Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Puta
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. == Sənaye müəssisələri == Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Ruta
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. == Tarixi == Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tura
Tura - türk, çuvaş və altay inancında tanrı, Rəbb mənalarına gəlir. Türə və ya Turı da deyilir. Türk xalq inancındakı və türk tarixindəki özünə xas bir tək tanrı inancıdır. == Tərif və Xüsusiyyətlər == İslamdakı Allah inancı ilə böyük nisbətdə üst-üstə düşən bir anlayışdır. Təkdir. Hər şey ona bağlıdır. Hər şeyə hökm edər. Şəriki yoxdur. Çuvaşçada iştirak edər. Digər türk-monqol dillərində Tanrı anlayışına heç bir zaman təklik daxil edilmir.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Yuta
Yuta (ing. Utah) — Amerika Birləşmiş Ştatlarında ştat. Yuta, ABŞ-nin qərb əyalətlərindən biridir. 4 yanvar 1896-cı ildə ABŞ-yə əlavə edilmiş 45-ci əyalətdir. ABŞ-nin 50 əyaləti arasında böyüklüyünə görə 13-cü, əhalinin sayına görə 34-cü və əhalinin sıxlığı baxımından 41-ci yerdədir.Yuta adı, bölgədə yaşayan Amerikanın yerli tayfası olan "Ute" sözündəndir və Ute dilində "dağların insanları" mənasını verir.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Aba Tura
Aba Tura — Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. == Bioqrafiyası == Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Arvaduşaqlı buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.
Buta (1980)
Buta (dəqiqləşdirmə)
Buta — naxış. Buta Film — Azərbaycanda fəaliyyət göstərən kinostudiya. Buta (film, 1980) — 1980-ci ildə çəkilmiş Azərbaycan filmi. Buta (film, 2011) — 2011-ci ildə çəkilmiş Azərbaycan filmi. Buta FM — 2016-cı ildə Azərbaycanda fəaliyyət göstərmiş özəl radio. Buta (ilahi vergi) — Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi.
Buta Airways
Buta Airways — Azərbaycanda aşağıbüdcəli aviaşirkət, "Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsidir. Qərargahı Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdir. == Buta airways == 2 iyun 2017-ci il tarixində Buta Airways aviaşirkətinin loqotipi və livreyası ictimayyətə təqdim edilmişdir. “BUTA AIRWAYS”-in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir. 25 avqust 2017-ci il tarixində şirkətin ilk "Embraer 190" təyyarəsi Bakıya gətirilib. İlk uçuşlar 2017-ci ilin payızında baş tutub. 2018-ci il sonunda aşağı büdcəli aviadaşıyıcının donanmasında "Embraer 190" təyyarələrin sayı səkkizə çatmış və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri açılması mümkün olmuşdur. == Təyinat məntəqələri == 2019-cu ilin yanvar ayına Buta Airways aviaşirkəti aşağıda göstərilən şəhərlərə uçuşları yerinə yetirir: Bakı Gəncə Moskva - Vnukovo Hava Limanı İstanbul - Sabiha Gökçən Sofia Mineralnıye Vodı Kazan Lvov Sankt-Peterburq Naxçıvan Tbilisi Tehran İzmir Alanya Kiyev - "Borispol" hava limanı Ankara Batumi Həştərxan Odessa Xarkov Ufa Ər-riyad Dammam == Statistika == == Tənqidlər == AZAL-ın inhisarçı olduğu və bilet qiymətlərinin çox baha olduğu Azərbaycan mediasında tənqid edilir.
Buta FM
Buta FM — 2016-cı ildə Azərbaycanda fəaliyyət göstərmiş online internet radiosu. == Haqqında == “Butafm Radio və Televiziya” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb. 3 oktyabr 2016-cı il saat 12:00-da efir yayımına başlayıb.
Buta Film
Buta Film — Yaradıcısı və rəhbəri İlqar Nəcəf, direktoru Vidadi Rüstəmovdur.
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Tula-Buqa
Tula-Buqa xan - 1287-ci ildə taxta çıxmışdı. 1259-cu ildə Litvanın işğalında iştirak etmiş, 1286-cı ildə Polşa yürüşündən 20.000 əsirlə qayıtmışdı. 1287-ci ildə xan olandan sonra isə Məngü Timurun oğlu Algü ilə birlikdə bir daha Polşaya yürüş etmişdi. Onun dövründə dövlət güclü olsa da əsas hakimiyyət Noğay xanın əlində cəmləşmişdi. 1291-ci ildə Noqay xan onu devirərək taxta Toxtanı gətirdi.