Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.) Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır.
Han
Han — kişi adı.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttəpə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Hasan Adıgüzel
Hasan Adıgüzel (4 aprel 2000-ci ildə Manisada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Akhisar Bələdiyyəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Akhisar === Adıgüzel Akhisar akademiyası vasitəsilə inkişaf etmişdir. Adigüzel öz peşəkar karyerasında debütünü 21 yanvar 2017-ci ildə Kayserispor klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Kustodionu əvəz etmişdir. Həmin görüşdə Akhisar liqa görüşündə Kayserispor ilə 0-0 hesabı ilə bərabərə olmuşdur. == Milli karyerası == 2017-ci ildə Adigüzel Türkiyənin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Adigüzel İspaniya, Xorvatiya, İtaliya, Macarıstan və İngiltərə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Hasan Baydar
Hasan dağı
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir. Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar. Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Hvan Hyuncin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. == Haqqında == === İlk İllər === Hyunjin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. == Karyera == === Debütdən öncə === Stajçı olaraq Hyunjin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyunjin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyunjin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Həsan Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Liu Hsian
Liu Hsian (v. 387) — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Atası Liu Kuren idi. Əmisi Liu Tucuanı öldürərək hakimiyyətə gəlmişdi. == Hakimiyyəti == Hakimiyyətə gələndə müstəqil siyasət yürütməyə başlayan hökmdar, gələcək imperator Toba Quini təhdid olaraq görməyə başlayırdı. Bunu görən Qui əyanların köməyi ilə ana babasının yanına qaçırılmışdı. 386-cı ilin payızında Toba Kuduoya kömək edərək Toba Quini devirməyə çalışdı. Toba Kuduo isə öz növbəsində Hsianın qohumu Liu Veyçen tərəfindən tutularaq edam edildi. Liu Hsian qardaşı Liu Kanqni ilə 387-ci ilədək mübarizə aparsa da Toba Qui tərəfindən məğlub edildilər. Digər qardaşı Liu Peini 386-cı ildə təslim olmuşdu.
Liu Hsin
Liu Hsin Hun dövləti Xan Çaonun son imperatorudur. O atası Yaonun ölümündən sonra imperator olsa da həmin Şi Le tərəfindən tutularaq öldürüldü.Şi Le həmçinin Liu Yin və digər qardaşlarını da öldürdü. Bütün hun əyanlarını edam edən Şi Le Xan Çaonun varlığına son qoydu.
Hasan Kabze
Hasan Kabze (d. 26 may 1982, Ankara) — türk keçmiş futbolçusudur. == Klub karyerası == === Qalatasaray === Çanaqqala Dardanelspor'da göstərdiyi performansla diqqət çəkən Kabze 2004–2005 mövsümünün yay transfer mövsümündə Qalatasaray'a transfer oldu və komanda üçün ilk qolunu 4 fevral 2005-ci ildə oynadığı Qaziantepspor matçında vurdu və 5–1 qalib gəldi. Superliqanın 33-cü həftəsində "Beşiktaş" a 2 qol vuraraq komandası ilə 2:1 hesablı qələbə qazanıb. === Rubin Kazan === 2007-ci il mövsümündə "Qalatasaray"a Karl-Haynts Feldkampın məşqçi kimi gəlməsi ilə komandada böyük dəyişiklik oldu. Hasan Kabze Necati Ateş, Cihan Haspolatlı, Orhan Ak, Emre Aşık kimi adlarla birlikdə komandadan ayrıldı. 9 avqust 2007-ci ildə Rossiyskaya 1,5 milyon avroya Premyer Liqa klubuna "Rubin" ə keçdi. Kazanda ilk qolunu Moskvanın "Spartak" ına vuran "Kabze", komandası ilə matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. "Rubin" tarixində ilk Rusiya Liqası çempionluğu heyətində yer alan və çempionat matçında etdiyi ötürmə ilə yadda qalan Hasan Kabze "Qalatasaray"dan sonra ölkə xaricində çempion olub. 2009-cu il mövsümündə bir daha çempionluq qazanan Həsən Kabze nəhayət Superkubok Rossii qazandı və 3 il Rusiyada oynadıqdan sonra Fransanın Montpellier komandası ilə 3 illik müqavilə imzaladı.
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
İhsan Ketin
İhsan Ketin (türk. İhsan Ketin; 10 aprel 1914, Kayseri – 16 dekabr 1995, İstanbul) — Türkiyə alimi, geoloq, professor. Türkiyədə “Geologiyanın atası” kimi tanınan geologiya professoru İhsan Kətin 1948-ci ildə Şimali Anadolu fay xəttinin quruluşunu kəşf etməsi ilə tanınır. 1914-cü ildə Kayseridə doğulan İhsan Ketin orta və liseyi internat-təqaüdlə Kayseridə oxuyub. Daha sonra Atatürkün inkişaf üçün başlatdığı xaricə təqaüd üçün müraciət edən Ketin təqaüdü qazanaraq 1932-ci ildə Almaniyaya gedib. Ketin iki illik dil təhsilindən sonra 1934-cü ildə Berlin Universitetində geologiya üzrə təhsil almağa başlayır. Berlindəki siyasi qarışıqlıq və müəllimləri arasında yaranan fikir ayrılıqları səbəbindən Berlin Universitetini Bonn Universitetinə dəyişir. Məşhur geoloq Hans Kloosla işləməyə davam edən Ketin 1938-ci ildə doktorluq dissertasiyasını tamamlayaraq Türkiyəyə qayıdır. İstanbul Universiteti Elmlər Fakültəsinin Geologiya İnstitutunda dosent kimi işə başlayan Ketin o zaman 24 yaşında idi və ölkədə doktorluq dərəcəsi alan ilk geoloq oldu. Ərzincan zəlzələsi və sonrakı il 33.000 insanın ölümü nəticəsində zəlzələlər üzərində işləməyə başlayan Kətin ölkənin müxtəlif bölgələrində baş verən irili-xırdalı çoxsaylı zəlzələlərin tədqiqi ilə məşğul oldu.
ASAN İmza
ASAN İmza — Azərbaycan Vergilər Nazirliyinin "ASAN Xidmət" Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yaratdığı müştəriyə mobil telefonu etibarlı elektron şəxsiyyət vəsiqəsi kimi istifadə etməyə imkan verən xidmət. Şəxsiyyət vəsiqəsi kimi elektron xidmətlərə daxil olmaq və sənədləri rəqəmsal imzalamaq üçün istifadə edilə bilər, lakin şəxsiyyət vəsiqəsi oxuyucusu tələb olunmur. Sistem müştərinin mobil telefon operatorundan tələb etdiyi ixtisaslaşdırılmış Mobile-ID SİM karta əsaslanır. Şəxsi açarlar autentifikasiya və imza üçün kiçik proqramla birlikdə mobil SİM kartda saxlanılır. Asan İmza (Mobile ID) Azərbaycanda elektron hökumət istiqamətində ilk addımdır. Bu elektron hökumətin hərtərəfli dəsti kimi nəzərdən keçirilə bilər. Şəbəkələrin, tətbiqlərin və xidmətlərin geniş əlçatanlığı sayəsində hər yerdə və istənilən vaxt müxtəlif cihazlarda mümkün olan yeni qarşılıqlı əlaqə və əməliyyat formalarını əks etdirir.
Ehsan Nuri
Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ; 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri. == Erkən həyatı == Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur. O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.
İhsan Nuri
Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ; 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri. == Erkən həyatı == Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur. O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.