Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Festival
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar. Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib. Festival növləri: Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
Bayroyt festivalı
Bayroyt festivalı (alm. Bayreuther Festspiele‎) — Rixard Vaqnerin musiqi dramları ifa olunduğu illik yay festivalı. Əsası bəstəkarın özü tərəfindən qoyulub. Bavariyanın Bayroyt şəhərində xüsusi olaraq bu məqsədlə tikilmiş teatrda keçirilir. == Festival İkinci dünya müharibəsinəcən olan dövrdə == Birinci festival 1876-cı ilin 13 avqust tarixində açılmışdır. Burada "Nibelunq üzüyünün" tam premyerası baş vermişdir. Maliyyə çatışmazlığı səbəbindən növbəti festiival yalnız 1882-ci ildə keçirilmişdir. Bu festival "Parsifal operasının premyerası ilə müşayiət olunmuşdur. Vaqnerin ölmündən sonra festivala onun arvadı Kozima rəhbərlik etmişdir, 1908-ci ildən isə festivalın başına onların bundan öncə də festivalda dirijor və rejissor kimi yer almış oğlu Ziqfrid keçmişdir. Onun rəhbərliyi dövründə o, dövrü üçün novatorluq kimi qəbul olunan yeni səhnə texnikası və işıqlandırmadan istifadə etmişdir.
Bon festivalı
Bon festivalı (yap. お盆) - Yaponlar tərəfindən əcdadlarının ruhlarını şərəfləndirmək üçün təşkil edilən festival. 500 ildən çoxdur ki, Yaponiyada qeyd edilən bayram Bon-Odori adlı ənənəvi rəqsdin meydana səbəb olmuşdur. Bon festivalı adətən qeyri-iş günləri təşkil edilir. 3 gün davam festivalda musiqi-rəqs vəhdəti ilə yanaşı müxtəlif əyləncələrdə təşkil edilir. Müasir dövrdə festival bir çox ölkələrin iştirakı ilə də keçirilir. Yapon ənənələlərinə görə festival müddətincə vəfat etmiş insanların ruhları öz ailələrini və evlərini ziyarət edirlər. Bu səbəblə evlərin qapılarının qarşısında ruhları qarşılamaq məqsədilə tonqallar qalanır. Su hövzələrinə əcdadların ruhlarını təmsil etmək məqsədilə üzən şamdanlar buraxılır. Evlərin müqəddəs sayılan yerləri təmizlənir və ruhların rahatlıq tapmaqları üçün dualar edilir.
Buktreyler Festivalı
Buktreyler Festivalı — 2015-ci ildə aktyor, rejissor, prodüser Ruslan Sabirli tərəfindən təsisedilmişdir. Dünyanın bir çox ölkələrində kitaba və mütaliəyə maraq oyatmaq məqsədilə Buktreyler Festivalları keçirilir və 2016-cı ildən etibarən isə Qafqazda ilk dəfə Azərbaycanda keçirilməyə başlamışdır. Ədəbiyyat və kinematoqrafı özündə cəmləşdirən (book – kitab, trailer – treyler, tizer, anons) bu unikal layihənin əsas məqsədləri cəmiyyətdə ədəbiyyata, mütaliəyə maraq oyatmaq, kitabları təbliğ etmək, istedadlı kinematoqrafları kəşf etməkdir. Bu gün də Qafqazda analoqu olmayan bu layihə mahiyyət etibarilə istənilən şəxslərin kitaba çəkdikləri treylerlərin müsabiqəsi formatında keçirilir və qaliblər müəyyən olunaraq mükafatlandırılır. == Buktreyler == Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx/tizer/treyler və ya onun məzmunundan bəhs edən qısqametrajlı filmdir. Buktreyler ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən bir anlayışdır. == Festivalın məqsədləri == kitab və mütaliənin cəmiyyətdə təbliği; gənc yazarların üzə çıxarılması və tanıdılması; kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması; buktreylerlərin incəsənət sahəsi kimi və biznes növü kimi inkişafı. == Festivalın loqosu == Festivalın loqosu vərəqlənən kitab səhifələri və kino kadrının birləşməsindən yaranıb Buktreylerin kino və kitabı özündə cəmləməsini təsvir edir. 2017-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmışdır. == Festivalın fəaliyyəti == Buktreyler Festivalı nəyinki öz ətrafında istedadlı gəncləri, həmçinin cəmiyyətimizin dəyərli ziyalılıranı, əməkdar və xalq artistləri kimi insanları birləşdirmiş, intelligent insanların festivala istər münsiflər heyəti, istərsə də qonaq qismində cəlb edilməsinə nail olmuşdur.
