Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dmitri
Dmitri — Rus kişi adı. Dmitri Yazov — Sovet İttifaqı Marşalı Dmitri Medvedyev — Rusiya dövlət və siyasi xadimi Dmitri Mendeleyev — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik Dmitri Şostakoviç — görkəmli sovet — rus bəstəkarı, pianoçusu Dmitri Ustinov — SSRİ siyasi və hərbi xadimi. Dmitri Arakişvili — gürcü bəstəkarı, musiqişünas-etnoqraf, ictimai xadim. Dmitri Klimoviç — Belarus futbolçusu. Dmitri Yeqorov — Rusiya və Sovet riyaziyyatçısı; Dmitri Çelyandnik — Dmitri Orlov — Aktyor. Dmitri Karakozov — Rus inqilabçısı Dmitri Kantemir — Rusiya və Moldov dövlət xadimi.
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Saori
Saori — Yapon adı. Saori Yoşida — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Naqamine — Yaponiyalı oxatan. Saori Arimaçi — Yaponiya qadın futbolçusu. Saori Ariyoşi — Yaponiya qadın futbolçusu.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
Dmitri Abramoviç
Dmitri İvanoviç Abramoviç (rus. Дми́трий Ива́нович Абрамо́вич; 26 iyul (7 avqust) 1873, 7 avqust 1873, 2 sentyabr 1873 və ya 26 iyun 1873, Xulevka[d] – 4 mart 1955, Vilnüs) — Rusiya alimi, rus ədəbiyyatı üzrə tarixçi, filoloq, slavyanşünas, paleoqraf və mənbə mütəxəssisi. Abramoviç 1921-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. O, qədim rus ədəbiyyatı abidələri haqqında elmi nəşrlər hazırlamış, XIX əsr rus ədəbiyyatına, rus-ukrayna ədəbi əlaqələrinin problemlərinə dair əsərlər yazmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Абрамович, ДмитрийИванович // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Dmitri Andreykin
Dmitri Vladimiroviç Andreykin (rus. Дмитрий Владимирович Андрейкин, 5 fevral 1990, Ryazan, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2007). 2010-cu il gənclər arasında Dünya Çempionatının qalibidir. 2011-ci ildə Baku Open turnirində 2–3-cü yerləri bölüşdürmüşdür. 2012-ci ilin avqustunda Andreykin Moskvada keçirilən 65-ci Rusiya Çempionatının qalibi olmuşdur. 2013-cü ilin iyununda Mixail Talın Xatirə turnirində Andreykin ən aşağı əmsallı oyunçu idi, lakin yarış boyu səkkiz heç-heçə etməsi və Vladimir Kramniki məğlub etməsi ilə üçüncü yeri bölüşdürdü. 2013-cü ildə Norveçdə keçirilmiş Dünya Kubokunda Andreykin Vladimir Kramnikə məğlub olaraq ikinci oldu. Bu nəticə ilə o, 2014-cü il Namizədlər turnirinə vəsiqə aldı. 2014-cü il oktyabr-noyabr aylarında Daşkənddə keçirilən FİDE Qran-Pri turnirində o, 2852 performans ilə yarışın qalibi oldu. == İstinadlar == == Xarici keçidlər == Dmitry Andreikin.
Dmitri Anosov
Dmitri Viktoroviç Anosov – rus riyaziyyatçısı. == Haqqında == Moskva Dövlət Universitetini bitirmişdir (1958). 1997-ci ildən Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnistitunda diferensial tənliklər şöbəsinin müdiri vəzifəsində çalışıb. Tədqiqatları diferensial tənliklər nəzəriyyəsinə, dinamik sistemlərə (Anosov sistemləri), həndəsə və topologiyaya aiddir. SSRİ Dövlət mükafatı laureatı (1976), Rusiya Elmlər Akademiyasının akademikidir (1992).
Dmitri Saley
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Dmitri Saqanoviç
Dmitri Yevgenyeviç Saqanoviç (rus. Дмитрий Евгеньевич Саганович; 23 may 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda qapıçı kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Saqanoviç öz peşəkar karyerasında debütünü 25 iyul 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Legion-Dinamo Mahaçqala klubuna qarşı oyunda etmişdir.
Dmitri Sorokin
Dmitri Sıçyov
Dmitri Sıçyov (rus. Дмитрий Сычев; 26 oktyabr 1983, Omsk) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu. == Gəncliyi == Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb. == Lokomotiv == Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub.
