Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xıy xıy
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Nquyen Hıy Tho
Nquyen Hıy Tho (vyet. Nguyễn Hữu Thọ: 10 iyul 1910[…], Sayqon – 24 dekabr 1996, Hoşimin və ya Hanoy) — Vyetnam inqilabçısı, Vyetnam Sosialist Respublikasının Prezidenti (1980–1981). == Həyatı == Məmur ailəsində anadan olmuşdur. Fransada hüquq təhsili almışdır. Birinci Hind-Çin müharibəsi illərində (1945–1954) vəkil kimi müqavimət üzvlərini müdafiə etmişdir. O, Sayqonda (1950-ci il mart) kütləvi antiamerikan nümayişinin liderlərindən biri idi. 1954-cü ildə Sülh Uğrunda Hərəkat təşkilatını yaratmışdır və onun vitse-prezidenti seçilmişdir. İki dəfə (1950–1952, 1954–1961) həbsdə olmuşdur. == Mükafatları == "Xalqlar dostluğu" ordeni (7 sentyabr 1980, SSRİ).
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cu ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) - Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Çiy
Aphanopleura - Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. == Növlər == Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin. & Rupr.) Nevski Achnatherum caudatum (Trin.) S. L. W. Jacobs & J. Everett Achnatherum clandestinum (Hack.) Barkworth s Achnatherum contractum (B.L. Johnson) Barkworth Achnatherum coronatum (Thurb.) Barkworth Achnatherum curvifolium (Swallen) Barkworth Achnatherum diegoense (Swallen) Barkworth Achnatherum duthiei (Hook.f.) P.C. Kuo & S.L. Lu Achnatherum editorum (E. Fourn.) Valdés-Reyna & Barkworth Achnatherum eminens (Cav.) Barkworth Achnatherum hendersonii (Vasey) Barkworth Achnatherum hymenoides (Oryzopsis hymenoides) Ricker ex Piper Achnatherum latiglume (Swallen) Barkworth Achnatherum lemmonii (Vasey) Barkworth Achnatherum lettermanii (Vasey) Barkworth Achnatherum lobatum (Swallen) Barkworth Achnatherum nelsonii (Scribn.) Barkworth Achnatherum nevadense (B.L. Johnson) Barkworth Achnatherum occidentale (Thurb.) Barkworth Achnatherum parishii (Vasey) Barkworth Achnatherum perplexum Hoge & Barkworth Achnatherum pinetorum (M.E. Jones) Barkworth Achnatherum richardsonii (Link) Barkworth Achnatherum robustum (Vasey) Barkworth Achnatherum roshevitzii Mussajev Achnatherum scribneri (Vasey) Barkworth Achnatherum speciosum Trin.
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
His
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Hil-hil oyunu
Hil-hil oyunu - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən,özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir.Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun.Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir. Hər oyunçuya bir dəyənək və 4-5 santimetrlikdə bir hil(pəl) lazımlıdır. Duz yerdə bir çala-mərə qazılır və ağacla asanca itələmək üçün üstündən 30-40 sm uzunluğunda bir arxcıq düzəldilir. Sonra oyunçuların sayına görə həmin mərənin xırda,çala("yuva") deyilən çalalar qazılır.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
Bilədaraq (Hir)
Bilədaraq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 30 km cənub-şərqdədir.
Bizvari hil
Bizvari hil, Nepal hili (lat. Amomum subulatum) - hil cinsinə aid bitki növü.
Böyük Kiy
Böyük Kiy — Kiy adaları arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenqski rayonu ərazisinə daxildir. Rıbaçi yarımadasından 1,6 km qərbdə yerləşir. Dairəvi formaya malikdir. Şimaldan cənuba uzunluğu 580 metr, maksimal eni 420 m təşkil edir. Cənub-şərq hissəsi istisna olaraq digər sahilləri qayalıqdır. Sahil xəttinin uzunluğu 1,6 km-dir. Mərkəzdə yerləşən düzən ərazilərdə tundra yayılmışdır.
Con Hik
Con Hik (20 yanvar 1922, Skarboro, Nort-Yorkşir[d] – 9 fevral 2012[…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır. == Bioqrafiyası == 20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur.
Con Hil
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Girdə hil
Girdə hil (lat. Amomum globosum) - hil cinsinə aid bitki növü.
HIP 14810
HIP 14810, Qoç bürcünün şimal bürcündə üç ekzoplanetar yoldaşı olan ulduzdur. O, Delta Arietisdən təxminən 1,3° şimalda yerləşir,, lakin 8,6 görünən vizual böyüklüklə çılpaq gözlə görünmək üçün çox zəifdir. Sistem paralaks ölçmələrinə əsasən Günəşdən 165 işıq ili məsafədə yerləşir, lakin −5 km/s radial sürətlə yaxınlaşır. Bu, G6V ulduz təsnifatına malik adi G tipli əsas ardıcıl ulduzdur. O, nisbətən aşağı fəaliyyət səviyyəsinə və 0,5 km/s aşağı proqnozlaşdırılan fırlanma sürətinə malikdir ki, bu da onun təxminən səkkiz milyard il yaşı olan köhnə ulduz olduğunu göstərir. Ulduzun kütləsi və parlaqlığı Günəşlə eyni olan yüksək metallığa malikdir. == Planet sistemi == Ulduzun orbitində üç təsdiqlənmiş planet var. HIP 14810 b və HIP 14810 c üçün kəşf sənədi 2007-ci ildə, HIP 14810 d üçün isə 2009-cu ildə c planeti üçün orbital parametrlərin təftişi ilə birlikdə nəşr edilmişdir. Simulyasiyalar göstərir ki, bu planetlərin orbitləri yaşayış zonasında hipotetik super-yer üçün sabit orbitə imkan vermir.
HIP 57274
HIP 57274 üç planetdən ibarət sistemə malik Böyük Ursanın şimal dairəvi qütb bürcündəki ulduzdur. O, çılpaq gözlə görünməzdir, görünən vizual böyüklüyü 8,96-dır. Bu sistemə olan məsafə ulduz paralaksına əsaslanaraq 84,4 işıq ilidir və o, +30 km/s radial sürətlə daha da uzaqlaşır. Ulduz 0,382 qövs saniyə/il sürətlə göy sferasını keçərək nisbətən yüksək düzgün hərəkət sürətinə malikdir.Bu, K5V ulduz təsnifatına malik adi K tipli əsas ardıcıl ulduzdur. Təxminən səkkiz milyard il yaşı olan Günəşdən daha yaşlı görünür və 1 km/s-dən az proqnozlaşdırılan fırlanma sürəti ilə yavaş-yavaş fırlanır. Ulduz Günəşin kütləsinin 73%-ni və Günəşin radiusunun 68%-ni təşkil edir. Heliumdan daha ağır olan elementlərin bolluğu Günəşdəkindən təxminən eyni və ya bir qədər yüksəkdir. Ulduz 4640 K effektiv temperaturda fotosferdən Günəşin parlaqlığının cəmi 19%-ni yayır. == Planet sistemi == HIP 57274 orbitində fırlanan üç ekzoplanet 2011-ci ildə radial sürət metodu ilə kəşf edilib və onların hamısının kütləsi Yerdən əhəmiyyətli dərəcədə böyükdür. 2014-cü ildə planetar tranzitlərin axtarışı uğursuz oldu.