Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Sokka
Sokka — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlarından biri. Cənub Su Tayfasının başçısının oğlu. Maykl Dante DiMartino və Brayan Konietzkonun sözlərinə görə, Sokkanın rolu əvvəl böyük deyildi. Ancaq, onlar onu səsləndirən komediya səs aktyorunu Cek DeSenanın bu personajı canlandıranda, yaradıcılar onun vacibliyini artırmağa qərar veriblər. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi. Beləliklə, Aanqın yaşı 10-dan 12-yə, Kataranın yaşı 12-dən 14-də, Sokkanın yaşı isə 13-dən 15-ə dəyişdirilmişdi. Sokka Katara ilə eyni vaxt yaradılmışdı. Serialın yaradıcılarının ikisinin də bacıları var idi. Buna görə, onlar üçün bacı-qardaş rəqibliyini göstərmək istəyirdilər.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Dalğaqanad sovka
Göybaftalı sovka
Klyoçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Müxtəlifrəngli sovka
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Çəhrayı sovka
Şotki diod
Şotki diodlar — Şotki diodlar nöqtə əlaqəli(adi diod) diodlar kimi metal və yarımkeçirici kristal birləşdirilməsi ilə əldə edilir. Çox yüksək tezliklər lazım olan işlərdə normal diodlar kommutasiya(açar) funksiyasını yerinə yetirərkən çətinlik çəkirlər. Məsələn istənilən müddətlərdə vəziyyəti dəyişdirməzlər (on / off). Bu problemə həll tapmaq məqsədi ilə şotki diodlar inkişaf etdirilmişdir. Şotki diodlar çox yüksək kommutasiya sürətlərinə sahibdirlər. Bu səbəblə yüksək tezliklərdə edilən işlərdə kommutasiya elementi olaraq şotki diodlar tövsiyə edilir.Ancaq bunlar P-N keçidli diod növündədir.Keçid müqaviməti çox kiçik olduğundan düzgün istiqamət bəsləməsində 0.25v da belə asanlıqla və sürətlə keçiricilik təmin edir.Əks istiqamətə doğru axan az daşıyıcıları çox az olduğundan əks istiqamət cərəyanı kiçikdir. Bu səbəblə də səs-küy səviyyələri aşağı və səmərələri yüksəkdir.Fərqli iki ayrı qrup elementdən ibarət olması səbəbilə şotki diod müqavimətləri xətti deyildir Müqavimətlərin düzgün olmaması səbəbindən daha çox mikrodalğalı alıcı olaraq istifadə edilir. Bundan başqa, modulyator, demodulyator, detektor olaraqda da istifadə olunur. https://youtube/Diyot Nedir?
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.
Şüalı sovka
Klyuçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir. Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub.
Sota Hirayama
Sota Hirayama (d. 6 iyun 1985) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 3 qol vurub.
Şota Arveladze
Şota Arveladze (gürc. შოთა არველაძე; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, İsrailin Makkabi Tel-Əviv klubunun baş məşqçisi. 1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub. 1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb.
Şota Mişvelidze
Şota Mişvelidze (18 oktyabr 1994, Saçxere, İmereti) — Gürcüstanlı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Gürcüstanı təmsil edir. Şota Mişvelidze dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Şota Rustaveli
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[…] – 1216[…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir. Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir. Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır. Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir. Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı.
Şota İataşvili
Şota İataşvili (gürc. შოთა იათაშვილი) — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçidir. Yeddi şeirlər kitabının, roman və üç hekayə kitabının müəllifidir. “Qafqaz evi” Gürcüstan mədəni əlaqələr mərkəzində işləyir, “Alternativ” ədəbiyyat jurnalının redaktorudur. 2007-ci ildə ilin ən yaxşı şerlər kitabına görə “Saba” mükafatına, 2009-ci ildə “Kiyev dəfnəsi” beynəlxalq mükafatına layiq görülüb. Əsərləri 12 dilə tərcümə edilib. Şota İataşvili. Veriya bağçasındakı kafe (şeirlər, poema, məqalə, söhbət)./ "525 Kitab" seriyası.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.