Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Sial
Sial — Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində Anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Saybu Swag
Saybu Swag (əsl adı: Səbuhi Məcnunlu; 30 mart 1991, Razin) — azərbaycanlı reper. == Həyatı == === Erkən illəri === İlk mahnıları 2014-2015-ci illərdə işıq üzü görüb. İlk rəsmi musiqi videosu youtube-da 100.000-dən çox baxış toplayan "PSYCHO" adlı mahnısını olmuşdur. 5 aydan sonra o, hal-hazırda youtube-da 115.000+ baxış toplayan "Asta Dur" adlı mahnısını da buraxdı. 2016-cı ildə Orxan Qarabasma ilə tanışmışdır. Həmin il onlar bir layihə üzərində əməkdaşlıq etdilər. Hal-hazırda YouTube-da 1.000.000-dan çox baxış toplayan əməkdaşlıq çox uğurlu oldu. “Qruz Brat” onun karyerasının ən uğurlu layihələrindən biri oldu. === Sonraki illər === 2020-ci ildə o, Pasterin "BINA" adlı albomunda yer almışdır. 2022-ci ildə Azərbaycanda keçiriləcək rep festivalına dəvət almışdır.
Siam körfəzi
Siam körfəzi (bəzən: Tailand körfəzi; tay อ่าวไทย) Sakit okean və Cənubi Çin dənizinin bir hissəsidi. Qərb və şimalda Taylandın, cənub-qərbdə Malayziyanın, şərqdə Kamboca və Vyetnamın sahillərini yuyur. Balığçılıq və turizm əhəmiyyətli yerlərdən hesab edilir, həmçinin burada qaz və neft yatağları mövcuddur. Burada yerləşən Pxanqan adasında hər ay dünyanın hər yanından özünə minlərcə turistləri cəlb edən “Full Moon Party” (Bədir Partisi) adlı əyləncə gecəsi keçirilir == Coğrafiyası == Körfəz Hind-Çin yarımadasının şərqini Malakka yarımadasından ayırır. Sahil xətti şərqdən Vyetnamda yerləşən Kamau burnundan başlayır və cənub-qərbdə Malayziya şəhəri Kota-Baruda qurtarır. Cənub-şərq tərəfdən Siam körfəzi Cənubi-Çin dənizinə keçir, onun ümumi sahəsi isə təxminən 600×500 km (320 000 km² yaxın) təşkil edir. Siam körfəzinin ən şimal nöqtəsində Banqkok buxtası yaranıb, hansına ki Çaupxraya çayı tökülür. Əhəmiyyətli çaylardan biri də mənsəbi Surat Thani şəhərində yerləşən Tapi çayıdı. Çaupxraya çayının sedimentasiyasının (çökmə) davam etməsi mərkəzi Tailand sahilin daha da çox cənuba doğru irələməsinin səbəbidi. Suyun dərinliyi sahildən 10 metrdən 20 metrə qədər olan məsafədə cəmi 11 metr təşkil edir.
Siam timsahı
Siyam timsahı (lat. Crocodylus siamensis) — əsl timsahlar sinfinin bir nümayəndəsi, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində yaşayır. == Görünüşü == Əksər yetkinlərin uzunluğu 3 m-dən, maksimum 4 m-dən çox deyil. Daraqlı timsahlarla hibridlər daha böyük olur. Gənc siyam timsahları açıq rəngli daraqlı timsahlara bənzəyir. Böyüklər daha geniş bir sifətə və boynundakı pulcuqların bir az fərqli bir düzülüşünə sahibdirlər. == Həyat tərzi == Kamboca, İndoneziya, Malayziya, Laos, Myanma, Vyetnam, Tayland və Kalimantan adasında yaşayır. Bataqlıqlarda, yavaş axan çaylarda və göllərin sahillərində yaşamağı üstün tuturlar. Qidasının əsası balıq, eyni zamanda suda quruda yaşayanlar, sürünənlər və kiçik məməlilər təşkil edir. Yetkinlinliyə 10 yaşında çatır.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. == Filmləri == == İstinadlar == == Mənbə == КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine == Xarici keçidlər == Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. == Tarixi == Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
İsaq Məmmədov
İsaq Mustafa oğlu Məmmədov (24 mart 1925, Qaracallı, Qubadlı rayonu – 8 sentyabr 2011) — tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi", tarixçi. Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru (1978–1984). == Həyatı == İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində tanınmış təsərrüfatçı Mustafa kişinin ailəsində anadan olmuşdur. Bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi repressiyanın qurbanı olmuşdur. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdi. == Elmi fəaliyyəti == İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdı. İsaq Məmmədov 1977–1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978–1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.
İsaq Novruzov
İsaq Opoku
İsaq Opoku (1 sentyabr 1975) — Qananı təmsil edən stolüstü tennisçi. == Karyerası == İsaq Opoku Qananı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
İsaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). == Həyatı == İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir == Ailəsi == Ai ləlidir. 1 qızı və 3 oğlu var. == Fəaliyyəti və yaradıcılığı == İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.
Şaiq Bəşirov
Bəşirov Şaiq — Qarabağ müharibəsi şəhidi. 1974-cü il sentyabr ayının 26-da anadan olmuşdur. 1981-1991-ci illərdə Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbdə təhsil almışdır. Sənaye və qeyri-sənaye texnikumunu bitirmişdir. === Hərbi illəri === 26 sentyabr 1992-ci ildə hərbiyə çağırılmışdır. Şaiq Bəşirov 1993-cü ildə aprel ayının 3-də Laçın rayonu uğrunda gedən döyüşdə mühasirədə qalmış əsgər yoldaşlarına çörək və silah-sursat gətirərkən snayper ilə vurularaq dünyasını dəyişmişdir.
Şaiq Cavadzadə
Şaiq Faiq oğlu Cavadzadə (28 noyabr 1995 — 4 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Azərbaycan Respublikasının Ağsu rayonunda anadan oldu. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamladı. 2014-cü ildə hərbi xidmətini başa vurdu. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şaiq Cavadzadə oktyabrın 4-də şəhid olub. Ağsu şəhərində dəfn olunub.
Şaiq Həmidov
Həmidov Şaiq Məmməd oğlu — Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin] == Həyatı == 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir. 08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Şaiq Kəlbiyev
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Mirzəyev
Mirzəyev Şaiq Səyyad oğlu Hüquq elmləri üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. == Bioqrafiya == 2 avqust 1976–ci ildə Ağsu rayonunda anadan olmuşdur. Ailəlidir. 2 övladı var. == Təhsili == Şaiq Mirzəyev 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə həmin universitetin Mülki hüquq üzrə magistratura pilləsini bitirmiş, 2007-ci ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. == Fəaliyyəti == Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının İxtisas Komissiyasının üzvüdür. Bundan başqa, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutunun üzvüdür. 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu ildən etibarən təsis etdiyi “Mirzayev and Partners Legal Firm” adlı hüquq şirkətini təsis edib və ona rəhbərlik edir.
Şaiq Məmmədov
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Şaiq Məmmədoğlu
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.