Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Harbin
Harbin (çin. 哈尔滨 (哈爾濱)) — Çin Xalq Respublikasının şimal-şərqində böyük şəhər.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır. Heroinin bir çox jarqon adları var: eriz (aries), harri (harry), tiqer, cenni (jenny), spayder, svit drims (sweet dreams), antifriz (antifreeze), bonita, heyzel (hazel), qara qartal, dinamit, predator.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Turbin
Turbin (lat. turbare — dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir. Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslar və kompressorlar aiddirlər. Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir. Sıxılan mayelərlə işləyən (istilik maşınları) Qaz turbini Buxar turbini Şırnaqla işləyən turbin Sıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar) Külək turbini Su turbini Konstruksiyasına görə Axial quruluşlu (məs.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Abram Surkin
Abram Surkin — Azərbaycanın Əməkdar memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Abram Surkinə həsr edilmişdir.
Aktiv turbin
Aktiv turbin — işlək kürəklərin faydalı iş yaratmaq üçün işlək maddənin (qazın, buxarın, mayenin) sərbəst axınının yalnız kinetik enerjisindən istifadə edilən turbin növü. İşlək kürəklərin qarşısında yerləşdirilmiş, tərpənməz istiqamətləndirici kanallarda (ucluqlarda) axının daxili enerjisi kinetik enerjiyə, kürəklərdə isə kinetik enerji mexaniki işə çevrilir. Aktiv turbindəki axının təzyiqi işlək çarxın girişində və çıxışında eynidir. Aktiv turbinlərin üstünlükləri ümumiyyətlə aşağıdakılardır: kamerada daha vahid bir təzyiq paylanması səbəbiylə turbinə nisbətən təchizat kanallarının yerində daha çox sərbəstlik; kiçik bir təzyiq fərqi şəraitində boşluqlardan sızma əhəmiyyətsiz olduğundan, turbin və korpus arasındakı boşluqların ölçüsünə, istehsalın asanlaşdırılmasına və yataklar üçün tələblərə daha aşağı tələblər; şaftda aşağı eksenel yük; maşınlarla birləşməni asanlaşdıran reaktiv turbinlərlə müqayisədə daha aşağı fırlanma sürəti.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921 və ya 12 dekabr 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012 və ya 2 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. == Həyatı == Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub. 1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Nurdin Musayev
Nurdinm Musayev (2 (15) oktyabr 1913 – 1983, Qroznı) — Çeçen yazıçı, şair, dramaturq, tərcüməçi, alim, filologiya elmləri namizədi, müəllim, Böyük Vətən müharibəsi iştirakçısı, Çeçen-İnquş MSSR Yazıçılar Birliyinin sədri (1958-1959), SSRİ Yazıçılar Birliyinin üzvü (1934). 15 oktyabr 1913-cü ildə Belqatoy kəndində kəndli ailəsində anadan olmuşdur. 1929-cu ildə ibtidai məktəbi, 1933-cü ildə isə Qroznı fəhlə məktəbini bitirir. İşçilər fakültəsini bitirdikdən sonra Moskvada Ümumittifaq Kommunist Jurnalistika İnstitutunun Komsomol şöbəsinə daxil olur. Hələ məktəbdə ikən şeir yazmağa başlayır. İlk əsərləri 1930-cu ildə nəşr edilmişdir. 1933-cü ildə "Doğru yolda bir addım" şeirlər toplusu nəşr olunur. Eyni zamanda kolxoz quruculuğuna həsr olunmuş "Dövrümüzün cücərməsi" pyesini yazır. SSRİ Yazıçılar Birliyinin birinci təsis qurultayının nümayəndəsi olur. Yarandığı gündən SSRİ Yazıçılar Birliyinin üzvüdür.
Qriqori Qurkin
Qriqori Qurkin (12 yanvar 1870, Qorno-Altaysk, Qərbi Sibir general-qubernatorluğu[d] – 11 oktyabr 1937, bilinmir) sadəcə altay türklərinin deyil, Sibirdəki bütün türk boylarının yaxından tanıdığı və əfsanələşdirdiyi öndərdir. Onu dünyaya tanıtdıran rəssamlığı olsa da Qriqori Qurkin eyni zamanda türkoloq və etnoqraf olmuşdur. Günümüzdəki Sibir türkləri üçün başqa bir önəmli rolu da onun müstəqillik qəhrəmanı olmasıdır. Qriqori Qurkin 1870-ci ildə Qorno-Altaysk, Biyskdə doğulmuşdur. Missionerlərin Altayda açdıqları məktbi bitirmişdir. 1897-ci ildə Peterburqdakı rəssamlıq akademiyasına getməyə çalışsa da, gec olduğu üçün qəbul edilmədi. Ulala və Biysk qəsəbələrində işlədi. Rəssam İvan Şişkinlə görüşən Qurkin təxminən 8 ay onun yanında qaldı və ondan dərs aldı. 1899-cu ildə imtahan vermədən Peterburq Rəssamlıq Akademiyasına qəbul oldu. 1917-ci il inqilabından sonra Qurkin və altaylı ziyalılar ruslara qarşı oldular.
