HİM

is. dan. Birinə gözlə edilən işarə; him-cim.
□ Him eləmək – birinə gözlə, qaş-gözlə işarə etmək.
Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxarsın. C.Cabbarlı.
Şahsuvarov [Sadıqovun] çıxmasına him eləyir. İ.Əfəndiyev.

◊ Himə bənd – bir işi görmək üçün işarə gözləyən, bəhanə axtaran.
Mən aşiq kimə bəndəm; Sazımda simə bəndəm; Yarla görüşmək üçün; Bir kiçik himə bəndəm. (Bayatı).
[Lətifə] hönkürüb ağlamaq üçün ən balaca bir himə bənddi. M.Hüseyn.

Синонимы

  • HİM işarə — nişan

Омонимы

  • HİM HİM I is. İşarə. Arılar ətrafda him gözləyir, him; Oxusam hamısı mənə qoşular (Ağa Laçınlı). HİM II is
HİLLİ
HİM-CİM

Значение слова в других словарях