Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində Anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Stiq Daqerman
Stiq Halvard Daqerman (isv. Stig Halvard Dagerman, 5 oktyabr 1923[…] – 4 noyabr 1954[…], Danderyud[d], Stokholm leni[d]) — isveçli jurnalist və yazıçı. İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi. == Həyatı == Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı.
Stiq Larsson
Stiq Larsson (15 avqust 1954[…] – 9 noyabr 2004[…], Stokholm) – İsveçdə doğulan solçu siyasi lider, yazıçı, jurnalist, detektiv jurnalist Mikael Blumkvist və haker-qız Lisbet Salander haqqında "Millenium" trilogiyasının müəllifi. Həmçinin sağ ekstremizm və irqçilik haqqında araşdırmaları ilə də məşhurdur. == Bioqrafiya == Stiq Larssonun atası yerli gündəlik qəzet olan "Vesterbotttens-Kuriren"də rəssam işləyib. Stiq dünyaya gələndə valideynlərinin 17 yaşı olub. Stiq 9 yaşına qədər nənəsi (atasının anası) ilə birgə yaşayıb. Sonra o, daha bir övladı olan valideynlərinin yanına qayıdıb. 16 yaşında Stiq Larsson evi tərk edir. 18 yaşında Cənubi Vyetnamın Azad olunması uğrunda Milli Fonda dəstək olaraq yaradılan İsveç təşkilatının yığıncağında arxitektor Yeva Qabrielssonla tanış olur və çütlük birlikdə yaşayır. Stiq Larsson İsveç Sosialist Partiyasının aktivisti olub, İsveç jurnalı olan "Dördüncü İnternasional"ı redaktə edib. Bundan əlavə gündəlik "İnternasional" qəzetində müntəzəm olaraq yazıları dərc olunub.
Şaiq Bəşirov
Bəşirov Şaiq — Qarabağ müharibəsi şəhidi. 1974-cü il sentyabr ayının 26-da anadan olmuşdur. 1981-1991-ci illərdə Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbdə təhsil almışdır. Sənaye və qeyri-sənaye texnikumunu bitirmişdir. === Hərbi illəri === 26 sentyabr 1992-ci ildə hərbiyə çağırılmışdır. Şaiq Bəşirov 1993-cü ildə aprel ayının 3-də Laçın rayonu uğrunda gedən döyüşdə mühasirədə qalmış əsgər yoldaşlarına çörək və silah-sursat gətirərkən snayper ilə vurularaq dünyasını dəyişmişdir.
Şaiq Cavadzadə
Şaiq Faiq oğlu Cavadzadə (28 noyabr 1995 — 4 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Azərbaycan Respublikasının Ağsu rayonunda anadan oldu. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamladı. 2014-cü ildə hərbi xidmətini başa vurdu. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şaiq Cavadzadə oktyabrın 4-də şəhid olub. Ağsu şəhərində dəfn olunub.
Şaiq Həmidov
Həmidov Şaiq Məmməd oğlu — Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin] == Həyatı == 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir. 08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Şaiq Kəlbiyev
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Mirzəyev
Mirzəyev Şaiq Səyyad oğlu Hüquq elmləri üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. == Bioqrafiya == 2 avqust 1976–ci ildə Ağsu rayonunda anadan olmuşdur. Ailəlidir. 2 övladı var. == Təhsili == Şaiq Mirzəyev 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə həmin universitetin Mülki hüquq üzrə magistratura pilləsini bitirmiş, 2007-ci ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. == Fəaliyyəti == Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının İxtisas Komissiyasının üzvüdür. Bundan başqa, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutunun üzvüdür. 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu ildən etibarən təsis etdiyi “Mirzayev and Partners Legal Firm” adlı hüquq şirkətini təsis edib və ona rəhbərlik edir.
