Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aşıq Qəmbər
Aşıq Qəmbər — Şair Qasım bəy Zakirin müasiri və yaxın dostu olan aşıq. Aşıq Əsədin xalq şeiri üslubunda yazdığı bir sıra lirik və satirik əsərləri vardır.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Merilin Çembers
Merilin Çembers (22 aprel 1952 – 12 aprel 2009) — pornoaktrisa, siyasətçidir. == Həyatı == Merilin Çembers 1952-ci ildə doğulmuşdur. Merilin 1970-ci ildə yuyucu tozun reklamına çəkildikdən sonra bütün Amerikada məşhurlaşmışdır. Porno ulduzun 50 yaşı tamam olduqda qəfildən siyasətlə məşğul olmağa qərar verib. Müxtəlif partiyalara qoşulandan 2 dəfə ABŞ-nin vitse-prezident postuna namizədliyini irəli sürüb – 2004 və 2008-ci illərdə, amma seçkilərdə lazım olan səsi yığa bilməyib. Merilin Çembers 2009-cu ildə vəfat etmişdir.
Qəmbər Bəybalayev
Bəybalayev Qəmbər Bəylər oğlu (1 mart 1957, Quba) — "Azərpoçt"un sabiq baş direktoru; texnika elmləri namizədi, dosent; Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i == Həyatı == Qəmbər Bəybalayev 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988–1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir. 2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilmişdir. Azərbaycan Texniki Universitetinin dosentidir. == Qarabağ müharibəsində == "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi işlədiyi dövrdə, 1991–1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir.
Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. == Həyatı == Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Qəmbər Namazov
Qəmbər Namazov (tam adı: Qəmbər Kazım oğlu Namazov; 25 avqust 1932 – 6 dekabr 2013) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. == Həyatı == Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda Güllübulaq kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Güllübulaq kənd orta məktəbinigümüş medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika –riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. O, 1957-ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Q. K. Namazov birinci elmi işini hələ tələbə olarkən yazmış və 1957-ci ildə Tbilisi şəhərində keçirilən tələbə və aspirantların Umumittifaq konfransında məruzə ilə çıxış etmişdir. Həmin iş SSSR Ali Orta ixtisas Təhsili Nazirliyinin "Tərifnamə"-si ilə mükafatlandırılmış və 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Məruzələrində" çap edilmişdir. Universitetdə təhsilini başa vurduqdan sonra, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il orada aspiranturaya qəbul olduqdan sonra, institut rəhbərliyi onu çox perspektivli bir gənc kimi aspiranturada təhsilini davam etdirmək üçün S. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam etmiş, orada "Diferensial tənliklər" kafedrasında akademik O. A. Oleynikin rəhbərliyi altında namizədlik dissertasiyasını yazmışdır. == Əmək fəaliyyəti == Q. K. Namazov 1960-cı ildən 1962-ci ilədək Az. SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi, 1962-ci ildən 1966-cı ilə qədər isə həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. Q. K. Namazov 1966-cı ildə müsabiqədən keçərək ADU-nun "Diferensial və tənliklər" kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Qəmbər Quluyev
Qəmbər Ağaverdi oğlu Quluyev (10.7.1950) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 146 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 47 Respublikada çıxmış elmi əsərlərinin sayı: 89 Konfrans məruzələri və tezislər sayı: 49 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10 === Əsas elmi nailiyyətləri === Idman yarışlarının idarə edilməsi üçün idarəetmə və məlumat sistemləri işlənib hazırlanmışdır. Kompressor aqreqatının vibrasiya vəziyyətinin diaqnostikası və proqnozlaşdırılması üçün robast informasiya sistemi işlənmişdir. 2007- ci ildə istismara verilmişdir. Neftqazçıxarma müəssisələri üçün yeni nəsil ölçü, nəzarət, diaqnostika sistemləri işlənib hazırlanmışdır. Regionda baş verən anomal seysmik proseslərin monitorinqini həyata keçirmək üçün RNM ASP stansiyalar şəbəkəsi yaradılmışdır. === Əsas elmi əsərlərinin adları === T.A.Aliev, A.M.Abbasov, G.G.Mamedova, G.A.Guluevç F.H.Pashayev. "Technologies for Noise Monitoring of Abnormal Seismic Processes." // "Seismic Instruments", 2013, Vol.49, №1, p.64-80. Гулуев Г.А. "Применение нейронной сети для идентификации вибрационного состояния компрессорного агрегата." // "Азербайджанское нефтяное хозяйство", 2013, №1, с.40-45 T.A.Aliev, A.M.Abbasov, G.A.Guluyev, F.H.Pashayev, U.E.Sattarova. "System of robust noise monitoring of anomalous seiemic processes." // "Soil Dynamics and Earthquake Engineereing", 2013, №53, p.11-25.