Dmitri Todoroqlo
Dmitri Todoroqlo (25 noyabr 1944, Kiriyet Qaqauziya) — Moldova Respublikasından olan və Vasilinin rəhbərlik etdiyi ilk hökumətdə Baş nazir Köməkçisi, Kənd Təsərrüfatı və Qida Sənayesi Naziri vəzifələrində çalışmış siyasətçidir. == Peşəkar karyera == Dmitri Todoroqlo 25 Noyabr 1944-cü ildə Qaqauziyanın (Moldova Respublikası) Kiriyet kəndində anadan olub. O, Kişinyovda Kənd Təsərrüfatı İnstitutunu alim aqronom ixtisası üzrə təhsil almışdır. İnstitutu bitirdikdən sonra, 1969-1978-ci illər arasında Dubasari mahalında baş iqtisadçı, kolxozun vitse-prezidenti vəzifələrində çalışmışdır. 1978-ci ildən Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri və Dubasari Rayon İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifələrini icra etmişdir. 1985-1986-cı illər arasında Todoroqlo Moldova Kommunist Partiyası Karinari rayon komitəsinin ikinci katibi kimi fəaliyyət göstərmişdir. Daha sonra 1986-1990-cı illər arasında Karinari Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. 1990-1995-ci illər arasında Dmitri Todoroqlo Moldova SSRİ Ali Sovetinin rəhbəri və Moldova Respublikası Parlamenti aparatında məsləhətçi vəzifəsini icra etmişdir. 1995-ci ildən bəri, katibə, vitse-prezident, Kənd Təsərrüfatı Komissiyasının sədri vəzifələrini icra etdiyi Moldova Respublikası Parlamentinə (Moldova Respublikası Kommunistlər Partiyası siyahısında) millət vəkili seçilmişdir. 19 aprel 2001-ci il tarixdə, parlamentin verdiyi etimad səsverməsinə əsasən, Moldova Respublikası Prezidenti Vladimir Voroninin Fərmanı ilə, Dmitri Todoroqlo Vasile Tarlevin rəhbərlik etdiyi ilk hökumətdə Baş nazir Köməkçisi, Kənd Təsərrüfatı və Qida Sənayesi Naziri təyin edildi.
Dmitri Ustinov
Dmitri Fyodoroviç Ustinov (rus. Дми́трий Фёдорович Усти́нов; 17 (30) oktyabr 1908, Samara – 20 dekabr 1984[…], Moskva) — sovet siyasi və hərbi xadimi, Sovet İttifaqı Marşalı (1976), İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1942, 1961), Sovet İttifaqı Qəhrəmanı (1978), 11 dəfə Lenin ordeni laureatı. SSRİ Xalq Silah Komissarı (1941–1953), SSRİ Müdafiə Sənayesi Naziri (1953–1957). SSRİ Müdafiə Naziri (1976–1984). Sovet İttifaqı Kommunist Partiyası MK katibi (1965–1976), Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Büro üzvü (1976–1984).
Dmitri Uznadze
Dmitri Uznadze (gürc. დიმიტრი უზნაძე; 20 dekabr 1886 (1 yanvar 1887) – 9 oktyabr 1950, Tbilisi) — gürcü psixoloq və psixologiya üzrə elmlər doktoru, Tbilisi Dövlət Universitetinin (TDU) və Gürcüstan Elmlər Akademiyasının (GEA) həmtəsisçisi. == Həyatı == Dmitri Uznadze 1886-cı ildə Gürcüstanın qərbindəki Kutaisi vilayətinin Sakara adlı kəndində, kəndli ailəsində anadan olmuşdur. 1896-cı ildə Kutaisi Liseyinə daxil olmuşdur. 1905-ci il inqilabına qatıldığı üçün liseydən qovuldu. Təhsilini davam etdirmək üçün əvvəlcə İsveçrəyə, daha sonra isə Almaniyaya getdi. 1909-cu ildə Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1910-cu ildə "Vladimir Solovev: Epistemologiya" adlı əsəri ilə Almaniyanın Vittenberq Universitetində doktorluq dərəcəsi almışdır. 1909-cu ildə ölkəsinə qayıtdıqdan sonra Kutaisidə tarix müəllimliyi etmişdir. 1912-ci ildə Dmitri Uznadzenin "Təcrübə Pedaqogikasına Giriş" adlı kitabı nəşr olunmuşdur.