Şaiq Məmmədov
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Şaiq Məmmədoğlu
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
Şaiq Tarverdiyev
Şaiq Teymurov
Şaiq Vidadi oğlu Teymurov (6 noyabr 1996; Aranlı, İmişli rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaiq Teymurov 6 noyabr 1996-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şaiq Teymurov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Aranlı kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şaiq Vəli
Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib. O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub. 1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir. Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. == Ailəsi == Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib.
Şaiq İbrahimov
Şaiq Rəhim oğlu İbrahimov (3 yanvar 1951, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Su heyvanları şöbəsi", professor. == Həyatı == Şaiq Rəhim oğlu İbrahimov 1 mart 1951-ci il Bakı şəhərində anadan olub. 1967-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirmişdir. 1973-cü ildə AMEA Zoologiya İnstitutunun aspirantı olmuş, 1977-ci ildə "Lənkəran təbii vilayəti su hövzələri balıqlarının parazitləri" mövzusunda namizədlik,1991-ci ildə "Xəzər dənizi balıqlarının parazitləri (növ tərkibi, ekologiyası, faunasının mənşəyi və formalaşması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adını almışdır. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının üzvü, Müxtəlif universitetlərdə,o cümlədən xaricdə) zoologiya, ekologiya, parazitologiya, tibbi biologiya və genetika fənlərindən mühazirələr (Azərbaycan, rus və ingilis dillərində) mühazirələr oxumuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrufatı elmləri üzrə ekspert şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Elmi fəaliyyətinin ilk dövrlərində 1973-cü ildə Azərbaycan MEA Zoologiya İnstitunda baş laborant, 1973-cü ildə aspirant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə böyük elmi işçi, 1988-ci ildə yaradıcı qrup rəhbəri, 1992-ci ildə laboratoriya müdiri və 2012-ci ildə şöbə müdiri vəzifələrində çalışmışdır. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın daxili sularında 324 növ, Xəzər dənizində isə 357 növ parazitin ixtioparazitin olduğu müəyyən edilmişdir. O, balıqların parazit faunasının ətraflı morfoloji, sistematik, ekoloji və zoocoğrafi təhlilini, epizootoloji və epidemioloji qiymətləndirilməsini həyata keçirmişdir.
Şaiq Əsgərov
Əsgərov Şaiq Əhəd oğlu (10 yanvar 1966, Ağsu) — Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru. == Həyatı == 10 yanvar 1966-cı ildə Ağsu rayonunun 1-ci Qaraqaşlı kəndində anadan olub. 1983-cü ildə şəhər 2 saylı orta məktəbi bitirib. 1984–1986-cı illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin "Jurnalistika", 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi", 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarını və Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə bitirmişdir. O, müxtəlif illərdə çilingər, korrektor, müxbir, məsul katib müavini, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. 2001-ci ildən 2006-cı ilin dekabrınadək Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Elmi-tədqiqat və tədris işləri ilə 1995-ci ildən "Marketinq və ticarət" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. 2006-cı ildən 2015-ci ilədək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini işləmişdir. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.2015-ci ilin avqustun 26-da yenidən Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.
Şaiq Qəribzadə
Orxan Şaiq Gökyay
Orxan Şaiq Gökyay (d. 16 iyul 1902 - ö. 2 dekabr 1994) Türk yazıçıdır. == Həyatı == 16 iyul 1902-ci ildə atasının müəllim olaraq vəzifə yerinə yetirdiyi İnebolu'da dünyaya gəldi. İlk tədrisinə Kastamonuda başladı. Kastamonu İdadisinin doqquzuncu sinfində oxuyarkən, ailəsinin maddi çətinliyə düşməsi səbəbiylə təhsilinə ara verdi. == Təhsili == Katip olaraq xüsusi idarədə işə başladıqdan sonra ədəbiyyatla maraqlandı. İlk şeiri Kastamonu'daki Açıksöz qəzetində 1922-ci ildə nəşr olundu. Eyni il təhsilini tamamlamaq üzrə Ankaraya getdi. Ankara Darülmuallimin'dən məzun olduqdan sonra Piraziz, Samsun və Balıkəsirdə müəllimlik etdi.
