Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nüzgar
Nüzgar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Nüzgar oyk., şada. Cəbrayıl rayonunun Quycaq inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş əhali hazırda Qarqunun evləri adlanan köhnə kənd xarabalığının yanında, qarğılı, qamışh sahəda salmışdır. Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Ermənistanın Qarakilsə, Icevan, Kankeravan, Saxkunq, Çatqıran adlı yaşayış məntəqələrindən gəlmiş erməni ailələri qəd.
Rüzgar
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Unuqay
Unuqay və ya Hal anasının keçi dönərgəsi — Azərbaycan mifologiyasında bədheybət. Atlıların və arabaçıların qarşısına keçi formasında çıxaraq onları aldadır və uzun müddət davam edəcək tibbi qüsurlara (kəkələmə, axsama) səbəb olur. Hal anası kimi iynə-sancaqdan qorxur. Unuqay qəbiristanlıq ətrafı ərazilərdə görülür. O, əsasən axşamüstü, qaranlıq çökərkən insanların rastına çıxır. Unuqay çox zaman yoldan keçən atlıya və ya arabalı yolçuya sahibi olmayan keçi kimi görünür. Yolçu keçinin bədheybət olduğunu bildikdən sonra onun ayaqları uzanmağa başlayır. Ayaqlarının uzanması ilə birlikdə Unuqayın gücü də artır. Mətnlərin, demək olar ki, hamısında hava işıqlanmağa başlayanda bədheybət qəbiristanlığın kənarına çatır və özü arabadan düşüb qəbiristanlığa girir. Araba sahibinin isə dili tutulur, açılandan sonra isə onda nitq qüsuru olaraq kəkələmə qalır.
Uzunlar
Ermənistan Uzunlar (Loru) — Borçalı qəzasında, indi Ermənistan ərazisində kənd. Rusiya Uzunlar (Arxangel) — Uzunlar (Krım) — Krım Respublikası da kənd.
Uzlar
Uzlar və ya Quzlar — İlk dəfə Konstantin Boqryanorodnının əsərində Şərqi Avropada, Xəzər sahillərində, Volqa boyunda yaşayan qədim türk tayfaları. Bəzi tədqiqatçılara görə uz etnonimi əslində oğuz etnoniminin yunanca yazılış formasıdır. XI–XII əsrlərə aid rus salnamələrində uzlar tork (rus dilində "ü" səsi olmadığına görə o, "o" səsi ilə verilmişdir) şərq mənbələrində isə quz adlanırlar. Mənbələrdən aydın olur ki, uzlar Volqa boyunda dövlət qurumuna malik idilər. Lakin qurumun qurucuları barədə məlumat yoxdur. XI əsrdə şimaldan ruslarla birlikdə şərqdən uzlar Volqa boyunda yaşayan peçeneqləri qərbə tərəf sıxışdırmağa başladılar. Nəticədə Bizans ərazisinə gələn peçeneqlərin bir hissəsi Turak adlı elbəyin rəhbərliyi ilə Bizansla müharibələr aparsalar da sonradan Bizans dövlətinə tabe olaraq indiki Bolqarıstan və Makedoniya və Kiçik Asiya : Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz, İç Anadolu, Trakya ərazilərinə yerləşdirildilər. Uzların ruslarla ilk münasibətləri 1036-cı ildə peçeneqləri məğlub etdikdən sonra başlasa da, bəzi rus mənbələrinə görə bu ittifaqın kökü hələ 985-ci ilə söykənir. Rus knyazı Vladimir 985-ci ildə İdil Bulqarları üzərinə yürüş edərkən onun dəstəsində uz əsgərləri də varidi. Uzun müddət Qıpçaq tayfaları tərəfindən təqiblərə məruz qalan uzlar Dunay boyu hərəkət edirdilər.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Zoqar
Zoqar (ibranicə "şəfəq", "işıq" deməkdir) — Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir. Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.
Eurocopter Cougar
Eurocopter Cougar, Eurocopter tərəfindən istehsal olunan iki mühərrikli, orta çəkili, çox məqsədli hərbi helikopter modelidir. Aérospatiale, Puma modelinin təkmilləşdirilmiş bir versiyasıdır. Mülki aviasiyada onun ekvivalenti Eurocopter Super Pumadır. AS-532UL versiyasını TSQ istifadə edir. 1993-cü ildə alınması qərara alınmış AS532 Cougarsdan 20-si ilk mərhələdə alınıb. Fransada istehsal edilən vertolyotlar 1996-cı ildən etibarən Türkiyə Quru Qoşunlarına təhvil verilməyə başlanmışdır. Bunun ardından 1995-ci ildə ikinci bir satınalma müqaviləsi bağlandı. Ankaradakı TAI obyektlərində istehsal olunan 30 AS532-dən 20-si axtarış və xilasetmə üçün Türkiyə Hərbi Hava Qüvvələrinə verildi, qalanları Quru Qoşunlarına verildi.
