Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Stay
Stay (Tuci mahnısı)
Stoj.
Nikolay Stoyanov (bolq. Николай Андреев Стоянов; 21 noyabr 1883, Qrodno, Rusiya imperiyası – 9 oktyabr 1968, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Nikolay Stoyanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Stojanov, N. Stefanoff, B. Флора на България (Flora of Bulgaria) (in two volumes, four editions: 1924-26, 1933, 1948 and 1965-1966, the latest edition along with B. Kitanov) Stoyanov, N. Опит за характеристика на главните фитоценози в България (An attempt to characterise the main plant communities in Bulgaria), Год. на СУ, ФМФ, vol. 3, 1941 Stoyanov, N. Kitanov B. Диви полезни растения в България (Useful wild plants in Bulgaria), Sofia, 1960. Alkanna stojanovii Kožuharov, 1989 Crepis stojanovii T.Georgiev, 1926 Ranunculus stojanovii Delip., 1971 Thymus stojanovii Degen, 1925 Viola stojanowii W.Becker, 1924 Kitanov B. Velinova, L., Николай Стоянов. Биобиблиография (Nikolai Stojanov: Biobibliography, Sofia, 1955. Markova, M. Сто години от рождението на акад.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Stoa
Stoalar, Qədim Yunan memarlığında küçə və ya agoranın yanında yerləşən örtülü, sütunlu qalereyalardır. Onlar inzibati və ticarət mərkəzləri kimi istifadə edilən ictimai yerlər idi. Onun yaradıcısının Aqnaptus adlı qədim yunan memarı olduğu qeyd edilir. Sonrakı nümunələr stoalar iki mərtəbəli inşa edilirdi və mağazalar və ya bəzən ofislərin olduğu İonik üslubda kolonları birləşdirirdi. Bu binalar ictimaiyyət üçün açıq idi; burada tacirlər mallarını sata, rəssamlar öz sənət əsərlərini sərgiləyə, dini məclislər keçirə bilərdilər. Stoalar tez-tez böyük şəhərlərin bazarlarını və ya agoraları funksiyasını görürdü Stoaların digər nümunələrindən içəridə və çöldə faydalı məkanları birləşdirən qoruyucu və təhlükəsiz mühitlər yaratmaq üçün istifadə olunurdu Kiprli Zenon tərəfindən qurulan Stoaçılıq fəlsəfə məktəbinin adı “stoa”dan götürülüb. Tağ altında mənasını verən stoa fəlsəfəsi tağın altına toplaşan filosoflar tərəfindən qurulmuşdur.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Miroslav Stoh
Miroslav Stoh (19 oktyabr 1989, Nitra) — slovakiyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da, sol cinahda oynayır.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir. Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü.
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Tsoy divarı
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir. Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır. Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk, Dnepr, Sevastopol şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur. Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır. Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
Viktor Tsoy
Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962, Leninqrad – 15 avqust 1990) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok-qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi rol alıb. Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreyamənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974–1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağacoyma sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Brüs Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netsuke adlanan yapon fiqurlarını düzəldirdi.
Şatoy pusqusu
Şatoy pusqusu və ya Yarışımardi döyüşü (rus. Бой у Ярышмарды) - 1996-cı ilin 16 aprel tarixində Çeçenistanın cənub ərazisində yerləşən Şatoy kəndi yaxınlığında Rusiya ordusu ilə Çeçen İçkeriya Respublikasına bağlı döyüşçülər və mücahid qrup arasında baş vermiş döyüş. Şatoy pusqusu Rus ordusuna məxsus hərbi kanvoyun pusquya salınmaq yolu ilə sıradan çıxarılmasına hesablanmışdır. Pusqu nəticəsində rus komandir Pyotr Terzovets və daha 75 əsgər öldürülmüşdür. Hadisə Birinci Çeçen-Rus Müharibəsinin ən qanlı döyüşlərindən biri hesab olunur.
