da çap olunub. Öz təbirincə desək, “həyatımın çox hissəsi, ən gözəl xatirələrim, ümidlərim Bakı ilə bağlıdır – uşaqlıq, gənclik, yetkinlik, ilk məhəbbət şəhəri... Bəlkə də poeziyam böyük ölçüdə vətənə daha yaxın olmaq istəyi ilə bağlıdır".
Salman Baxşıyev
Salman Bayramov
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Dadaşov
Salman Yusif oğlu Dadaşov (20 iyun 1922 – 20 sentyabr 1986) — Azərbaycan aktyoru, rejissor. Salman Dadaşov 20 iyun 1922-ci ildə anadan olmuşdur. 1942-ci ildə Azəf Zeynallı adına Musiqi məktəbini, 1951-ci ildə ADİİ-ni (indiki ADMİU), 1954-cü ildə isə LDTK və Kİ-ni bitirmişdir. Əmək fəaliyyətinə 1939-cu ildə başlayaraq müxtəlif mədəniyyət qurumlarında çalışıb. Ailədə üç qardaş olublar. Qardaşlardan böyüyü olan Salman Dadaşov əvvəllər aktyor kimi çalışıb. Bəzi filmlərdə çəkilib. "Onun böyük ürəyi" filmində Oqtay rolunu ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub. Aktyor Məlik Dadaşovun qardaşı və Rəfael Dadaşovun əmisidir.
Salman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər dövləti – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Salman Hüseynov
Salman Hüseynov (tam adı: Salman Hüseyn oğlu Hüseynov; d. 4 aprel 1901 — İsfahan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Salman Hüseynov 1917-ci ildə Tiflisdəki İ.M.Maçaidze gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Firtsburq İnstitutuna göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanh tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Salman Musayev
Salman Musa oğlu Musayev (1958, Hamamlı, Dmanisi rayonu) — Qafqaz müsəlmanlarının XI Müftisi. 1958-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində doğulub. 1982-ci ildə Daşkənd İslam Universitetini bitirib. 1984–1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin ilahiyyat fakültəsində təhsil alıb. 1986-cı ildən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti vəzifəsindədir. 2002-ci ildə Gürcüstan Respublikasının "Şərəf" Ordeni ilə təltif olunub. Müfti Hacı Salman Musa oğlu Musayev 1958-ci ildə Gürcüstanın Dumanisi rayonunun Hamamlı kəndində fəhlə aləsində anadan olub. Özbəkistanın Buxara şəhərindəki Mir Ərəb mədrəsəsini, Daşkənd İslam İnistutunu və Liviyadakı İslam Çağırışı Universitetini bitirib. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində referant vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.
Salman Mümtaz
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov‎; 20 may 1884, Nuxa – 6 sentyabr 1941, Oryol) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932). Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi. Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Salman Raduyev
Salman Raduyev (13 fevral 1967, Qudermes, Çeçen-İnquş MSSR – 14 dekabr 2002) — İçkeriya hərbi lideri, Birinci Çeçenistan müharibəsinin və İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsində ən məşhur çeçen səhra komandirlərindən biri, Çeçen ordusunun briqada generalı (1997-ci ilə qədər), Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrinin Şimal-Şərq Cəbhəsinin komandiri (1994-cü ilin noyabrı — 1996-cı ilin iyunu), Rusiya Federasiyası ərazisində bir sıra səs-küylü terror aktlarının təşkilatçısı. O, ögey əmisi oğlu Cövhər Dudayevin qızı ilə evlənmişdi. Rusiyada terrorçu elan edilmiş, 2000-ci ildə həbs edilərək və terrorçuluqda təqsirli bilinmişdir. "Belıy lebed" koloniyasında (Solikamsk) vəfat etmişdir. 13 fevral 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes şəhərində anadan olmuşdur. O, 4 saylı şəhər orta məktəbdə oxumuş, öz ifadəsinə görə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra 1985-ci ilin martından doğma Qudermesdə şəhər icra hakimiyyətinin tikinti briqadasında suvaqçı işləyir. SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olarkən Sovet İttifaqı Kommunist Partiyası (iyul 1987) sıralarına daxil olmuşdur. Raduyev ehtiyata buraxıldıqdan sonra 24 saylı Peşə texnikumunda qaz qaynağı ustası kimi qəbul olunur; müəssisədə eyni vaxtda Çeçen-İnquş respublika komsomol komitəsinin üzvü olur. Komsomol işində o, özünü müsbət tərəfdən göstərmişdir.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Rüşdü
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Salman Savəci
Salman Savəci və ya Səlman Savəci (fars. خواجه جمال‌الدین سلمان بن خواجه علاءالدین‌محمد‎) (təx. 1300-1377) — İran şairi. Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur. Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir.
Salman Vilayətoğlu
Salman Vilayətoğlu (azərb. Salmanov Salman Vilayət oğlu‎; 14 fevral 1962, Əzizli, Basarkeçər rayonu – 30 aprel 2009, Bakı) — publisist, jurnalist, psixoanalitik, "Dövran" qəzetinin baş redaktoru, "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru. Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1982–1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan "Xrompik" İB-nin konstruktor bürosunda çalışıb, 1983–1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub. Mətbuatda ilk yazısı 1978-ci ildə çap olunub. 1985-ci ildən 1989-cu ilin yanvar ayınadək İrəvanda, Ermənistan SSR Ali Sovetinin və Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir.
Salman Xan
Salman Xan (ing. Salman Khan; 27 dekabr 1965, İndore, Madhya-Pradeş) — məşhur Hindistan aktyoru və teleaparıcısı. Atası — Səlim Xan, anası — Salma Xan, ögey anası — Helen, bacıları — Alvira və Arpita, qardaşları — Arbaaz və Soheyl. Radhe (film, 2021) Bajrangi qardaş (film, 2015) Zərbə / Kick (film,2014) Uzun qələbə! / Jai ho! (film,2014) Parisdə məhəbbət (film, 2013) Cəsur Veer (2008) (pre production) Main Aur Mrs. Khanna (announced) Yuvraj (2008) (under production) Heroes (2008) (post production) Wanted Dead And Alive (2008) (post production) Amar Akbar Anthony Remake (2008) (unconfirmed) Hello (2008) (under production) London Dreams (2008) (on hold) God Tussi Great Ho (2008) (under production) Om Şanti Om (film, 2007) / Om Shanti Om Saawariya (2007) .... Imaan Marigold: An Adventure in India (2007) .... Prem Partner (2007) .... Prem Salaam-E-Ishq (2007) ....
Salman Zeynalov
Salman İbrahimov
Salman İbrahimov — azərbaycanlı futbolçu. Salman İbrahimov 10 yaşında Qaraçuxur qəsəbəsinin Qum Adası futbol stadionunun uşaq futbol bölməsində futbol oynamağı öyrənməyə başlayıb. İlk məşqçisi Fuad Tağızadə olub. Qəbələ Futbol Akademiyasında da təhsil alıb.
Salman Əlizadə
Salman Əlizadə (1 dekabr 1993; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu. Salman Əlizadə 1993-cü il dekabrın 1-də Bakı şəhərində anadan olub. Salman Əlizadə 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi. Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Salman Əlizadə 2011-ci ildə Avropa Çempionatının qalibi olub. 2 il sonra isə Salman Əlizadə Belarusda baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Salman Əlizadə 2016-cı ildən İstanbul şəhərində yaşayır.