Kürənsaçlılar festivalı
Kürənsaçlılar festivalı (nid. Roodharigendag) — Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyanın Breda şəhərində toplaşması == Tarixi == Festival 2005-ci ildən etibarən keçirilir. Həmin vaxt hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib. Festivala qoşulan kürənlər buraya daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər. Festivalda musiqi, piknik, dəb nümayişi keçirilir.
Opet festivalı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Qlastonberi Festivalı
Qlastonberi Festivalı (ing. Glastonbury Festival) — hər il İngiltərənin Pilton bölgəsində, Qlastonberi şəhərində keçirilən üç günlük incəsənət festivalı. Müasir musiqi ilə yanaşı, festivalda rəqs, komediya, teatr, sirk, kabare və digər sənət növləri də yer alır.Bu səbəbdən festival dünyada canlı performansların sərgiləndiyi ən böyük açıq hava festivalıdır.
Ruh Festivalı
Ruh festivalı və ya Jonqyuan festivalı (ənənəvi Çin dili: 中元節; sadələşdirilmiş Çin dili: 中元节), Buddizmdə Yulanpen Festivalı (ənənəvi Çin dili: 盂蘭盆 節; sadələşdirilmiş Çin dili: 盂兰盆 节) olaraq tanınır. Bu, müəyyən Şərqi Asiya ölkələrində təşkil edilən ənənəvi bir Daoizm və Buddist festivalıdır. Çin təqviminə görə , Ruh Festivalı yeddinci ayın 15-ci gecəsidir. Çin mədəniyyətində, ay təqvimində yeddinci ayın on beşinci günü Ruh Günü adlanır və ümumiyyətlə yeddinci ay Ruh Ayı (鬼 月) olaraq qəbul edilmişdir və bu ayda ölmüş əcdadları da daxil olmaqla ruhların yer üzünə çıxdığına inanılır. Həm Qingming Fetivalından (ya da Yazda Məzar Süpürmə Günü) həm də yaşayan nəsillərin ölmüş əcdadlarına hörmət göstərdikləri Qoşa Doqquzuncu Festivaldan (payızda) fərqli olaraq, Ruh Festivalı zamanı mərhumların diriləri ziyarət etdiyinə inanılır. On beşinci gündə Cənnət və Cəhənnəm aləmləri və canlılar aləmi açıqdır və həm Taocular, həm də Buddistlər mərhumun əzablarını dəyişdirmək və bağışlamaq üçün ayinlər edərdilər. Ay ərzində fəaliyyətlərə ritualist qida hazırlamaq, tüstü yandırmaq və joss kağızı yandırmaq daxildir. Mükəmməl yeməklər (tez-tez vegterian yeməklər), ailədəki ölənlərin hər biri üçün boş yerlərə qoyularaq ölənləri hələ yaşadıqları kimi qəbul edərdilər. Ruh Festivalı Çin təqviminin yeddinci ayında keçirilir. Bu tarix həm yeni fəsil, payız məhsulu, Buddist rahibə zahidliyinin zirvəsi, əcdadların yenidən doğulması və yerli icmanın məclisi ilə eyni vaxtda düşür.Bu ay ərzində cəhənnəmin qapıları açılır və ruhlar yemək və əyləncə axtardıqları yer üzündə sərbəst gəzirlər.
Vegetarian festivalı
Vegetarian festivalı və ya Doqquz İmperator Tanrılarının Festivalı (çin. 九皇爺; Pinyin:Jiǔhuángyé, POJ:Káu-ông-iâ, Kantonca: Kow Wong Yeh) — Myanmar, Sinqapur, Malayziya, Tayland və həmçinin Riau adaları kimi Cənub-Şərqi Asiya ölkələrində əsasən qeydə edilən doqquz günlük Taocu bayram ki Çinin qəməri təqviminin 9-cu ayının ərəfəsində başlayır. Hər il Taylandın Pxuket vilayətində qeyri-adi tədbir – vegetarian festivalı keçirilir. Bayramın özü çox baxımlıdır. Axı məhz burada festival iştirakçıları sözün həqiqi mənasında özlərinə işgəncə verməyə hazırlaşırlar. Payızda keçirilən vegeterian festivalına baxmağa həm Asiya ölkələrindən, həm də çox uzaq dövlətlərdən xeyli turist gəlir. Bu festival həm vegetarian xörəklərinin müxtəlifliyi, həm də qeyri-adi şou ilə fərqlənir. Küçələrdə nümayişlər təşkil olunur, adamlar inanılmaz “fokus”lar göstərir, bədənlərinə müxtəlif iti əşyalar sancır, od üstündə ayaqyalın gəzir və s. Qeyd etmək lazımdır ki, vegeterian festivalı dini bayramdır. Çünki məhz sentyabrın sonunda allahlar adaya öz xeyir-dualarını göndərirlər.