Musa Uzunlar
Musa Uzunlar (22 aprel 1959 və ya 21 aprel 1959, Antalya) – Türkiyə aktyoru. Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olmuşdur. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümünün məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “?frasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb. "Qurdlar Vadisi Pusqu"da və Qurdlar Vadisi Qladio filmində İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmağı bacarıb. 1981: Kösem Sultan : Turan Oflazoğlu - İstanbul Dövlət Teatrı 1983: İstanbul Efendisi : Musahipzade Celal - İstanbul Dövlət Teatrı 1983: Küçük Nasreddin : Serpil Akıllıoğlu - İstanbul Dövlət Teatrı 1983: Lysistrata : Aristophanes - İstanbul Dövlət Teatrı 1984: Sevgili Doktor : Neil Simon - İstanbul Dövlət Teatrı 1984: Düşüş : Nahit Sırrı Örik, Oyunlaştıran: Kemal Bekir - İstanbul Dövlət Teatrı 1986: Ermiş Jeanne : Bernard Shaw - İstanbul Dövlət Teatrı 1987: İnsan Maiere : Franz Xaver Roetz - İstanbul Dövlət Teatrı 1988: Oyunun Oyunu : Michael Frayn - İstanbul Dövlət Teatrı 1989: Ballar Balını Buldum (Yunus Emre) : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1990: Budala : Fyodor Dostoyevski\Simon Gray - İstanbul Dövlət Teatrı 1991: Afife Jale : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1992: Savaş Yorgunu Kadınlar : Nezihe Araz - İstanbul Dövlət Teatrı Lozan : Ataol Behramoğlu - Antalya Dövlət Teatrı Geyikler Lanetler : Murathan Mungan - Antalya Dövlət Teatrı Mahmut ile Yezida : Murathan Mungan - Antalya Dövlət Teatrı 1995: Maymun Davası : Jerome Lawrance - Robert E. Lee - Antalya Dövlət Teatrı 1997: Ölüler konuşmak İster - Melih Cevdet Anday - Antalya Dövlət Teatrı 1998: Urfaust : Goethe - İstanbul Dövlət Teatrı 1999: Merhaba 20. Yüzyıl : Steve Martin - Tiyatrokare 2000: Haydutlar : Schiller - İstanbul Dövlət Teatrı 2001: Efrasıyab'ın Hikayeleri : İhsan Oktay Anar - İstanbul Dövlət Teatrı 2003: Yaban : Yakup Kadri Karaosmanoğlu - İstanbul Dövlət Teatrı 2004: Ful Yaprakları : Civan Canova - İstanbul Dövlət Teatrı Valizdeki Kayıp Şehir : Zeynep Utku, Gülce Uğurlu - Stüdyo Drama 2008: Kara Kaplı : Jean-Claude Carriere - Tiyatro Yüzleşme 2010: Ölüleri Gömün : Irwin Shaw - İstanbul Dövlət Teatrı 1999: Hayal Kurma Oyunları 2009: Kurtlar Vadisi Gladio 1989: Geçmiş Bahar Mimozaları 1990: Bütün Kapılar Kapalıydı 1993: Süper Baba (Sinan) 1998: Ateş Dansı (Sinan) 1999: Nilgün (Sinan) 2000: Merdoğlu 2004: Yağmur Zamanı (Levent) 2007: Kurtlar Vadisi Pusu (İskender Büyük) 2010: Fatmagül'ün Suçu Ne?
Nuzqar Bakayev
Nuzqar Bakayev (oset. Къæбысты Зауыр, 25 sentyabr 1934, Cənubi Osetiya – 21 dekabr 2018) — Cənubi Osetiya publisisti, şair, müəllim, siyasətçi və ictimai xadim. 4-cü çağırış Cənubi Osetiya Parlamentinin deputatı (2004–2009). Cənubi Osetiya Respublikası Yazıçılar Birliyinin üzvü. 25 sentyabr 1934-cü ildə Gürcüstan SSR-in Bakatikau kəndində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildən Bakatikauda bir ibtidai məktəbdə oxuyur. Orta təhsilini 1953-cü ildə Ziulet kəndində orta məktəbdə almışdır. 1953-cü ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun (bu gün — Cənubi Osetiya Dövlət Universiteti) osetin dili və ədəbiyyatı şöbəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Tsxinvali rayonunda səkkiz illik Vilda məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyir. 1961-ci ildən Dmenis səkkizillik məktəbində osetin dili və ədəbiyyatı müəllimi işləyir.
