Nüzgar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kənd inzibati ərazi dairəsində kənd.[1][2] Araz düzündə, Cəbrayıl şəhərindən 17 km şərqdə yerləşir. Hazırda kənddə yaşayış yoxdur.[3]
Nüzgar | |
---|---|
39°24′55″ şm. e. 47°13′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 340 m |
Saat qurşağı | |
Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Ermənistanın Qarakilsə, Icevan, Kankeravan, Saxkunq, Çatqıran adlı yaşayış məntəqələrindən gəlmiş erməni ailələri qədim yaşayış məskəninin xarabalıqları yanında qamışlı, sucaq ərazidə salmışlar. XIX əsrə aid mənbələrdə kəndin adı Nüzgar (erm. Nuqzar) formasında qeydə alınmışdır. "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin adı farsca "neyzar" sözündən götürülüb, bu da "qamışlıqlar" deməkdir. Kəndin ərazisində indi də qamışlı sahələr vardır.[2]
Kənd İran Azərbaycanından olan köçkünlər tərəfindən, qamışlarla örtülmüş və "Qargunun evi" adlanan köhnə bir kəndin xarabalıqları üzərində salınmışdır.[2]
Rusiya İmperiyası dövründə Nüzgər kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.
Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.
27 sentyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Müdafiə Nazirliyi Nüzgər kəndinin azad edildiyini elan etdi.[4][5] BBC daha sonra bildirdi ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalıq halındadır və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi tərəfindən tamamilə və ya demək olar ki, tamamilə tərk edilmişdir.[6]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Quycaq kənd dairəsinin Nüzgər kəndində 47 ev var idi və burada 202 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) kəndli yaşayırdı.[7]
1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Nüzgər kəndində 394 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[8]