Vudstok festivalı
Woodstock festivalı - ilk dəfə 1969-cu ildə keçirilmiş musiqi festivalıdır. Sonralar 1994 və 1999-ci illərdə keçirilib. Üç festivalın da təşkilatçısı Maykl Lanqdır. Woodstockda iştirak edən səbətçilərin ifa etdikləri parşaların tam siyahısı və xronoloji ardıcıllığı: 1-Minstrel From Gault 2-High Flyin' Bird 3-I Can't Make It Anymore 4-With A Little Help 5-Strawberry Fields Forever 6-Hey Jude 7-I Had A Woman 8-Handsome Johnny 9-Freedom 1-I Find Myself Missing You 2-Rockin' All Around The World 3-Flyin' High All Over The World 4-Seen A Rocket 5-Fish Cheer / I-Feel-Like-I'm-Fixing-To-Die-Rag 1-Jennifer 2-America 3-Smile 1-Misty Roses 2-If I Were A Carpenter 1-Raga Puriya-Dhanashri / Gat In Sawarital 2-Tabla Solo In Jhaptal 3-Raga Manj Kmahaj / Alap Jor / Dhun In Kaharwa Tal / Medium & Fast Gat In Teental 1-Beautiful People 2-Birthday Of The Sun 1-Coming Into Los Angeles 2-Walking Down The Line 3-Amazing Grace 1-Joe Hill 2-Sweet Sir Galahad 3-Drug Store Truck Driving Man 4-Swing Low Sweet Chariot 5-We Shall Overcome Waitin' For You 1-Motherless Child 2-Look Out 3-For Pete's Sake 4-Day Song 5-What's Wrong 6-Crystal Spider 7-Two Worlds 8-Why Oh Why 1-How Have You Been 2-Rainbows All Over Your Blues 3-I Had A Dream 4-Darlin' Be Home Soon 5-Younger Generation 1-Waiting 2-Evil Ways 3-You Just Don't Care 4-Savor 5-Jingo 6-Persuasion 7-Soul Sacrifice 8-Fried Neck Bones And Some Home Fries 1-Catty Come 2-This Moment Is Different 3-When You Find Out Who You Are 1-A Change Is Gonna Come / Leaving This Town 2-Woodstock Boogie 3-Going Up The Country 4-Let's Work Together 5-Too Many Drivers At The Wheel 1-St. Stephen 2-Mama Tried 3-Dark Star / High Time 4-Turn On Your Lovelight 1-Born On The Bayou 2-Green River 3-Ninety-Nine And A Half (Won't Do) 4-Commotion 5-Bootleg 6-Bad Moon Rising 7-Proud Mary 8-I Put A Spell On You 9-Night Time Is The Right Time 10-Keep On Choogin 11-Suzy Q 1-Raise Your Hand 2-As Good As You've Been To This World 3-To Love Somebody 4-Summertime 5-Try (Just A Little Bit Harder) 6-Kosmic Blues 7-Can't Turn You Loose 8-Work Me Lord 9-Piece Of My Heart 10-Ball and Chain 1-M'Lady 2-Sing A Simple Song 3-You Can Make It If You Try 4-Stand!