Ruzigar Qasımov
Rüzgar Birliyi
Rüzgar birliyi (türk. Rüzgâr Birliği) və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu) — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi. Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir. "Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar.
Rüzgar Əfəndiyeva
Rüzgar Əfəndiyeva (tam adı: Rüzgar Şahmar qızı Əfəndiyeva (Qurbanova); 1947, Bərdə, Azərbaycan SSR — 2011, Bakı, Azərbaycan) — Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974).
Uzunlar (Arxangel)
Uzunlar (başq. Оҙондар, rus. Узунларово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ravtau stansiyası): 14 km. Ufadan olan məsfə: 10 km. Kənd ərazisindən İnzer çayı axır.
Uzunlar (Loru)
Uzunlar — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Toponim eyniadlı tayfa adı əsasında formalaşmışdır, quruluşca sadə etnotoponimdir. Kəndin başqa adı Qaçağan. 1967-ci ildə kənd ermənicə Odzun adlandırılmışdır. XIX əsrin ortalarında Türkiyədən gəlmə ermənilər yerləşdirildikdən sonra azərbaycanlılar qovulmuşdur. 1887-ci ilə aid mə’luma görə kəndin əhalisi erməni idi. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şərqi Anadoluda Uzunlu kəndinin adı çəkilir Ermənistan SSR Ali Soveti RH-nin 30.IX.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Odzun qoyulmuşdur.
Uzunlar kilsəsi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Uzunlar məbədi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Rüzgar (reper)
Aydın Hüseynov, ya da tanınan səhnə adı ilə Rüzgar (Sumqayıt) — Azərbaycan repçisi. İlk dəfə 2013-cü ildə "Hələki 1%" adlı trekini yayımlamışdır. 2018-ci ildə "Yenə gedirəm" adlı trekinə görə 30 sutka həbs cəzası verilmişdir. 2019-cu ildə "Xpert" və "Paster"lə birlikdə "Phenom" trekində iştirak edir. Sinqllar Hələki 1% (2013) Beş Barmaq (2014) Terroreast (2014) Tanrı (2016) Dəli (2016) O gecə yata bilmir Yeni Səviyyə Yaşıl Sex in Trap Vecimə deyil Help me (Qara Dəvətnamə) Yenə gedirəm Trend Təsadüfən əlim dəydi Unuduram İyirmi doqquz Albomlar Sərt Əsinti Sərt Əsinti 2 Sərt Əsinti 3 Elçi Oyan 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rüzgarın "Yenə gedirəm" mahnısı da yer alıb.
Ağbulaq Suqar
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Uyqar Abacı
Uyqar Abacı (türk. Uygar Abacı) — Türkiyə filosofu, tərcüməçisi. O, İstanbul Texniki Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirdikdən sonra Midlseks Universitetində Müasir Avropa Fəlsəfəsi proqramında magistr dərəcəsi almışdır. O, Kant, Hegel, Marks, Haydegger və təsadüflər nəzəriyyəsi üzərində işləmişdir. Hal-hazırda Boğaziçi Universitetində və Upenndə eyni vaxtda fəlsəfə doktoru təhsilini davam etdirir. O, Kant və ontoteologiya üzərində işləyir.
Vüqar Abbasov
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. Azərbaycanda professor Nürəddin Lüləci ilə birlikdə ilk ağrı mərkəzinin qurulmasındakı fəaliyyəti və alqologiya sahəsindəki kliniki tədqiqatları ilə tanınır. Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Evlidir. 3 övladı var. 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir.
Vüqar Abdullayev
Vüqar Alkərəmov
Vüqar Oruc oğlu Alkərəmov — polkovnik-leytenant. Vüqar Alkərəmov 26 fevral 1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib. Ailəlidir, 2 (iki) övladı var. 1986-cı ildə Beyləqan rayon təmir-tikinti idarəsində işləməyə başlayır. 1989-cu ildə Hərbi xidmətdən sonra Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilir.