Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
Live. Love. ASAP
Live. Love. ASAP (stilizə olunur: LIVE.LOVE.A$AP) — ABŞ repçisi ASAP Rocky-nin debüt miksteypi. 31 oktyabr 2011-ci ildə pulsuz rəqəmsal yükləmə formatında buraxılıb. Miksteypdəki mahnıların bitləri Clams Casino, ASAP Ty Beats, DJ Burn One və SpaceGhostPurrp daxil olmaqla xeyli sayda prodüserlərin iştirakı ilə hazırlanıb. Bəzi treklərdə repçilər Schoolboy Q və Fat Tony, həmçinin ASAP Rocky-nin hip-hop qrupu olan ASAP Mob-un üzvlərindən ifalar var. Rocky miksteypi buraxmazdan əvvəl tanıtım məqsədi ilə əvvəlcədən iki sinql təqdim edib: "Peso" və "Purple Swag". Bu sinqlların uğuru səsyazma leybllarının diqqətini çəkir və nəticədə Rocky ilk müqaviləsini bağlayır. == Trek siyahısı == 01. Palace 02.
UEKAE
Ülker
Ülker — İstanbul mərkəzli Türk qida və içki istehsalçısı. Məhsulları 110 ölkəyə ixrac olunur.
Ülkəş
Ülkəş (fars. الكش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (18 ailə).
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. == Ölkə simvolları == Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.
Fənərbaxça Ülker
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. == Tarixi == 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.
Lokve gölü
Lokve və ya Lokvarsko gölü (xorv.: Lokvarsko jezero) — Xorvatiyanın şimal qərbində süni göl. Bu göl 1954-cü ildə Lokve çayının üzərində bənd çəkməklə yaradılıb. == Haqqında == Lokve gölü dağlıq Qorski Kotar bölgəsində, Riyeka şəhərindən təxminən 30 km şərqdə yerləşir. Göl Lokve bələdiyyəsinə daxil olan Homer, Mrzla Vodica və Zelin Mrzlovodiçki kəndləri ilə hüdudlanır. Risnjak Milli Parkının dağları gölün şimalından başlayır.
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. == Bioqrafiyası == Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Sabri Ülkər
Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub. == Həyatı == Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. == Həyatı == Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Ülkər Piriyeva
Ülkər Piriyeva (24 avqust 1988, Şərəfə, Masallı rayonu) — politoloq, Beynəlxalq dərəcəli jurnalist, “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın Azərbaycan və Türk Cümhuriyyətləri üzrə Sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü, YediKəmər jurnalının Azərbaycan üzrə təmsilçisi. == Həyat və fəaliyyəti == Ülkər Piriyeva 24 avqust, 1988-ci il Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini Şərəfə kənd Qəhrəman İsmayılov adına tam orta məktəbdə almışdır. Orta təhsilini Masallı Şəhər “Dəfinə” məktəb liseyində başa vurmuşdur. I Ali təhsilini Azərbaycan Universitetində ingilis dilinin filologiyası fakültəsində almışdır. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Eyni zamanda, Türkiyə Cumhuriyyətində Ankara şəhərində Hacettepe Universitetinin İqtisadi İdarəetmə fakültəsinin Siyasət bölümü və Dövlət İdarəçiliyini bitirmişdir. Tələbəlik illərindən təhsil aldığı universitetlərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bir sıra xarici ölkələrdə Azərbaycan Gənclər siyasətinin fəal təbliğatçısı olmuşdur. Türkiyə-Ukrayna, Türkiyə-Qazaxıstan, Türkiyə-Azərbaycan, Türkiyə-Özbəkistan, Türkiyə-Türkmənistan və digər ölkələrlə bağlı keçirilən bir sıra beynəlxalq kofransların, konqreslərin, simpoziumların və tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşdur.
Ülkər Quliyeva
Ülkər Quliyeva — Azərbaycan diktoru. == Həyatı == Ülkər Quliyeva Azərbaycan televiziyasında diktor kimi çalışmışdır. Bir neçə filmdə çəkilmişdir. Bəstəkar Cavanşir Quliyevlə evli olmuşdur. Hazırda Türkiyədə yaşayır. == Filmoqrafiya == Yaramaz (film, 1988) Ölsəm...
Ülkər Umudova
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009), məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür. == Həyatı == Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. 2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub. 2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
Ülufə divanı
Ülufə — Qapıqulu əsgərlərinə, yeniçərilərə və bəzi saray adamlarına üç ayda bir dəfə verilən maaş. Gündəlik olaraq hesablanan bu maaş Ədalət Meydanında xüsusi mərasimlə ödənilirdi. Əvvəlcə yeniçərilər saray mətbəxi önündə, sipahi əsgərləri isə saray anbarları önündə sırayla düzülməli idi. Daha sonra ülufələr paylanılırdı. Ardından yeniçərilərin önünə qapaqlı qazanlarda aş, ət və şorbalar düzülürdü. Əsgərlərin ülufələrindən razı olub-olmaması bu yeməkləri yemələrindən asılı idi. Əgər əsgərlər yeməkləri yesələr, deməli aldıqları maaşdan razıdılar. Ancaq Osmanlı tarixi boyunca bir çox dəfə ülufə divanı dağılmış, əsgərlər aldıqları maaşda narazı qalıb yemək qazanlarını aşırdıb üsyan çıxarmışdır.
Şulkə (Baymak)
Şulkə (başq. Шүлкә, rus. Шулька) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd 1-ci Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 46 km, kənd sovetliyindən (1-ci Etkol): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Əlavə sinir
On birinci kəllə siniri, XI kəllə siniri və ya sadəcə CN XI olaraq da bilinən əlavə sinir servikoklavipektoral və trapesiya əzələlərini innervasiya edən kranial sinirdir. On iki cüt kranial sinirin on birincisi kimi təsnif edilir, çünki əvvəllər onun bir hissəsinin beyindən gəldiyi düşünülürdü. Sternokleidomastoid əzələsi başı əyir və döndərir, kürək sümüyü ilə birləşən trapesiya əzələsi isə çiyin çəkmə funksiyasını yerinə yetirir.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. == Səbəbləri == Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Ülkər Məmmədzadə
Ülkər Səttarova
Səttarova Ülkər Eldar qızı (23 may 1986, Bakı) — Texnika elmləri doktoru (2019) və Kompüter elmləri ixtisası üzrə dosent (2016), Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru (2023) == Həyatı == Ülkər Səttarova 1986-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə və 2016-cı ildə Kompüter elmləri ixtisası üzrə dosent elmi adına layiq görülüb. AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika elmləri doktoru elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004–2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür. Evlidir. Həyat yoldaşı Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdur. == Elmi fəaliyyəti == 100-dən çox elmi əsərin, 5 monoqrafiya və 3 patentin müəllifidir. 50-dən çox məqaləsi ingilis dilində xarici jurnallarda və impakt faktorlu jurnallarda dərc olunmuşdur.
Alive (Sia mahnısı)
Alive (azərb. Canlı‎) — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır. == Fon == 2015-ci ilin sentyabrında Sia "This Is Acting‍‍" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır" və "Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir. Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir. == Çıxarılması == 21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsiylə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsiylə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi.
Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülkən (3 oktyabr 1901, Konstantinopol – 5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu. == Həyatı == Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır. Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. 1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.