Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. == Həyatı == Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Saksoniya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. == Həyatı == Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Maks Şeler
Maks Şeler (22 avqust 1874[…], Münxen – 19 may 1928[…], Frankfurt-Mayn) — alman filosofu, fəlsəfi antropologiyanın banilərindən biri. Maks Şeler insanın mahiyyətini izah edən təlimləri beş növə ayırmışdır: 1) Avropa-xristian doktrinası; 2) antik yunan; 3) naturalist; 4) dekadans nəzəriyyəsi; 5) fövqəlinsan konsepsiyası. == Həyatı == Maks (Ferdinand) Şeler Almaniyada Münhen şəhərində ortodoks yəhudi (atası Protestantlığı qəbul etmiş yəhudi) ailəsində anadan olmuşdur . 1894-cü ildə Münhendə Universitet dərsləri başladı lakin 1895-ci ildə təhsilini Berlində davam etdirdi . hərçənd ki , O Tibb təhsili almaq üçün Berlin Universitetinə müraciət etmişdir və İlk növbədə fəlsəfə və sosialogiyanı öyrənir , ən çox V. Diltey , G. Zimmelin mühazirələrini dinləmişdir. O, Yena Universitetində 1897-ci ildə doktorluq dərəcəsi aldı və 1899-cu ildə isə professor oldu. Şeler 1901-ci ildə Husserl ilə bir yığıncaqda görüşür və 1 ildən sonra Husserl in "Məntiqi Tədqiqatlar " əsərini oxuyur . Bu əsərin təsiri ilə Şeler ömrünün qalan hissəsini Fenomenologiyanın inkişafına həsr etmişdir. Şeler 2 cilddə "Etikada Formalizm və Maddi Dəyər Etikası" (1913–16) əsərini yazmışdır. Həmin əsərdə Şeler qeyd edirdi ki , dəyərlərin (bu anlayışı fəlsəfəyə Lotze gətirmişdir) Öz mövcüdluğu vardır.
Miroslav Şulek
Miroslav Şulek (16 mart 1993) — Slovakiyalı xizək yürüşçüsü. Miroslav Şulek Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miroslav Şulek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Şulek 3:28.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 61-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Müammər Gülər
Müammər Gülər (21 mart 1949, Mardin) — Türkiyənin daxili işlər naziri. == Həyatı == Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. == Hüquqi dayaq == 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. == Hüquq pozuntuları == 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Quercus suber
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Sinan Güler
Sinan Güler (türk. Sinan Güler; 8 noyabr 1983, İstanbul) — türk peşəkar basketbolçusu, oyun qurucu və hücum edici müdafiəçi mövqeyində oynayır. Daryüşşafaka BK-nun və Türkiyə milli basketbol komandasının oyunçusu. == Təhsili == Güler ​​2002–2004-cü illərdə Salt Lake City Community College komandası üçün kollec səviyyəsində oynamışdır. Daha sonra daha iki il Carroll Collegenin (Montana) şərəfini qorumuşdur. == Peşəkar karyerası == Beşiktaş Basketbol Klubunun gənclər komandalarında oynadıqdan sonra Güler 2000–01 mövsümündə ​​peşəkar fəaliyyətinə başladı. ABŞ-da kollecdə oxuduqdan sonra Türkiyəyə qayıtdı və Daryüşşafaka klubuna qatıldı. 2008-ci ildə isə Anadolu Efes klubuna keçdi. 2009-cu ildə yeni klubu ilə "qızıl dubl" etdi. Türkiyə kubokunu qazandı və eyni zamanda Türkiyə çempionu oldu.
Sular Novruzu
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Super Ay
Super ay — Bu, Ayın yer planeti ətrafında fırlandığı elliptik orbitlə bağlıdır. Bu fenomen sayəsində Yerdən Ay diskinin adi haldan daha böyük ölçüsünü görə bilərsiniz. "Superay" termini astroloji mənşəlidir və dəqiq astronomik tərifi yoxdur. Bu hadisəni Ay illüziyası ilə qarışdırmaq olmaz ki, burada Ay üfüqdən aşağı bir mövqedə vizual olaraq daha yüksək yerdən daha böyük ölçüdə görünür. Super Ayın əksi mikroay və ya mikroay adlanır, baxmayaraq ki, əvvəlkindən fərqli olaraq bu termin o qədər də geniş istifadə olunmur. Rus dilində "supermoon" termini ilk dəfə 1979-cu ildə Dell Publishing tərəfindən nəşr olunan ulduz falı jurnalında istifadə edilmiş ingiliscə super ay terminindən gəlir. == Önəmli hallar == İldə 12 və ya 13 tam aydan 3 və ya 4-ü super ay kimi təsnif edilə bilər. Sonuncu ən böyük super ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bundan sonra növbəti dəfə belə təsir 28 ildən sonra təkrarlanacaq. Və sonuncu dəfə belə təsir 1948-ci ildə müşahidə olundu, o zaman Ay Yerə daha 50 kilometrə yaxındır., 27-28 sentyabr 2015-ci il tarixlərində super ay da qeydə alınıb, o, Rusiyanın Avropa hissəsində də görünən tam Ay tutulması ilə üst-üstə düşdü.
