ÜZÜM

Çin dilindən keçib (əsli: cüsüm)tut ağacı (bəzən də meyvə) mənasını əks etdirib. Tuta isə “ipək ağacı”, “qurd (barama, шелковица) ağacı” deyiblər. Sonra üzüm yeni məna kəsb edib, “ipək ağacı” isə sıradan çıxıb, yerini tut sözünə verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÜZÜLMƏK
VADAR ETMƏK
OBASTAN VİKİ
Üzüm
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Üzüm ilbizi
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Təbrizi (üzüm)
Təbrizi — üzüm sortu. Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbrizi adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Rusiyada, Ukraynada, Moldovada və Orta Asiya respublikalannda əkinləri vardır. Çoxlu sinonimlərə malikdir. Gəncədə hər bir həyətdə və təsərrüfatda Təbrizi sortu vardır. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın (xüsusilə Təbrizin) yüksək ticarət əlaqələri ilə bağlıdır. Kolu güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Təbrizi (üzüm növü)
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Qırmızı üzüm bağı (rəsm əsəri)
Qırmızı üzüm bağı—hollandiyalı rəssam Vinsent Van Qoqun 1888-ci il noyabrında yağlı boya ilə çəkdiyi rəsm əsəridir. Bu əsər rəssamın yaşadığı müddətdə sata bildiyi tək rəsm əsəridir. Qırmızı üzüm bağı əsəri ilk dəfə Brüsseldəki Les XX 1890 sərgisində nümayiş olundu və impressionist rəssam və kolleksiyaçısı Anna Boça 400 franka (hazırda 1000-1.050 dollara bərabər) satıldı. O da Les XX üzvü idi.
Üzüm tənəyinin xəstəlikləri (film, 1975)
Filmdə üzümlüklərə ziyan vuran xəstəliklərə, ziyanvericilərə qarşı mübarizədən, bu mübarizədə aqrotexnika qaydalarına düzgün əməl olunmasından danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Braziliya üzüm ağacı
Braziliya Üzüm Ağacı (həmçinin Jabuticaba kimi tanınan) — meyvələri böyütmək üçün budaqlardan istifadə etmir. O gövdəsində meyvələrini və çiçəklərini (generativ üzvlər) bilavasitə əlaqəsiz böyüdür. Argentinaya, Paraqvaya və Boliviyaya da da bitir. Meyvələri qırmızımtıl qaradır, ağ lətə malikdir. Bu meyvələr zəhərli deyil və yemək mümkün olur, deyilənlərə görə dadı qara üzümə və qarağata bənzəyir, Şərab və meyvə şirəsi istehsalında əsas xammaldır. Paraqvayda, Quaraninin rəsmi ana dilində "Yvapuru" adlandırılır.
Amur üzümü
Vitis amurensis (lat. Vitis amurensis) — Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir. == Botaniki təsviri == Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir.
Firəng üzümü
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Labrusk üzümü
Vitis labrusca (lat. Vitis labrusca) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.Əsasən "izabella" üzüm sortu kimi tanınır. == Təbii yayılması == Şimali Amerikada bitir. == Botaniki təsviri == Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür.
Levent Üzümcü
Levent Üzümcü (6 iyul 1972, İzmir) — Türk teatr, kino aktyoru və siyasətçisi .
Meşə üzümü
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Müqəddəs Vatslav üzümlüyü
Müqəddəs Vatslav üzümlüyü (çex. Svatováclavská vinice)— Çexiyanın ən qədim üzüm bağlarından biridir. O Praqa qəsrinin şərq hissəsində, Aşağı darvazanın altında və Na Opişi bağı ilə Köhnə qəsr pilləkənləri arasında yerləşir. Bağın bu cür adlandırılmasının əsas səbəbi, müqəddəs Vatslav barədə uydurulan müxtəlif əfsanə və nağıllar ilə bağlıdır. Rəvayətə görə müqəddəs şərabın istehsalı üçün yığılan üzümləri bir zamanlar məhz o bu torpaqda əkmişdi. Burada ənənəyə uyğun olaraq, üzümün Reyn rislingi və Pino Nuar növləri əkilir. Üzüm bağının əsası müqəddəs Varslav tərəfindən X əsrdə qoyulmuşdu. Bağın salınmasının əsas səbəbi, xristian kilsələri üçün müqəddəs şərabın istehsalı idi. IV Karlın hakimiyyəti dövründə bağın ətrafında qala divarları inşa olunmuşdu. XIX əsrin 30-cu illərində bağın yanında həmçinin memar Emanuel Rixterin layihəsinə uyğun olaraq neoklassik üslubda villa tikilmişdi - onu inşa edən memarın şərəfinə, villa "Rixteruv" adlandırılmışdı.
Üzümdil mahalı
Üzümdil mahalı — Qaradağ xanlığının 18 mahalından biri. 1593-cü ildə Osmanlı İmperiyasının işğal etdiyi Təbriz əyalətinin Dizmar sancağının nahiyəsi idi. Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780–730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi… Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim.
Üzümdil nahiyəsi
Üzümdil mahalı — Qaradağ xanlığının 18 mahalından biri. 1593-cü ildə Osmanlı İmperiyasının işğal etdiyi Təbriz əyalətinin Dizmar sancağının nahiyəsi idi. Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780–730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi… Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim.
Üzümkimilər
Üzümkimilər (lat. Vitaceae) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Ampelidaceae Leeaceae Dumort.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Üzümlü (Qax)
Üzümlü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Üzümlü oyk., mür. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Ağyazı düzündədir. 1960-cı illərdə üzümçülük sovxozu fəhlələri üçün salındığına görə kənd belə adlandırılmışdır. Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan və rutullardan ibarətdir və əsasən saxur dilində danışılır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Üzümlü kəndində 24 təsərrüfatda hər iki cinsdən toplam 64 nəfər əhali yaşamaqdadır.
Üzümçiçəklilər
Üzümçiçəklilər (lat. Vitales) — bitkilər aləmininə aid bitki dəstəsi.
Üzümçü (dəqiqləşdirmə)
Üzümçü (Qobustan) — Azərbaycanın Qobustan rayonunun inzibati ərazi vahidində qəsəbə. Üzümçü (Bostanabad) — Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.

Значение слова в других словарях