Dmitri Uşakov
Dmitri Uşakov (rus. Дми́трий Никола́евич Ушако́в; 12 (24) yanvar 1873, Moskva – 17 aprel 1942, Daşkənd) — rus və sovet dilçisi, rus yazımının islahatının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1939). Əsasən rus dilinin əsas izahlı lüğətlərindən birinin redaktoru və həmmüəllifi kimi tanınır.
Dmitri Vasiliyev
Dmitri Vasiliyev (tam adı: Dmitri Viktoroviç Vasiliyev, rus. Дмитрий Викторович Васильев; d. 26 dekabr 1979, Ufa, Başqırd MSSR, SSRİ) — başqırd əsilli xizəklə tullanma üzrə Rusiya idmançısı, dəfələrlə Rusiya çempionu, Dünya Kuboku mərhələlərinin dəfələrlə mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, iki Olimpiya oyunlarının iştirakçısı (2006 və 2014) və doqquz dəfə dünya çempionu (1999–2017). == Karyerası == 1998/99-ci illərdən bəri Dünya Kubokunda yarışır. Dünya Çempionatında ən yaxşı performansı Oberstdorf 2005-də, komandalı normal təpə yarışında beşinci, ən yaxşı fərdi performansı isə, Sapporo 2007-də fərdi böyük təpədə yeddinci olduğu zaman idi. İtaliyanın Turin şəhərində keçirilən 2006 Qış Olimpiya Oyunlarında Vasiliyev komanda yarışında səkkizinci, fərdi normal təpə yarışında isə, onuncu olmuşdur. 2004 və 2006-cı illərdə keçirilən Dünya Xizəklə Tullanma Çempionatının komanda yarışlarında yeddinci olmuşdur. Vasilyevin ən yaxşı fərdi Dünya Kuboku performansı, 2001-ci ildə Qarmiş-Partenkirhen şəhərində fərdi böyük təpə yarışında ikinci olduğu zaman idi. Vasiliyevin ümumilikdə doqquz fərdi və üç komanda Dünya Kuboku podiumları var. == Dünya Kuboku == == Dünya rekordu == === Ən uzun tullanma === 15 fevral 2015 tarixində Vasiliyev Vikersund təpəsində 254 metr (833 ft) uzağa tullandı, lakin eniş zamanı ağır qəzaya uğradı.
Dmitri Vasilyev
Dmitri Vasiliyev
Dmitri Yakovenko
Dmitri Yakovenko (rus. Дмитрий Олегович Яковенко, 29 iyul 1983 Omsk) Rusiyalı qrosmeyster (2001). Şahmat üzrə Komandalar Arası Dünya Çempionatında (2009) qızıl medal qazanan Rusiya komandasının və Şahmat üzrə Komandalar arası Avropa Çempionatının (2007, 2015) üzvu olub. == Həyatı == Dmirtriy 3 yaşı olarkən şahmat oynamağı birinci dərəcə səviyyəsində olan atasından öyrənib və məşqiçisi Aleksandr Nikitin olub. Dmitri məktəbi qızıl medalla və Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin qırmızı diplomla bitirmişdir. == Naliyyətləri == 1999-cu ildə 16 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatıda ikinci yeri tutdu. 2001-ci ildə 18 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatının və Saint-Vincent Open-in qalibi olub. 2005-ci ildə Monrealda keçirilən turnirin qalibi oldu. Həmin ildə Rusiya Çempionatında ikinci yeri tutdu. 2006-ci ildə Yakovenko Rusiya Çempionatında gümüş medal qazandı.
Dmitri Yazov
Dmitri Yazov (rus. Дмитрий Тимофеевич Язов; 8 noyabr 1924, Yazovo[d], Omsk quberniyası[d] – 25 fevral 2020, Moskva) — sovet rus hərb xadimi. Sovet İttifaqı Marşalı (1990) == Həyatı == Dmitri Yazov 1924-cü il noyabrın 8-də anadan olub. 1990-cı ildə Sovet İttifaqı Marşalı hərbi rütbəsinə layiq görülüb. 1987-1991-ci illərdə keçmiş SSRİ-nin müdafiə naziri olub. Keçmiş SSRİ-nin müdafiə nazirlərindən biri, 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icarçılarından biri, Sovet İttifaqı Marşalı Dmitri Yazov olub.
