Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı[d]) — Türkiyə futbolçusu, milliyyətcə albandır.Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur.
Sukur Qurban
Sukur Qurban (1848, Dağıstan – 1922) — Dargin şair, müğənni. Əsərlərində sosial bərabərsizlik və azadlıq problemini qaldırmışdır. == Bioqrafiyası == Sukur Qurban 1848-ci ildə (digər mənbələrə görə 1842-ci ildə) Kaşaqı kəndində anadan olmuşdur. Doğuşdan kor olan Sukur Qurban, əmisi oğlu ilə birlikdə iş dalınca Dağıstan boyunca səfərlər etmişdir. "Şukur" dargin dilindən "kor" olaraq tərcümə olunur. Şukur Qurbanın mahnı bəstələmək istedadı uşaqlıqda özünü büruzə verir. Mahnıları bəyənilir və tez də sevilirdi. Bütün həyatını gəzib dolaşmaqla keçirmişdir. Onun mahnıları dargin xalqının həyatı və taleyi haqqında lirik bir hekayədir. Qurban bir çox Dağıstan dilini bilir və qonşu xalqların mahnılarını dargin dilinə tərcümə edirdi.
Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır.Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir. O, xan sarayında, əsasən, "Zəminxarə", "Segah", "Hicaz", "Şüştər" muğamlarını ifa etmişdir.1897-ci ildə Xurşidbanu Natəvanın vəfatından sonra Şükür İrəvan şəhərinə köçmüş və orada uzun illər xanəndəlik etmişdir.
Şükür Bayramov
Şükür Məmməd oğlu Bayramov (1 sentyabr 1928, Qazax qəzası – 25 mart 1994, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы (азерб.) / Ҹ. Гулијевин редаксијасы илә. — Б.: АСЕ-нын баш редаксијасы, 1976. — Т. 1. — С. 546.
Şükür Bürhanov
Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959). == Həyatı və fəaliyyəti == 15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur. Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir. 1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur. Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır. Sov.İKP-nın üzvü idi. 15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.
Şükür Hacıyev
Şükür Hacıyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi. Şükür Hacıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Şükür Həmidov
Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini; İkinci Qarabağ müharibəsi şəhidi. Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur. Atası — Nəriman Həmidov ibtidai sinif müəllimidir. Anası — Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov ailənin doqquzuncu övladı idi. Şükür Həmidovun ailədə altı bacısı və üç qardaşı olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayırlar.
Şükür Mehdiyev
Şükür Mehdiyev (6 mart 1959–9 fevral 2019) — "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini. == Həyatı == Şükür Mehdiyev 1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966–1977) və hərbi xidmətə çağrılıb (1977–1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991–1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985–1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989–1990), RDİŞ-də milis sahə inspektoru (1990–1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992–1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993–1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994–1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996–1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999–2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001–2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003–2005), Qazax RPŞ-nin rəisi (2005–2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi.İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif olunub. Polis Polkovniki Şükür Nəcvəddin oğlu Mehdiyev 2019-ci il fevral ayının 9-da Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etmişdir.
Şükür Rzayev
Şükür Həbib oğlu Rzayev (21 oktyabr 1929, Şuşa, DQMV – 2006, Bakı) — hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru. 1982–1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1994–1998-ci illərdə Bakı şəhər prokuroru işləmiş, 1983–1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. == Həyatı == Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağda dünyaya göz açmışdır. Üç bacısı (Fatma, Səltənət, Məhbubə) və üç qardaşı (Hidayət, Rəşid, Əbülfət) ilə birlikdə uşaqlıq illərini Şuşanın "Merdinli" məhəlləsində keçirmişdir. Şükür Rzayev dörd yaşında ikən ailələri Bakı şəhərinə köçür. 1937-ci ildə 173 saylı məktəbin birinci sinfinə daxil olur. Bir müddət Ağdamda yaşamaları ilə əlaqədar orta təhsilini orada davam etdirir. Ailələrinin yenidən Bakıya qayıdışından sonra, 132 saylı məktəbdə təhsilin davam etdirir və məktəbi qızıl medalla başa vurur. 1948–1953-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alır. 1953-cü ildə Şükür Rzayev universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatı üzrə respublikanın prokurorluq orqanlarında işləməyə başlayır.
Şükür Səmədov
Şükür Səmmədov — Azərbaycanın xalq artisti (2005),Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının dosenti == Həyatı == Səmədov Şükür Hacıbala oğlu 1965-ci il Şabran rayonunda anadan olub. 1982-1989-cu illərdə klarnet ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1983-1985-ci illərdə ordu sıralarında Moskva şəhərində hərbi orkestrdə qulluq edib. 1986-cı ildən Azərbaycan Dövlət Opera teatrının simfonik orkestrində 1998-ci ildən isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrində klarnet qrupunun konsertmeysteridir. 2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin direktorudur. 2002-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir 2014-cü ildən nəfəs və zərb alətləri kafedrasının dosentidir. Azərbaycan Dövlət Respublikasının prezidentinin fərmanı ilə 2002-ci ildə Respublikanın əməkdar artisti , 2005-ci ildən isə xalq artisti fəxri adlarına layiq görülüb . 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şükür İlyasov
Şükür Qənbər oğlu İlyasov (9 yanvar 1991; Şabran, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şükür İlyasov 1991-ci il yanvarın 9-da Şabran şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şükür İlyasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şükür İlyasov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. == Həyatı == Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. == Yaradıcılığı == "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şükür Əhmədov
Şükür Əhmədov (1926–1970) — Sovet azərbaycan heyvandarı, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Şükür Əhmədov 1926-cı il mayın 12-də Naxçıvan MSSR-nın Kəngərli rayonu Böyükdüz (hazırda Azərbaycan Naxçıvan MR Kəngərli rayonu) kəndində anadan olub. 1940-cı ildə Naxçıvan rayonunun "Azərbaycan" kolxozda əmək fəaliyyətinə başlamışdır. Sonralar bu kolxozda baş çoban. Həmçinin Karl Marks adına kolxozun sədrinin müavini işləyib, Şahtaxtı baytarlıq şöbəsinin müdiri, sonralar kolxoz sədri H. Cavid adına kolxozun baytarı, Şahbuz rayonundakı, "Azərbaycan" kolxozunda, Kəngərli rayonunun Böyükdüz kənd kolxozunda sədr çalışmışdır. 1948-ci ildə qoyunçuluğun sahəsində yüksək nəticələr əldə etmişdir. Heyvandarlığın yüksək məhsuldarlığının üçün1949-cu il 24 iyun tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, əmək rəşadəti göstərdiyinə görə Hüseynov Qasım Rəsul oğlu "Oraq və Çəkic" medalına Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür ."Lenin" ordeni, ilə təltif olunub. 1970-ci il iyulun 5-də doğma kəndində vəfat edib.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. == Tarixi == Kənd orta əsrlərdə yaranmışdır. == Toponimikası == Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Əhalisi == == Həmçinin bax == Qusar rayonu == Xarici keçidlər == Cənnətə bir addım qalmış...
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Suğur
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Süxur
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Şütür
Şütür-Azərbaycanın erkən şəhərlərindən biri.Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi оlan 34 fərsənglik yоl Хaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Хanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən kеçirdi. Daha sоnra bu yоl Şəmkür, Yurd-Şadakban, Ağstafa, Yam və s.
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . == Toponimikası == Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.