Şatoy rayonu
Şatoy rayonu (çeç. Шуьйтан кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şatoy kəndidir. Rayon respublikanın cənub hissəsində, dağlıq bir ərazidə yerləşir. Şimalda Qroznı rayonu, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Şaroy rayonu və cənubda Urus-Martan rayonu ilə həmsərhəddir. Hər tərəfdən ölkənin rayonları ilə sərhəddir. Rusiyanın digər subyektləri və xarici ölkələrlə sərhədə malik deyil. Rayonun ərazisi 876.26 km²-dir. Onun ərazisinin əhəmiyyətli bir hissəsini Arqun dərəsi tutur. İstər Birinci, İstərsə İkinci Çeçensistan Müharibəsi dönəmində rayon ərazisində əhəmiyyətli döyüşlər olmuşdur.
Eyvazlılar (soy)
Hidayət (soy)
Hidayətlər — İranın tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Mazandaran vilayətində yaranıb. Soyun ilk patronu Məhəmmədismayıl bəy Mazandarani (?-1779) Sari şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmməd Kamal kimi tanınırdı. Məhəmmədhəsən xan Qovanlı-Qacarın yanında baş aşpaz kimi çalışmışdı. Kərim xan Zəndə qarşı qacarlar tərəfindən vuruşmuşdu. Zəki xan Zəndin döyüşçüləri tərəfindən öldürülmüşdü. Məhəmməd İsmayıl bəyin Məhəmmədhadi xan (?-1803) adlı oğlu vardı.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Soy-Peda
Soy-Peda (çeç. Цӏайн-пхьеда rus. Цой-Педе ) - Çeçenistanın İtum-Kali rayonunun Soy-Peda kəndi yaxınlığında, Çanti-Arqun və Meşihi çaylarının birləşməsində yerləşən Qafqazın ən qədim nekropollarından biri. İtum-Kali kəndinin 40 km cənub-qərbində yerləşir. Burada Meşihi buzlaq çayının Çanti-Arquna töküldüyü yerdə şimaldan cənuba uzanan və Tsoy-Pedaya girişi 3 tərəfdən əhatələyən burun formalaşmışdır. Abidəyə çatmaq üçün qalan tək yolda Kyorelam təpəliyinin ayaq tərəfindəki sıldırım qayalı yollardır. Abidə təbii istehkamlarla əhatələnmişdir. XV-XVIII əsrə aid olduğu düşünülən abidənin qəhrəman döyüşçülərin öldükdən sonra dəfn edildiyi qəbiristanlıq ya da epidemiya zamanı ölənlərin cəsədlərini uzaqlaşdırmaq üçün istifadə edildiyi iddiaları ortaya atılsa da, buranın dəqiq tikilmə səbəbi sirr olaraq qalmaqdadır. Kənddə ölülər şəhərinin girişini qoruyan iki qurbangah sütunu, üzərində qoruyucu svastikalar, xaçlar və günəşvari spirallar olan divarlar var. Dəvam etdikdə çoxusunun üzərində üçkünc damı olan, dərin oyuqlu 42 qəbir (çeç.
Soy (jurnal)
Soy — müstəqil aylıq tarixii-etnoqrafik jurnal. Tiraj: 300 nüsxə Soy-kök problemlərindən, geneologiyadan, etnoqrafiyadan, tarixdən bəhs olunur. Redaksiya heyəti tam mütəxəssislərdən təşkil olunub. "Soy" jurnalı 16.09.2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi: 526 Baş redaktoru: Ənvər Çingizoğlu Elmi məsləhətçi Bəhram Məmmədli Məsul katib: Savalan Fərəcov Fotoqraf-redaktor: Erkin Əzimzadə Nərgiz Quliyeva, Ədalət Tahirzadə, Vasif Quliyev, Tarıyel Məmmmədov, Nazim Əlifov, Natiq Qubadoğlu, Məmmduh Yağmur (Türkiyə), Böyük Mollayi (İran), Eldar İsmayılov (Rusiya), Aydın Ziyadlı (İsveç). "Genealogiya oçerkləri" — nəsillər haqqında məlumat verir. "Türk elləri" — el, oymaq və tayfalar haqqında danışılır. "Ünlülər" — məşhur şəxslər haqqında məlumat verir. "Soylularımızın portreti" — soylular haqqında oçerklər. "Etnoqrafik etüdlər" —etnoqrafik məlumatlar.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.