Qəmbər Sadıqov
Qəmbər Nəzir oğlu Sadıqov (1901-1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini.Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru. == Ailəsi == Sadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əksinqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.
Qəmbər Zülalov
Qəmbər Əbdül oğlu Zülalov (1895, Şuşa – 1976, Bakı) — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Onlar bir neçə il Türkmənistanın Aşqabad şəhərində əmisinin yanında yaşamışlar. Müğənniliyə 1917-ci ildə Şuşada başlamışdır. Şirin və məlahətli, yumşaq və orta tembrli səsi vardı. Bir müddət Şuşada xanəndəlik və müğənnilik etdikdən, müəyyən həvəskar tamaşalarında opera və operetta rolları oynadıqdan sonra 1919-cu ildə Bakıya gəlmişdir. 1926–1975-ci illərdə qısa fasilələrlə Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında Məcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 80 yaşında fəxri təqaüdə çıxmışdır.
Rövşən Qəmbər
Rövşən Qəmbər (3 iyun 1951, Qaryagin) — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995). == Həyatı == Rövşən Qəmbər 3 iyun 1951-ci ildə Karyagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. 1968-ci ildə Bakıdakı 62 nömrəli məktəbi əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur. 1970–1974-cü illərdə Almaniyanın Drezden Universitetində kimya fakültəsində ali təhsil almışdır. 1975-ci ilin mayında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında 3 illik təhsil almaqdan imtina edəndən sonra məcbur olub 1 il Sovet Ordusu sıralarında Ukraynada Ternopol şəhərində hərbi xidmət etmişdir. 1984-cü ildə dissertasiya müdafiə edib. 1986–1988-ci illərdə sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat sahəsində ikinci ali təhsil alıb. Ayaz Mütəllibovun hakimiyyəti zamanında — 1990-cı ildə Azərbaycan parlamentinə seçkilərdə Qarabağdakı 305 nömrəli seçki dairəsindən namizəd olaraq təxminən 75% səs alsa da, nəticələrin saxtalaşdırılmasına görə parlamentə buraxılmayıb[mənbə göstərin]. Rövşən Qəmbər Xocalı soyqırımından təsirlənən ziyalılarla birlikdə 1992-ci ilin mart-avqust aylarında qurulmuş Azərbaycan Ana Torpaq Partiyasının (AATP) sədri olub.
Çənbər (idman)
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
İsa Qəmbər
İsa Yunis oğlu Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci sədri (noyabr 1992 – 28 sentyabr 2014); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013–2014). == Həyatı == İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir. Uşaqlıq və gənclik illərində idmanla — futbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub. Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb. İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır. 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. == İctimai-siyasi fəaliyyəti == Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.
Ember Herd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.
Ember şəhəri
Ember şəhəri — ABŞ filmi "Ember şəhəri", Jeanne Dupraun 2003-cü ildə yazdığı eyni adlı kitaba çəkilmiş filmdir. Ssenarisi Caroline Thompsonun yazdığı filmin rejissorluğun Gil Kənan edib. Film Lina və Doon adlı iki uşağın həyatından bəhs edir. Onlar göy üzünün hər vaxt qaranlıq olduğu, günəş heç çıxmadığı Ember şəhərində yaşayırlar. Şəhərdəki bütün işıqlar hər zaman yanır. Şəhərdəki enerji qaynaqları tükəndikcə işıqlar sönməyə başlayır. Bundan sonra iki uşaq bu sehrin səbəbini axtarmaq və insanları işığa qovuşdurmaq üçün axtarışlara başlayırlar.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Çembers qraflığı (Alabama)
Çembers dairəsi (ing. Chambers County) — ABŞ-nin Alabama ştatının şərq mərkəzi hissəsində yerləşən bir qraflıq. 2020-ci ildə aparılmış siyahıyaalınmaya əsasən, əhalisi 34,772 nəfərdir. Qraflıq mərkəzi Lafayet şəhəridir. Ən böyük şəhəri Valli adlanır. Dairə alabamalı ABŞ senatoru Henri N. Çembersin adını daşıyır.
