HİM
(Başkeçid, Borçalı, Şərur, Culfa, Gədəbəy, Kəlbəcər, Naxçıvan, Ordubad, Şamaxı)
bünövrə, özül, əsas. – Əvvəl himi atıram, so:ra daşınan himin doldururam (Ordubad); – Tufarın himin dərin qoy, möhkəm olsun (Başkeçid)
II
(Bakı, Borçalı, Gədəbəy, Masallı, Mingəçevir, Oğuz)
qaş-gözlə edilən işarə. – Bir himnən başa düşəcəx’ (Oğuz); – Eləjə himnən biz də başa tüşö:yrüx’ (Gədəbəy)
◊ Him eləmək (Masallı, Beyləqan) – qaşgözlə işarə etmək. – Yanıma gəlmək üçün İskəndərə him elədim (Masallı)