Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Hesabat
Hesabat (ing. Report, rus. отчет) – verilmiş mövzu üzrə informasiyanın, adətən, müəyyən çap blankı, yaxud forması şəklində verilməsi. Uyğun proqramın köməyilə hazırlanmış hesabatlarda mətn, qrafika və diaqram ola bilər. Verilənlər bazalarının idarəolunması proqramlarında hesabat formaları yaratmaq və onları generasiya etmək üçün xüsusi proqramlar ola bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bugünkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Başbarat (Tikantəpə)
Başbarat (fars. باش برات‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (80 ailə).
Hasarlı (Qoşaçay)
Hasarlı (fars. حصارلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hesabat jurnalı
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
İllik hesabat
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Neftçi-Ararat
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.