Şaiq Kəlbiyev (əsgər)
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Məmmədov (əsgər)
Şaiq Şükür oğlu Məmmədov (d. 26 dekabr 1999; Gəncə – ö. 9 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Şaiq Məmmədov 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, noyabrın 9-da Şuşanın Daşaltı kəndi istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
SIG-Sauer P226
SIG-Sauer P226 - İsveçrə-Almaniya mənşəli tapança. SIG-Sauer şirkəti tərəfindən 1981-ci ildə konstruksiya edilib. ABŞ silahlı qüvvələri üçün nəzərdə tutulmuşdur. P226-nın daha kompakt bir modifikasiyasına SIG Sauer P228 deyilir və onun təkmilləşdirilməsi (E2 variantından başqa 9 × 19 mm olmayan patronları atəşə tutma ehtimalı baxımından) Sig Sauer P229 varisidir. == Tarixçə == SIG Sauer P226 tapançası 1981-ci ildə ABŞ ordusu üçün yeni 9 mm tapança üçün Amerika XM9 yarışmasında iştirak etmək üçün hazırlanmışdır. Əslində, bu İsveçrə silahlı qüvvələri üçün hazırlanan SIG Sauer P220 tapançası idi. 1984-cü il yarışının nəticələrinə görə yalnız P226 və İtaliyanın Beretta 92 tapançaları uyğun elan edildi. == Qurulması == Tapançanın avtomatikası qısa müddətdə gövdənin qaytarılması prinsipi ilə işləyir.
SIG-Sauer Pro
SIG-Sauer PRO - Almaniya və İsveçrə şirkətləri tərəfindən yaradılan yarım-avtomatik tapançalar seriyası. == Variantlar == SP 2340: .40 S&W və .357 SIG gilizləri ilə 1998 ci ildə istehsal olunmuş tapançanın orijinal variantı SP 2009: 1999-cı ildə istehsal olunmuş 9х19mm parabellum. gilizləri üçün nəzərdə tutulmuş variant SPC 2009: SP 2009-un qısaldılmış variantı. SP2009-9-BMS: SP 2009-un variantı ABŞ-də vətəndaşlar üçün nəzərdə tutulmuşdur SP 2022: SP 2009/2340-ın modifikasiyalı variantı 2002-ci ildə Fransa jandarmeriyasında işlənir. İşlənmə müddətdi 20 il nəzərdə tutulmuşdur SPC 2022: SP2022 nin kompakt variantı.
Şaiq Kəlbiyev (əsgər, 1971)
Şaiq Tahir oğlu Kəlbiyev (18 iyun 1971, Aşağı Cürəli, Puşkin rayonu – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir. === Hərbi illəri === 2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur. === Ölümü === İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, erməni silahlı qüvvələri ağır texnika ilə Ağdam rayonunun cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər.
Şaiq Kəlbiyev (əsgər, 1994)
Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994, Sahil – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. == Hərbi xidməti == Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib. Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Səid Faiq Abasıyanıq
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Səid Faiq Abasıyanığın ev-muzeyi
Səid Faiq Abasıyanığın ev-muzeyi (türk. Sait Faik Abasıyanık Müzesi) — Türkiyənin İstanbul şəhərində yazıçı Səid Faiq Abasıyanığın tarixi ev-muzeyi. Bu, yazıçının İstanbulda, Burqas adasında yaşadığı və əsərlərini yazdığı malikanədir. Ev 11 may 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. Tikili Darülşafaka Cəmiyyəti tərəfindən təmir olunmuşdur. Səid Faiq Abasıyanıq Mədəni İrsi və Səid Faiq Abasıyanıq Məsləhət Komitəsi Türkiyənin tanınmış yazıçılarını açılışa dəvət etmişdir. Muzeyi işçi heyəti idarə edir. Giriş pulsuzdur.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.