Renni Harlin
Renni Harlin (15 mart 1959[…]) — əslən finlandiyalı rejissor. Dünyaca məşhur rejissor çəkdiyi filmlərlədə dəfələrlə gündəmə gəlmişdir, bu filmlərdən Rusiya və Gürcüstan müharibəsinə aid "Avqustun 5 günü" döyüş janrlı film xüsusi ilə fərqlənir.
TAI Hürjet
TAI Hürjet — tək mühərrikli, tandem oturacaqlı, supersonik inkişaf etmiş təlim və yüngül döyüş təyyarəsi. Türk Aerokosmik Sənayesi tərəfindən inkişaf etdirilir. TAS, dizaynın Northrop T-38 Talon-u əvəzləyəcəyini və Türk Hava Qüvvələrində yaxın hava dəstəyi və döyüş-təlim rollarında F-16-nı tamamlayacağını düşünür.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Vitali Çurkin
Vitali Çurkin (tam adı: Vitali İvanoviç Çurkin, rus. Виталий Иванович Чуркин; 21 fevral 1952, Moskva – 20 fevral 2017, Manhetten, Nyu-York ştatı) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. 21 fevral 1952-ci ildə Moskva şəhərində anadan olmuşdur. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlamışdır. 1992-ci ildə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini işləmişdir. 1994–1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Rusiyanın Kanadada səfiri, 2006-cı ildən ömrünün sonunə qədər isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 20 fevral 2017-ci ildə təxminən saat 17:30-da Nyu-York şəhərində səfirlikdə iş başında olarkən infarkt nəticəsində vəfat etmişdir.
Huron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Lujin boğazı
Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Neoseiulus huron
Neoseiulus huron (lat. Neoseiulus huron) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Noor Husin
Noor Husin (3 Mart 1997-ci ildə Əfqanıstanın Məzari-Şərif şəhərində anadan olub) — Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Əfqanıstan futbolçusudur. Husin hələ uşaq olarkən Əfqanıstanda baş verən müharibəyə görə ailəsi İngiltərəyə köçməyə məcbur olmuşdur. Husin burada Ridinqin akademiyasında futbol oynamağa başlamışdır. 2015-ci ilin oktyabr ayının ortalarında Husin Hemel Hemstid Taun klubuna icarəyə verildi. 2016-cı ilin yanvar ayında yenidən Ridinq klubuna geri döndü. 2015-16 mövsümünün sonunda Husin Ridinq klubunu tərk edəcəyini açıqladı. Ridinq klubunu tərk etdikdən sonra Husin 2016-cı ilin yayında Kristal Palas klubu ilə müqavilə imzaladı. 31 yanvar 2017-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Akkrinqton Stenli klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Husin klubu ilə debütünü 4 fevral 2017-ci ildə Notts Kaunti klubu ilə oyunda etmişdir. Husin debüt oyununda qolla yadda qalmışdır.
Nurin (Əbhər)
Nurin (fars. نورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,088 nəfər yaşayır (550 ailə).
Prjin müqaviləsi
Prjin müqaviləsi (mak. Пржински договор) — Avropa İttifaqının vasitəçiliyi ilə Makedoniya Respublikasının əsas siyasi partiyaları arasında imzalanma prosesi 2015-ci il iyunun 2-dən iyulun 15-dək baş tutan saziş. Müqavilə 2015-ci ilin birinci yarısında siyasi və institusional böhrana son qoyur. Razılaşma nəticəsində Makedoniya Sosial Demokrat İttifaqı öz xalqını Makedoniya hökumətində təmsil etmək hüququ əldə edib, 2016-cı ilin yanvarında dövlət qulluqçularının telefon danışıqları dinlənildikdən sonra sübuta yetirilən cinayətlərin araşdırılması nəticəsində baş nazir Nikola Qruevskinin istefası və Makedoniyada növbədənkənar seçkilərin keçirilməsinə nail olunub. 2015-ci ilin mayında Skopyedə baş nazir Nikola Qruevski və onun hökumətinə qarşı etirazlar başlayır. Etirazlar müxalifət lideri Zoran Zayevin 20 mindən çox Makedoniyalı dövlət qulluqçusuna və şəxsən Nikola Qruevskoqona çirkin olduğunu deyərək gənc oğlanın qətli ilə bağlı işin üstü açılandan sonra başlayıb. 2011-ci il mayın 5-də iğtişaşlar başyır. Mayın 12-də daxili işlər naziri Yordana Yankuloska və nəqliyyat naziri Mile Yanakiyeski Təhlükəsizlik və Əks-kəşfiyyat İdarəsinin sədri Saşo Mijalkovla birlikdə bir sıra dövlət cinayətlərində iştirakları ilə bağlı materiallar dərc edildikdən sonra istefa verirlər. Przina sazişinin həyata keçirilməsinə Sosial Demokrat İttifaqının VMRO-DMPNE partiyasını icranı gecikdirməkdə ittiham etməsi mane olub. Katitsa Yanevanın xüsusi prokuror təyin edilməsi sıçrayış kimi qiymətləndirilsə də, onun komandasına IMRO partiyasının üzvlərinin daxil olması təəccüb doğurub.