Super Duplo
Super Duplo — futbol topu XX əsrin ortalarında – 1950-ci ildə istehsal olunan bu dəri top müasir topların sələfi hesab edilir. 1930-cu ildə olduğu kimi, 12 panelli olub.
Super Mushshak
Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb. “Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.
Super Nancy
"Super Nancy" — Nensi Ajramın uşaqlar üçün olan ikinci albomu. 13 sentyabr 2012-ci ildə buraxılmışdır. "Shakhbat Shakhabit" albomunun qazandığı böyük uğurdan sonra Nensi uşaqların ona olan sədaqətinə minnətdarlığını göstərmək üçün daha bir uşaq albomu çıxartmaq qərarına gəldi. "Ya banat" ("Ey qızlar"), "Stouhi" və "Baousi" mahnılarından ibarət 3 sinql 2012-ci ilin Sentyabrında çıxdı. == Buraxılışı == Nensi ilk dəfə olaraq 2012-ci ilin Ramazan ayında "Ana Wal Asal" verilişində "Ya banat" mahnısından bir parça oxudu. Albomun buraxılışı ilk olaraq 2012-ci il Avqustun sonlarına planlaşdırılsa da, klip çəkimlərində olan gecikmələrə görə təxirə salındı. "Super Nancy" klipi 350.000 dollardan çox büdcə ilə tanınmış Livan rejissoru Leila Kanaan tərəfindən çəkilmişdir. Klipin çəkilişləri 4 gün ərzində Livanın cənubu və Beyrutdakı studiyada baş tutdu. Nensinin qızları Mila və Ellanın da iştirak etdiyi klip Music Nation Digital jurnalında "2012-ci İlin Klipi" adlanmışdı. == Tənqidlər == Müasir tənqidçilər albomdakı mahnıları və Nensinin göstərdiyi vokal imkanları çox müsbət dəyərləndirdilər.
Super OS
Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il). Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD və ya mətn sehrbazı vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır.
Super Sabrina
Super Sabrina – Sabrina Salernonun çıxardığı ikinci albom.
Super Sentai
Super Sentai Seriyası (yap. スーパー戦隊シリーズ, tərcüməsi: Super Eskadra Seriyası, oxunuşu: Supa Sentai Shirizu) — Toei və Bandai-nin istehsal etdiyi və TV Asahi-nin yayımladığı, uzun müddətdir davam edən Yaponiyanın "superqəhrəman komandası" janrına verilən addır. ("Super" mecha istifadə etmələrini ifadə edir və "Sentai" Yapon dilində "işçi qüvvəsi" və ya sözün əsl mənasında "döyüş eskadronu" mənasını verir və eyni zamanda II Dünya Müharibəsində Yapon eskadronları üçün istifadə edilən bir termin idi.) Bu seriya Ultra Seriyası, Kamen Rider Seriyası və Metal Hero Seriyası ilə yanaşı, Yaponiyanın ən məşhur tokusatsu istehsallarından biridir. Power Rangers-ə uyğunlaşdırılan ilk Sentai, bütün 50 bölümün görüntülərindən istifadə edilən Kyoryu Sentai Zyuranger oldu. ildönümü, onları xatırlamaq üçün xüsusi loqotiplərdən istifadə edirlər. İndiyə qədər bunlardan beşi seriyanı xatırlamaq üçün bundan istifadə etdi: 25-ci Hyakuju Sentai Gaoranger, 30-u Gogo Sentai Boukenger, 35-i Kaizoku Sentai Gokaiger, 40-ı Doubutsu Sentai Zyuohger və 45-i Kikai Sentai Zenkaiger. Mövsüm ərzində Doubutsu Sentai Zyuohger-in 29-cu bölümü, Super Sentai Seriyasının 2.000-ci bölümüdür. 6 Noyabr 2020-ci ildə Toei Tokusatsu World Youtube kanalında bir neçə Sentai Seriyası (Himitsu Sentai Goranger-dən) yayımlanır. Bununla birlikdə, Toei Tokusatsu World Youtube kanalında olan bütün Sentai seriyaları lisenziyaya görə bir neçə ölkədə bloklanır. == Ümumi Baxış == Bu seriya Toei tərəfindən istehsal olunan və TV Asahi-də yayımlanan, xüsusi effektli bir super qəhrəman proqramıdır.