Woodstock festivalı
Woodstock festivalı - ilk dəfə 1969-cu ildə keçirilmiş musiqi festivalıdır. Sonralar 1994 və 1999-ci illərdə keçirilib. Üç festivalın da təşkilatçısı Maykl Lanqdır. Woodstockda iştirak edən səbətçilərin ifa etdikləri parşaların tam siyahısı və xronoloji ardıcıllığı: 1-Minstrel From Gault 2-High Flyin' Bird 3-I Can't Make It Anymore 4-With A Little Help 5-Strawberry Fields Forever 6-Hey Jude 7-I Had A Woman 8-Handsome Johnny 9-Freedom 1-I Find Myself Missing You 2-Rockin' All Around The World 3-Flyin' High All Over The World 4-Seen A Rocket 5-Fish Cheer / I-Feel-Like-I'm-Fixing-To-Die-Rag 1-Jennifer 2-America 3-Smile 1-Misty Roses 2-If I Were A Carpenter 1-Raga Puriya-Dhanashri / Gat In Sawarital 2-Tabla Solo In Jhaptal 3-Raga Manj Kmahaj / Alap Jor / Dhun In Kaharwa Tal / Medium & Fast Gat In Teental 1-Beautiful People 2-Birthday Of The Sun 1-Coming Into Los Angeles 2-Walking Down The Line 3-Amazing Grace 1-Joe Hill 2-Sweet Sir Galahad 3-Drug Store Truck Driving Man 4-Swing Low Sweet Chariot 5-We Shall Overcome Waitin' For You 1-Motherless Child 2-Look Out 3-For Pete's Sake 4-Day Song 5-What's Wrong 6-Crystal Spider 7-Two Worlds 8-Why Oh Why 1-How Have You Been 2-Rainbows All Over Your Blues 3-I Had A Dream 4-Darlin' Be Home Soon 5-Younger Generation 1-Waiting 2-Evil Ways 3-You Just Don't Care 4-Savor 5-Jingo 6-Persuasion 7-Soul Sacrifice 8-Fried Neck Bones And Some Home Fries 1-Catty Come 2-This Moment Is Different 3-When You Find Out Who You Are 1-A Change Is Gonna Come / Leaving This Town 2-Woodstock Boogie 3-Going Up The Country 4-Let's Work Together 5-Too Many Drivers At The Wheel 1-St. Stephen 2-Mama Tried 3-Dark Star / High Time 4-Turn On Your Lovelight 1-Born On The Bayou 2-Green River 3-Ninety-Nine And A Half (Won't Do) 4-Commotion 5-Bootleg 6-Bad Moon Rising 7-Proud Mary 8-I Put A Spell On You 9-Night Time Is The Right Time 10-Keep On Choogin 11-Suzy Q 1-Raise Your Hand 2-As Good As You've Been To This World 3-To Love Somebody 4-Summertime 5-Try (Just A Little Bit Harder) 6-Kosmic Blues 7-Can't Turn You Loose 8-Work Me Lord 9-Piece Of My Heart 10-Ball and Chain 1-M'Lady 2-Sing A Simple Song 3-You Can Make It If You Try 4-Stand!
Yarotsin festivalı
Jarocin Festivalı — 1980-ci illərdə Avropanın ən böyük və ən mühüm rok musiqi festivallarından biri, Varşava Müqaviləsi ölkələrində bu günə qədər ən böyük alternativ musiqi festivalı idi. 1980-ci ildə əsası qoyulan festival 1971-ci ildən Yaroçin şəhərində təşkil edilən daha əvvəl "Böyük Polşanın Gəncliyin Ritmləri" əsasında qurulmuşdur. 1980-ci ildə Valter Çelstovskinin təşəbbüsü ilə adı dəyişdirilmişdir. Bir müddət sonra ə adı yenidən dəyişdirilərək — Rok Musiqiçiləri Festivalı adlandırılmışdır. Jarocin festivalı təşkili və atmosferi baxımından məşhur Amerika Voodstock Festivalına əsaslanırdı, buna görə də bəzən Polşa Voodstock adlanır. 1980-ci illərdə bu, Polşa Xalq Respublikasının son dövrünün acınacaqlı, yoxsul reallığından qaçış kimi qəbul edildi. Bu 3 gün davam etdi və adətən avqustun əvvəlində keçirilirdi. Festival minlərlə pərəstişkarı (məsələn, 1986-cı ildə onların sayı 30 000-dən çox idi) cəlb etdi, onlar çadırlarda yaşayırdılar və Polşa radio və ya televiziyasında başqa cür çətin ki (və ya heç vaxt) səsləndirilməyən musiqiyə qulaq asmağa gəlirdilər. Yenə də bir çoxları Jarocin-in totalitar hökumətin məxfi xidmətləri tərəfindən narahat Polşa gəncləri üçün "təhlükəsiz çıxış" yaratmaq üçün yaradıldığına inanırlar. Festival boyu müxtəlif musiqilər səsləndi, lakin ümumiyyətlə, "alternativ" janrlar — blüz , rok, ağır metal, punk rok və reqqi çalındı.