Dmitri Yeqorov
Dmitri Yeqorov (tam adı:Dmitri Fyodoroviç Yeqorov; rus. Дми́трий Фёдорович Его́ров d.10 dekabr, 1869, Moskva – ö.10 sentyabr, 1931, Kazan) — Rusiya və Sovet riyaziyyatçısı; diferensial həndəsə, inteqral tənliklər, funksiyalar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Dmitri Yermakov
Dmitri Yermakov (rus. Дмитрий Иванович Ермаков, gürc. დიმიტრი ერმაკოვი) — rus fotoqrafı. Dmitri Yermakov əsasən Qafqazda yaşayan xalqların gündəlik həyatları haqqında fotolar çəkmişdir. == Həyatı == 1845-ci ildə, Tbilisidə doğulmuşdur. Atası italyan Luici Kambaççio, anası isə əslən avstriyalı bir gürcü idi. Atası Yermakova soyadlı bir qadınla evləndikdən sonra anasının soyadı ilə tanınmağa başladı. Təhsilini Ananuridəki Hərbi Topoqrafiya Akademiyasında başa vurmuşdur. 1860-cı illərdə, təhsilini bitirdikdən sonra Tbilisidə özünün "Rembrant" adlı fotostudiyasını açdı. Studiyada Henri Haupt, İ.Aleksandrovski, Aleksandr Roinaşvili kimi fotoqraflarla işləməyə başladı.
Dmitri Yeroxin
Dmitri Yeroxin (rus. Дми́трий Ю́рьевич Еро́хин; d. 1 noyabr 1979, Novokuznetsk, Kemerovo vilayəti) — rusiyalı ultramarafonçu və treylranner, həvəskar idman funksioneri, ictimai xadim. Qaçış idman növlərini və sağlam həyat tərzini tanıtdırması ilə məşhurdur. Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, həmçinin uzun məsafə qət edən ictimai fəal. O, dünya üzrə bir neçə qeyri-rəsmi ultramarafon rekordlarının təyin edilməsində yaxşı tanınır. Kalmıkiya, Saxalin və iki dəfə Rusiyanın "Qızıl halqası"nı dəf edib. == Həyatı == Dmitri Yeroxin 1979-cu ildə Kemerovo vilayətinin Novokuznetsk şəhərində anadan olub. Hal-hazırda Moskvanın Qolyanovo rayonunda yaşayır. Məhkəmə hüquqşünasıdır.
Dmitri Znoyko
Dmitri Znoyko — karabidlər, Staphylinidae, Alleculidae, Petriidae böcək ailələri öyrənilməsi üzrə ixtisaslaşan sovet entomoloq. == Həyatı == 1903-cü il 23 iyulda Odessada, həkim ailəsində anadan olmuşdur. Orta və ali təhsilini Odessada almışdır. Məktəbdə oxuyarkən zoologiyala maraqlanırdı, xüsusilə də etimalogiyayla. Hələ məktəbdə oxuyarkən işləməyə məcbur qalır və 1920-ci ilin mayında o, Odessa Gudz İdarəsində əyani vəsaitləri studiyasında işə başlamışdı. 1921-ci il aprel ayından Təkamül Odessgubprofobra Dövlət Muzeyində laborant kimi işə başladı. 1923–1925-ci illərdə, Milli Təhsil Odessa İnstitutunun Geologiya Muzeyində mühafizəçi idi. 1925-ci ildən CGN Ukrayna kənd təsərrüfatı elmi komitəsində, Odessa bölməsində Entomologiya və bitki Patoloji üzrə nəzarətçi sonra isə Odessa Kənd Təsərrüfatı İnstitutunda laborant vəzifələrində çalışmışdır. 1930-cu ildə Milli Təhsil Odessa İnstitutunda entomologiya üzrə kurs keçmişdir. Elmlər Akademiyasının Naxçıvan kompleks ekspidisiyasinda zooloji heyətə başçılıq etmişdir.
Dmitri armudu
Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi Zaqafqaziyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir. == Ekologiyası == İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da yayılmışdır.
Dmitri Çelyandnik
Dmitri Çelyadnik (rum. Dumitru Celeadnic; 23 aprel 1992) — Moldova futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın qapıçısı. == Karyera == Dmitri Çelyadnik 2013-cü ildə "Daçiya"nın ikinci komandasından "Speranza" (Krixana Vele) transfer olmuşdur. O, 2014-cü ildən sonra "Daçiya"ya qayıtmışdır. Çelyadnik 2015-ci ildə "Dinamo-Avto"ya icarəyə verilmişdir. O, 2017-ci ildə "Petrokub" FK-ya transfer olmuşdur.