Super güc
Fövqəldövlət və ya Super güc — Beynəlxalq miqyasda ilk sıralarda yerləşən və geniş təsir qabiliyyəti olan , hakim mövqeyə malik dövlətdir. Bu termin ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyası, Birləşmiş Ştatlar və Sovet İttifaqına aid edilmiş, sonralar, Soyuq müharibə dövründə 1956-cı ildə baş vermiş Süveyş böhranından sonra Britaniya imperiyası bu siyahıdan çıxarılmış və yalnız Birləşmiş Ştatlar ilə Sovet İttifaqına aid edilmişdir. Soyuq müharibənin sonunda, 1991-ci ildə Sovet İttifaqının ləğv olunmasından sonra isə Birləşmiş Ştatlar dünyanın tək super gücünə çevrilmişdir. == Terminologiya və mənşə == "Super güc" termininin dəqiq bir təsviri mövcud deyil və mənbələr arasında fərq ola bilər. Lakin, bu təriflərin hər birinə uyğun olan xüsusiyyət super gücün dövlət hakimiyyətinin yeddi ölçüsü — coğrafiya, əhali, iqtisadiyyat, resurslar, hərbi, diplomatiya və milli kimliyi ilə yüksək səviyyədə təmin olunmasıdır. Bu dövr ilk dəfə 1944-cü ildən əvvəl qəbul olunmuş böyük güclərdən daha da böyük olan gücləri təsvir etmək üçün istifadə olunurdu, lakin, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlara və Sovet İttifaqına aid edilməsinin ardından termin müəyyən məna qazanmışdır. Çünki, ABŞ və Sovet İttifaqı qlobal siyasətə və hərbi hakimiyyətə böyük təsir göstərə bilmişdi. Termin mövcud siyasi məna baxımından, 1943-cü ildə müharibədən sonrakı dünya nizamının potensial forması ilə bağlı holland-amerikan geostrateq Nicholas Spykman tərəfindən bir sıra mühazirələrdə bu ifadə istifadə olunmuş, yaranmışdır. Bu termin Britaniya imperiyasının və Amerika Birləşmiş Ştatlarının dünyanın sülhü və rifahı üçün vacib olan misilsiz dənizçilik üstünlüyünə istinad edilərək hazırlanmış "Sülh coğrafiyası" kitabının əsasını təşkil edir. Bir il sonra, 1944-cü ildə amerikan xarici siyasət professoru William Tr Fox, "Böyük Qüvvələr: Amerika Birləşmiş Ştatları, Britaniya və Sovet İttifaqı — Onların sülh məsuliyyəti" kitabının konsepsiyası üzərində işləyib.
Süper Lig
Super Liqa (türk. Süper Lig) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Urs Büler
Urs Büler (19 iyul, 1971, Luzern, İsveçrə) — isveçrəli tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Urs Büler beş yaşında artıq xorda oxumağa başlayıb və piano, gitar, skripka, balaban kimi musiqi alətlərində çalmağı öyrənib. Onun əsas karyerası 15 yaşında bir musiqi qrupunda başlayıb, 17 yaşında isə o artıq başqa bir qrupun aparıcı müğənnisi idi. Həmçinin o Musiqi Akademiyasında və Kilsə Musiqisindən dərslər alırdı. Bu sahədə daha çox uğur qazanmaq üçün o Niderlanda, Amsterdama köçdü. Burada o məşhur almaniyalı bariton Udo Reinmanla birlikdə Amsterdam Konservatoriyasında təhsil aldı. Büler Klaudio Abbadonun rəhbərliyi altında Zaltsburq Festivalında da çıxış etmişdir. İl Divo qrupuna qoşulanadək o əsasən Niderlandda yaşayırdı və bəzi opera qrupların tərkibində çıxış edirdi. İl Divo-yadək onun sadəcə sayılı ifaları var. == İl Divo == 2003-cü ilin dekabrında Urs Büler dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.