Traybeka Festivalı
Traybeka Festivalı (ing. Tribeca Festival) — Tribeca Productions tərəfindən təşkil edilən illik film festivalı. Hər il yaz mövsümündə Nyu-York şəhərində keçirilir, geniş çeşiddə filmlər, epizodlar, müzakirələr, musiqilər, oyunlar, incəsənət əsərləri təqdim edilir. Traybeka 2002-ci ildə Robert De Niro, Ceyn Rozental və Kreyq Hatkoff tərəfindən 11 sentyabr hücumlarından sonra Dünya Ticarət Mərkəzinin dağıdılması nəticəsində zərər çəkmiş Aşağı Manhetten (ing. Lower Manhattan) bölgəsinin iqtisadi və mədəni dirçəlişinə köməklik göstərmək üçün yaradılmışdır. Festival 2020-ci ilə kimi Traybeka Film Festivalı adı ilə bilinirdi.
Moruq Festivalı
= Göygöl Moruq Festivalı = Göygöl Moruq Festivalı Azərbaycanda ilk dəfə olaraq Göygöl rayonunda keçirilən bir tədbirdir. Bu festival 14-15 sentyabr 2024-cü il tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur. Festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, Mədəniyyət Nazirliyi və bir çox digər dövlət və özəl qurumlar yer almışdır. Festivalın əsas məqsədi Göygöl rayonunun turizm potensialını artırmaq, aqroturizmin inkişafına dəstək vermək, bölgənin unikal xüsusiyyətlərini və kənd təsərrüfatı məhsullarını tanıtmaq, eləcə də moruq istehsalının təşviqi vasitəsilə iqtisadi inkişafa töhfə verməkdir. Festival, Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunmuşdur. Ziyarətçilər yerli moruq sortlarının dequstasiyası və satışında iştirak etmiş, eyni zamanda 100-ə yaxın fermer və sənətkarın məhsulları ilə tanış olmuşlar. Festival zamanı əyləncəli şou proqramlar, konsertlər, idmançıların nümunəvi çıxışları və açıq havada müxtəlif tədbirlər keçirilmişdir. Festival ərazisində xüsusi kampinq zonası da mövcud olmuşdur. Festivalın keçirilməsi aqrar və turizm sektorlarının inkişafına müsbət təsir göstərmiş, yerli moruq istehsalçılarının yeni işgüzar əlaqələr qurmasına və məhsullarını geniş auditoriyaya tanıtmasına imkan yaratmışdır. Tədbirin hər gün 5 mindən çox insan tərəfindən ziyarət ediləcəyi gözlənilmişdir.
Çervona ruta (festival)
Çervona ruta (ukr. Червона рута) — 1989-cu ildən bəri hər iki ildən bir keçirilən daimi ikiillik ümumkrayna müasir mahnı və populyar musiqi gənclər festivalı. Bu, "şarovarı" janrı ilə əlaqəli ənənəvi Ukrayna xalq mədəniyyətindən uzaqlaşaraq daha çox Ukrayna populyar musiqisinin təqdim olunduğu bir meyar olmuşdur. Bəzən Ukraynadan sadəcə seçilmiş bir mahnının nümayiş olunduğu SSRİ İlin Mahnısı (Pesnya qoda) festivalından fərqli olaraq, "Çervona ruta" daha çox müğənni və mahnıya icazə vermişdir. Festival məşhur Ukrayna mahnısını olan "Çervona ruta"nın müəllifi və bəstəkarı olmuş ukraynalı bəstəkar və şair Vladimir İvasyuka həsr olunmuşdur. Bu adçiçəkli bitkilərin mifoloji və ya faktiki növlərinə olan "Çervona ruta" ilə əlaqəlidir. Festivalın ideyası və adı jurnalist İvan Lepşaya məxsusdur. Layihəni onu Taras Melnik, Kiril Stetsenko, Anatoli Kalenıçenko, Oleq Repetski və İvan Malkoviç həyata keçirmişdilər. Festival Ukrayna populyar musiqisinin canlanmasında mühüm rol oynamış və 1990-cı illərin Ukrayna musiqi bumuna töhfə vermişdir. 1986-cı ildə SSRİ-də "perestroyka" kimi tanınan islahatlar başlayana qədər "Qlasnost" və "Uskoreniye" ilə birlikdə bütün Sovet İttifaqında rok musiqisi tabu idi.
