Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
User account
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Fair use
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədilə yaradılmış əsərlərdən başqa).
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi — Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) strukturuna daxil olan iqtisadiyyat məktəbi. Mərkəzdə təhsilin bakalavr və magistr pillələrində Dünya iqtisadiyyatı, Maliyyə və Mühasibat uçotu və audit, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə tədris aparılır. Mərkəzdə geniş praktiki biliklərə malik, ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olan müəllimlər dərs deyirlər. Beynəlxalq İqtisadiyyat Məktəbi Bakı şəhərinin "İçərişəhər" adlanan hissəsində yerləşir. Fakültə UNEC-in əsas korpusunda yerləşir.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
UNEC 2015 Tələbə İdman Oyunları
Seç ya da öl (film, 2022)
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı Final oyununda medalçılar müəyyənləşdi.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı — 2016 UEC Avropa Trek Çempionatında 18 velosipedçinin iştirakı ilə 20 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. Əhalisinin hamısı Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Dsex
Dsex və ya Dseq (erm. Դսեղ) — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Dseq 1938-1969-cu illərdə Tumanyan rayonunda kənd idi. Alaverdi şəhərindən təqribən 13 km cənubda, Debed çayının yüksək sağ sahilində, qərb tərəfində Debed dərəsi olan meşələrlə əhatə olunmuş yarımadada yerləşir. Bir çox mötəbər mənbələrə görə kənd hələ eramızdan əvvəl salınmışdır ki, bu barədə elmi əsaslandırılmış məlumatlar mövcuddur.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. Atlar cinsindən təkdırnaqlı məməli heyvan yarımcinsi. Uzun və hərəkətli qulaqlarının, ensiz dırnaqlarının və ucunda uzun tüklərdən ibarət fırçası olan nazik quyruğunun olması ilə əsl atlardan fərqlənir. Rəngi boz, ağ, qara, qəhvəyi olur. Vəhşi Ulaq Afrikada, Ön, Orta və Mərkəzi Asiyada yayılmışdır.
HSBC
HSBC — Avropa, Asiya-Sakit okean bölgəsi, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən HSBC Qrupu, dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlardan biridir. İngiltərədə qeyddə olan HSBC Holdings plc'nin ümumi mərkəzi Londondadır. HSBC'nin 1999-ci ildə Qrup şirkətləri üçün beynəlxalq tək bir marka olaraq təyin olunması, qrupun altıbucaqlı embleminin dünya səviyyəsində getdikcə tanınan bir simvol olmasını təmin etdi. HSBC 2002-ci ildən markasını rəqiblərindən ayırmaq və xüsusiyyətlərini vurğulamaq üzrə 'Dünyanın yerli bankı' şüarıyla bir kampaniyaya başladı. HSBC, dünyanın ən inkişaf etmiş məlumat texnologiyalarını istifadə etməkdədir. HSBC'nin ildə 13 milyarddan çox müştəri əməliyyatının həyata keçirildiyi və hər keçən gün sürətlə inkişaf edən e-ticarət funksiyası, internet, PC bankçılığı, interaktiv TV, telefon bankçılığı və mobil bankçılığından ibarətdir. Bankın düyada 10.000 dən çox ofisi,82 ölkədə 312.000 dən çox işçisi və 125 milyondan çox müştərisi mövcuddur.
ISRC
ISRC (International Standard Recording Code) – audio-video yazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı — 2016 UEC Avropa Trek Çempionatında 22 velosipedçinin iştirakı ilə 19 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Aşel mədəniyyəti
Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şiş Quzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Aşıq Əsəd
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır.
Cesc Fabregas
Sesk Fabreqas (4 may 1987[…]) — ispan futbolçu. Hazırda Fransanın Monako komandasında çıxış edir. Sesk Fabreqas 4 may 1987-ci ildə İspaniyada Arenys de Mar bölgəsində anadan olub. Katalaoniyada doğulan Fabreqas futbola "Barselona"nın alt akademiyasında aşağı yaş qruplarında başlayıb. 2003-cü ilə qədər "Barselona"nın gənclər komandasında çıxış edib. Bu klubun əsas heyətində çıxış etməmişdən əvvəl "Arsenal"a transfer olunub. "Arsenal"ın heyətində 3 ildə 68 oyun keçirib. 2006 FİFA Dünya Kubokunda İspaniya milli futbol komandasının heyətində çıxış edib.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.