Arzu-Qəmbər dastanı
Arzu-Qəmbər dastanı— İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan == Haqqında == "Arzu-Qəmbər" dastanı xalq məişətini, onun inam və etiqadını, mərasimlərini, adət-ənənələrini parlaq şəkildə əks etdirir. Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. “Arzu ilə Qamber” bir türkmən dastanıdır. XVI-XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır . Kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Original mətninə hələlik rast gəlinməyib . Dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan İraq(1964), İran(1967) və Türkiyədə(1971), Bakıda təkrar-təkrar çap olunub ,, . Dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantları olsa da, işıq üzü görməmişlər . "Arzu-Qəmbər" xalq nağılları ilə bağlı olan dastanlardandır.
Qəmbər Məhərrəmov (şəhid)
Qəmbər Əmir oğlu Məhərrəmov () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəmbər Məhərrəmov 22 oktyabr 1968-ci ildə Yevlax rayonununda anadan olmuşdur. 4 qardasın kiçiyi olan Qəmbər Məhərrəmov 1992-ci ildə Şuşa ətrafındakı kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. == Hərbi xidməti == Qəmbər Məhərrəmov 1990-cı ilin iyun ayında ordu sıralarına qoşulub. O, cəbhədə olduğu 2 il müddətində Kosalar, Kərkicahan, Ağdərə rayonu və neçə-neçə kəndimizi ermənilərdən müdafiə etmişdir. Qəmbər Məhərrəmov 1992-ci ilin aprel ayında Ağdərə ətrafında gedən döyüşlər zamanı şəhid olmuşdur. Qəmbər Məhərrəmov Yevlax rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Bir vaxtlar oxuduğu Yevlax şəhər 4 saylı orta məktəb şəhid Qəmbər Məhərrəmovun adını daşıyır.
Qəmbər Hüseynli (film, 2007)
== Məzmun == Film XX əsrin ortalarında "Cücələrim" əsəri ilə tanınan bəstəkar Qəmbər Hüseynlinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Filmdə bəstəkarın Səməd Vurğun, Cəfər Cabbarlı, Z.Xəlil, Bəxtiyar Vahabzadə və Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi mahnılar səsləndirilmişdir. Fimdə rejissor Səyavuş Məmmədovun "İki Qorxu" filmindən kadrlar və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur.
Ember şəhəri (film, 2008)
Ember şəhəri — ABŞ filmi "Ember şəhəri", Jeanne Dupraun 2003-cü ildə yazdığı eyni adlı kitaba çəkilmiş filmdir. Ssenarisi Caroline Thompsonun yazdığı filmin rejissorluğun Gil Kənan edib. Film Lina və Doon adlı iki uşağın həyatından bəhs edir. Onlar göy üzünün hər vaxt qaranlıq olduğu, günəş heç çıxmadığı Ember şəhərində yaşayırlar. Şəhərdəki bütün işıqlar hər zaman yanır. Şəhərdəki enerji qaynaqları tükəndikcə işıqlar sönməyə başlayır. Bundan sonra iki uşaq bu sehrin səbəbini axtarmaq və insanları işığa qovuşdurmaq üçün axtarışlara başlayırlar.
Quadrinity: Member's Best Selections
Quadrinity: Member's Best Selections — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == Disc 1 - hyde best (Bütün mahnıların bəstəkarı - hyde) Disc 2 - tetsuya best (Bütün mahnıların bəstəkarı - tetsuya) Disc 3 - ken best (Bütün mahnıların bəstəkarı - ken) Disc 4 - yukihiro best (Bütün mahnıların bəstəkarı - yukihiro) yukihiro mahnıların adı dəyişdi.
Pəmbək (Pəmbək)
Pəmbək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilində Pambak, Bambak formasında işlənir.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün taraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Pəmbək
Tarixi yaşayış məntəqələri
Qəmsər
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qənbər
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Rəhbər
Rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir. == Rəhbərin əsas vəzifələri haqqında == Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır. Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır. Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.