Gənclər Festivalı (1969)
Kann Film Festivalı
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biri. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başladı. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışırdı.
Kiyev Musiqi Festivalı
Kiyev Musiqi Festivalı — Kiyev şəhərində 1990-cı ildən başlayaraq, payız aylarıda Mədəniyyət və informasiya siyasəti Nazirliyinin dəstəyi ilə baş tutan beynəlxalq musiqi festivalı. Kiyev Musiqi Festivalının bədii rəhbərləri 1990–2001-ci illərdə İvan Karabis, 2002–2005-ci illərdə Miroslav Shorih, 2006–2012-ci illərdə İvan Nebesnı, 2013–2015-ci illərdə isə Miroslav Shorih olub.
Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival. “Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir. Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır. ”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır. Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.
Montrö Caz Festivalı
Montrö Caz Festivalı (fr. Montreux Jazz Festival) — hər ilin iyul ayında İsveçrənin Montrö şəhərində keçirilən caz festivalı. Montrö Caz Festivalı Montreal Beynəlxalq Caz Festivalından sonra dünyada ikinci ən böyük caz festivalıdır.
Qarabağ şərab festivalı
Qarabağ şərab festivalı (erm. Արցախյան գինու փառատոն) — Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən keçirilən festival. İlk dəfə 18 oktyabr 2014-cü ildə keçirilmişdir, İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdır. Festival təkrarlanan xarakter daşıyırdı və hər sentyabrın üçüncü şənbə günü keçirilirdi. Festival Qondarma Dağlıq Qarabağ Respublikası Mədəniyyət, Turizm və Gənclər Nazirliyinin Turizm və Tarixi Yerlərin Mühafizəsi Departamentinin təşəbbüsü ilə keçirilirdi, regionda turizmi inkişaf etdirmək məqsədi daşımışdır. Bu, Qarabağda şərabçılıq ənənələrini bərpa etmək üçün nəzərdə tutulmuşdu. Festival Dağlıq Qarabağ və Ermənistan şərabçılarına öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq və s. imkanı verən platforma yaratmışdır. Hər il keçirilən festivalın proqramına üzüm ayaqlama, ənənəvi Qarabağ mətbəxinin dequstasiyası, sənət əsərlərinin sərgisi, Dizaq məlik sarayına aid tarixi artefaktların sərgisi, eləcə də yerli şərabın sərgisi və satışı daxildir. Burada Qarabağ və Ermənistanın 5 müxtəlif bölgəsindən məhsul sərgilənirdi.
Qəbələ Musiqi Festivalı
Qəbələ Musiqi Festivalı — Azərbaycanın Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalı. Festival Heydər Əliyev fondunun köməyi ilə təşkil olunur. Tədbir Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil olunur. Musiqiçilər açıq səma altında çıxış edirlər. Festivalda, keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. 2009-cu ildə, musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilmişdir. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər Caz və Muğam gecələri də təşkil olunmuşdur. 2010-cu ildə Qəbələ festivalı avqust ayında keçirilmişdi. Festivala dünyanın bir çox ölkələrindən sənətçilər toplaşmışdı. YUNESCO-nun baş direktoru, İrina Bokova da festivalın açılışında iştirak etmişdir.
Sandens Film Festivalı
Sundance Film Festivali — Amerika müstəqil kinosunun ən əhəmiyyətli dəstəkçisi olmuş, Hollywood film sənayesi və onun Oscar əsaslı istehsal sxeminə uyğun müstəqil film festivalıdır. Məşhur aktyor Robert Redford tərəfindən 1981-ci ildə qurulmuş olan Sundance İnstitutu 'u hər il ABŞ' ın Utah ştatında həyata keçirilir. Sundance Film Festivalı, Utah əyalətinin Salt Lake şəhərində hər il təşkil edilən kino və sərgisi olan Amerika Film Festivalı (United States Film Festival) adı altında 1978-ci ildə quruldu. İlk quruluş illərində bu Festival daha çox geriyə dönük filmler və film istehsal seminerlerine yönəldilmişdir. Buna qarşılıq, başlanğıcından bu yana, Hollywood sisteminin xaricində edilən - "müstəqil" kinosu olaraq adlandırılacaq - Amerika filmlərində ortaya çıxan qarışıqlığa diqqət çəkməyi məqsəd qoyan milli bir yarışma xüsusiyyətini daşımaqda idi. Amerika Film Festivalı daha sonra Park City, Utah'a daşındı və film çəkiliş taxtasıyla birlikdə sənədli filmlər və qısa metrajlı filmləri də içinə alacaq şəkildə əhatəsini genişlətdi. 1985-ci ildə Sundance İnstitutu bu Festivalı öz proqramına daxil etdi və beynəlxalq filmləri gösterimi edilən əsərlər rəngarəngliyinə qatdı. 1991-ci ildə rəsmi olaraq ad dəyişikliyi ilə Sundance Film Festivalı adını alan Festival, yeni müstəqil film budağında ən yaxşı film mükafatını ala bilmək üçün beynəlxalq arenada özünü qəbul etdirmiş bir vitrin halına gəlmişdir.
Sapporo Qar Festivalı
Sapporo Qar Festivalı (yap. さっぽろ雪まつり - "Sapporo Yuki Maçuri") — Hər il qış fəslində Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilən qar fiqurları festivalı. Hər il fevral ayının ikinci həftəsində təşkil edilir. Bu festival qış fəslində Yaponiyada təşkil edilən ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər. Festivala şəxsən yerində baxmaq üçün Sapporoya gələn turistlərin sayı ilbəil artır. Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan və qardan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün Sapporo şəhərinə axışır. Avrora qülləsindən başlayaraq şəhərin mərkəzi Susikino küçəsi və Odori parkı boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir. Sapporo festivalının əsası 1950-ci ildə qoyulmuşdur. Həmin vaxt şəhərin mərkəzində məktəblilər buzdan altı fiqur düzəltmişdirlər. Festivalda qardan düzəldilmiş fiqurlarla yanaşı, karnaval və qar topu oyunu da təşkil olunur ki, bunlar da buraya həmin vaxt 50 minədək insanın toplaşmasına səbəb olur.
Sanremo Musiqi Festivalı
Sanremo Müsiqi Festivalı (İtaliyanca: Il Festival della Canzone Italiana di Sanremo) — İtaliyada olan Sanremo şəhərində həyata keçirilən, yalnız festival üçün xüsusi olaraq bəstələnən mahnıların yarışdığı məşhur bir İtalyan musiqi festivalıdır. Əsasən Festival di Sanremo və İtaliya xaricində Sanremo Musiqi Festivalı olaraq tanınır. Festival Avroviziya Mahnı Müsabiqəsinə ilham qaynağı olmuşdur. Birinci Sanremo Musiqi Festivalı, 29 və 31 yanvar 1951-ci illər arasında, RAI-nin radio kanalı Rete Rossa üzərindən yayımlandı. Festivalın finalına Duo Fasano tərəfindən dəstəklənən Nilla Pizzi ilə Achille Togliani olmaqla yalnız iki adam qatıldı. 1955-ci ildən festival televiziyada canlı yayımlanmağa başladı. 1951-ci ildən 1976-cı ilə qədər festival Sanremo Casinoda reallaşdırıldı, ancaq 1977-ci ildən Ariston teatrında keçirilməyə başladı və Nuovo Mercato dei Fioriddə reallaşdırılan 1990 festivalı istisna olmaqla bütün festivallar burada reallaşdırıldı. 1953–1971-ci illərdə 1956-cı il istisna olmaqla bütün mahnılar yarışmanın bir müğənni yarışmasından çox bir söz yazarı yarışması olduğunu ifadə etmək üçün iki fərqli müğənni tərəfindən səsləndirilmiş, hər bir müğənni öz orkestrindən istifadə etmişdir. Festivalın bu dövründə mahnıların bir versiyasının bir İtalyan bir də beynəlxalq qonaq olan müğənni tərəfindən səsləndirilməsi bir ənənə halını almışdır. Festival 1956–1966-cı illər arası, 1977, 2011, 2012 və 2013-cü illərdə İtaliyanın Avroviziya Mahnı Müsabiqəsindəki nümayəndəsini seçmək üçün istifadə edilmişdir.
Bulbophyllum aestivale
Bulbophyllum aestivale (lat. Bulbophyllum aestivale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Filippin üçün endemik növdür.